» » » Mayninq nədir və kriptovalyutanı necə əldə etmək olar? (1-ci hissə)

Mayninq nədir və kriptovalyutanı necə əldə etmək olar? (1-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Mayninq nədir və kriptovalyutanı necə əldə etmək olar? (1-ci hissə)

Əsas anlayışlar

Kriptovalyuta – uçotu mərkəzləşdirilməmiş rəqəmsal hesab vahidləridir. Sözügedən sistemlərin fəaliyyəti paylanmış kompüter şəbəkəsi tərəfindən təmin edilir.

Blokçeyn –  ayrı-ayrı bloklardan ibarət məlumatları saxlamağın təhlükəsiz bir üsuludur. Blokçeynin əsas üstünlüyü ondan ibarətdir ki, blokçeynin bütün iştirakçıları bloklar zəncirini görə bilərlər. Heç kim onu dəyişə və ya hiss olunmadan saxtalaşdıra bilməz, yalnız yeni bloklar əlavə edə bilər.

Mayninq (kripto-valyuta platformalarının fəaliyyətini təmin etmək üçün yeni strukturların yaradılması üzrə fəaliyyət) – hasilatdır, yalnız burada hasilat bel və ya kürək ilə deyil, güclü hesablama sistemi olan evdə oturub, blokçeynə kriptovalyuta əməliyyatları blokunun  qeydə alınması prosesinə kömək etməklə əldə edilir.

Heş funksiyası məlumatın qısa, sətrin müəyyən bir uzunluqda riyazi çevrilməsidir.

Kriptovalyuta əlavə emissiya üçün yalnız bir imkanı təmin edir – yeni pulları mükafat qismində növbəti bloku yaradan şəxs alır. Blokun yaradılmasının mahiyyəti bu heşin əvvəlində müəyyən miqdarda sıfır olan bir heş əldə etməkdir.

Kriptovalyutanı necə “əldə etməli”?

Blokçeynin konsepsiyası – paylanmadır. Açıq paylanılmış məlumatlar bazası, bu əməliyyatları sındırmaq və saxtalaşdırmaq çox çətindir.

Məlumat bazasının bu cür paylanılması öz əksini onun arxitekturasında tapır, çünki o, bir zəncirdə birləşən (hər bir blok özündən əvvəlki blokun istinadını özündə saxlayır) bloklardan qurulur.

Yekunda bloku heç kim görmədən belə, saxtalaşdırmaq mümkün olmur.

Mayninqin nə qədər iştirakçısı olsa da, nə baş versə belə, 1 blok 10 dəqiqə ərzində bir dəfə generasiya olunur. Elə buradan bir çox mühüm xüsusiyyətlər ortaya çıxır. Blok tranzaksiyadan və Nonce-dən ibarətdir. Nonce – bu 256 bit addımdan ibarət standart heşdən ibarətdir.

Mayninq  ondan ibarətdir ki, bu heşi elə seçmək lazımdır ki, həmin blokun heşində ilk 70 bit sıfırlardan ibarət olsun. Və bu – təmiz olmalıdır, çünki 256-cı addım – başqa cür ola bilməz.

Bundan əlavə, blokçeynin hər 2016 bloku özünün “mayninq gücünü” nəzərdən keçirir və mayninq üzrə şərti dəyişdirir. Özü də bu zaman seçimin hesablama mürəkkəbliyi artır.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun