Mədən vergisi ödəyicilərinin öhdəliyində dəyişiklik olunub

posted in: Xəbər | 0

mədən vergisi , Vergi məbləğləri, vergi öhdəlikləri, kriptovalyutanın alınması, Müharibə veteranı, yoxlamaların müddəti, sosial ödənişlər, VÖEN-nin ləğv edilməsi, vergiyə cəlbVergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 2022-ci ilin yanvar ayından mədən vergisi yalnız dövlət büdcəsinə ödənilir və mədən vergisi ilə bağlı güzəşt tətbiq olunur. Mövzunu İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi, iqtisadçı ekspert Cavid Vəlizadə şərh edir.

Vergi Məcəlləsinin 217-1-ci maddəsinə əsasən, neft və qaz istisna olmaqla, digər faydalı qazıntılara görə vergi ödəyicisi tərəfindən təqvim ili üzrə hesablanmış mədən vergisinin məbləği həmin faydalı qazıntıların çıxarıldığı torpaq sahələrinə görə onun tərəfindən həmin təqvim ili üzrə hesablanmış və ödənilmiş torpaq vergisinin məbləğindən çox olmamaqla təqvim ilinin sonuncu hesabat ayında azaldılır.

Məcəllənin 217.2 və 217.3-cü maddələrində isə göstərilib ki, mədən vergisi üzrə hesablanmış verginin məbləği və bəyannamə hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli və bəyannamə verilməlidir. Yəni Vergi Məcəlləsinin 217-1-ci maddəsində nəzərdə tutulub ki, mədən vergisi ödəyicilərinin vergi ödənişi 2022-ci ildən ilin son bəyannaməsində (dekabr ayı) hesablayıb ödədikləri mədən vergisindən il ərzində həmin faydalı qazıntıların çıxarıldığı torpağa görə ödənilmiş verginin məbləği qədər azaldılacaq.

Misal: Müəssisənin dekabr ayında mədən vergisi öhdəliyi 15.000 manat təşkil edib. Müəssisə il ərzində 2.900 manat torpaq vergisi ödəyib. Bu halda həmin məbləğ mədən vergisindən çıxılır:

15.000 – 2.900 = 12.100 manat.

Baxdığımız misalda dövlət büdcəsinə ödəniləcək mədən vergisinin məbləği 12.100 manat təşkil edir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlətin iqtisadi siyasəti (6-cı hissə)

posted in: iqtisadiyyat, Xəbər | 0

Dövlətin iqtisadi siyasəti (6-cı hissə)dövlətin iqtisadi siyasəti

Dolayı tənzimləmə formalarına başlıca olaraq, dövlətin fiskal və monetar siyasəti aiddir.

Fiskal (büdcə-vergi siyasəti) – milli istehsalın həcminin dəyişdirilməsi, tam məşğulluğun təmin edilməsi məqsədi ilə dövlət xərclərinin və gəlirlərinin dəyişdirilməsi yolu ilə məcmu tələbata təsir siyasəti.

Monetar siyasət – pul təklifinin optimal artım templərinin müəyyən edilməsi vasitəsilə balanslaşdırılmış iqtisadi artımın stimullaşdırılması siyasəti.


Məqalənin 5-ci hissəsini buradan oxuya bilərsiniz


Dövlətin iqtisadi siyasətinin əsas istiqamətləri:

  • fiskal (pul-kredit) siyasəti;
  • monetar (pul-kredit) siyasəti;
  • sosial siyasət;
  • xarici iqtisadi siyasət.

Əgər iqtisadi siyasətin məqsədi tsiklik tərəddüdləri düzəltməkdirsə, onda bu əks-tsiklik siyasət adlanır. Əgər inflyasiya ilə mübarizəyə diqqət yetirilirsə, makroiqtisadi siyasət antiinflyasiya siyasətidir. Konkret tarixi şəraitdə dövlət sənaye, aqrar siyasət, məşğulluq siyasəti (işsizliklə mübarizə siyasəti), gəlirlər siyasəti apara bilər. Qarşıya qoyulan məqsədlərdən asılı olaraq bu və ya digər alətlər, fiskal və monetar siyasət metodları seçilə bilər.

İqtisadi siyasətin məqsədlərini, prioritetlərini, əsas istiqamətlərini müəyyən edən dövlət, bu tənzimləmə metodlarından (iqtisadi siyasət metodlarından) istifadə edərək iqtisadiyyatı tənzimləyir: iqtisadiyyatın inkişafının proqnozlaşdırılması, iqtisadi normativlərin tətbiqi, vergi dərəcələrinin müəyyən edilməsi, pul emissiyasının miqdarının müəyyən edilməsi, dövlət proqramlarının işlənib hazırlanması və maliyyələşdirilməsi, milli valyutanın məzənnəsinin dəstəklənməsi, ayrı-ayrı məhsulların ixracı və idxalı üçün kvotaların müəyyən edilməsi, yaşayış minimumunun müəyyən edilməsi, minimum pensiya məbləğinin müəyyən edilməsi, minimum əmək haqqı dərəcəsi və s.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox (13-cü hissə)

posted in: Xəbər | 0

Kapitalizm nə vaxt işə yarıyır, nə vaxt yox (13-cü hissə)kapitalizm

Nyu-York universitetinin professoru Robert Allenin Abu-Dabidə çıxışı      

Məsələ ondadır ki, bütün bunlarla nə etməli? Və burada bir neçə variant var.

Birinci – heç nə. Bu qərarın lehinə iki amil var: birinci ondan ibarətdir ki, bir çox adamlar (Panqlossun nöqteyi-nəzəri) vəziyyətin öz-özünə düzələcəyini deyirlər. Həmçinin libertarian baxış da mövcuddur, həmin baxışlara görə siz dövlətin iqtisadiyyata bu cür müdaxiləsinə haqq qazandıra bilməzsiniz, ona görə də, hətta bizim problemimiz varsa belə, heç nə etməməliyik.

Digər bir variant – bu, Trampın apardığı siyasət idi: biz ölkəni Çin idxalından və mühacirlərdən təcrid etməyə çalışa bilərik, çünki bunlar əmək haqqını azaldan iki şeydir. Belə bir ssenaridə bizə tariflər lazımdır, immiqrasiya dayandırılır, Meksika sərhədi boyunca divarların tikintisi davam etdirilir.


Məqalənin 12-ci hissəsini buradan oxuya bilərsiniz


Üçüncü variant liberallar arasında olduqca geniş yayılıb – təhsilə əlçatanlığı artırmaq. Sayı artmış iş yerləri (menecerlərin və mütəxəssislərin mövqeləri) universitet və ya texniki təhsil tələb edir. Belə ki, əlavə təhsil – bu, təsirli yanaşmadır. Lakin, təhsil öz-özlüyündə insanların zavodda işdən çıxması və ya orta ixtisas tələb edən xidmət sahəsində daha ixtisaslı mövqelərə getməsi baxımından birbaşa effekt vermir. Bundan başqa, əmək bazarının ixtisaslı işlə məşğul olmaq istəyənlərin hamısını qəbul edə biləcəyi də tam şəkildə məlum deyil.

Nəhayət, dördüncü yanaşma yaşıl sənaye inqilabı ilə əlaqələndirilir – yaşıl yanaşma deyilən bir şeydir. Burada arqument ondan ibarətdir ki, biz gəlir və resurslara əsaslanan yeni idarəetmə sisteminin qurulmasını tələb edən iqlim böhranı ilə üzləşirik. Bu ssenariyə ənənəvi daxili yanma mühərriki olan avtomobillərin digər nəqliyyat sistemləri ilə əvəz edilməsi, evlərin tikintisi üçün daha effektiv texnologiyalar və s. daxildir. Bütün bunlar ixtisaslı iş yerləri tələb edəcək və əgər yaşıl inqilaba sərmayə qoysaq, əvvəllər itirilən bir çox yeni iş yeri yaradacağıq.

Bu gün haqqında danışmaq mümkün olan son variant isə bazara müdaxilə ilə bağlı təkliflər paketini nəzərdə tutur. Bu, mənə elə gəlir ki, sosial-demokratik yanaşmadır. Tədbirlər kollektiv müqavilələrin genişləndirilməsindən tutmuş (Amerikada müasir vəziyyətin xüsusiyyətlərindən biri – həmkarlar ittifaqlarının iştirakının nəzərə çarpan dərəcədə azalması – bəlkə də həmkarlar ittifaqlarının sayının çoxalması və onların fəal rolu işçilərə kömək edəcək) yüksək minimum əməkhaqqı haqqında qanunlara (federal səviyyədə minimum əmək haqqının bir saat üçün 15 dollara qədər artırılması, böyük bir addım ola bilərdi), əmək hüquqlarının genişləndirilməsi (məsələn, müqavilələrin ləğv edilməsi ilə) və ya biznes milliləşdirilməsinə qədər tərəddüd edir.

Və mən bu beş variantdan hansı birini seçməklə bağlı heç nə deməyəcəm. Qərar sizindir və hökümətdə təmsil olunanlarındır.  Lakin, görünür, siyasəti dəyişmək üçün mümkün variantların diapazonu var.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Maliyyə sanksiyalarının tətbiqi ilə bağlı qaydalarda dəyişiklik olunub

posted in: Xəbər | 0

güzəşt , Vergi yükünün azaldılması, maliyyə sanksiyaları, xronometraj metodu, kameral vergi yoxlamasının müddəti, kameral vergi yoxlaması, xronometraj metodu, mülki-hüquqi müqavilə, vergi sanksiyası, Vergi Məcəlləsi, ədv öhdəliyi, güzəştlər cari vergi arayışıVergi Məcəlləsinə edilmiş dəyişikliklərin istiqamətlərindən biri də maliyyə sanksiyalarının vergi qanunvericiliyinə riayət edilməsi ruhunda islah tədbirləri olaraq təkmilləşdirilməsidir. Mövzunu vergi üzrə mütəxəssis İlqar Əsədov şərh edir.

Vergi Məcəlləsinə maliyyə sanksiyaları istiqamətində edilmiş dəyişikliklərin heç də hamısı yeni normalar deyil. Onların bir qismi əslində daha əvvəldən olan norma və prinsiplərin aydılaşdırılması məqsədilə əlavə edilmişdirr. Qanunvericilikdə buna aydınlaşdırıcı normalar deyilir. Belə normalardan biri də dəyişikliklərlə yeni əlavə edilmiş 58.17-ci maddədir. Maddədə qeyd edilir ki, Məcəllənin 58.8.2-ci, 58.13-cü və 58.13-1-ci maddələrində sadalanan və bu Məcəllənin 71-1-ci və 71-2-ci maddələrində göstərilən sənədlər həmin maddədə nəzərdə tutulan müddətlər nəzərə alınmaqla, vergi nəzarəti tədbiri başlandıqdan sonra təqdim (tərtib) edildiyi halda həmin sənədlər nəzərə alınmır və bu Məcəllənin 58.8.2-ci, 58.13-cü və 58.13-1-ci maddələrində nəzərdə tutulan maliyyə sanksiyaları tətbiq edilir.

Bu dəyişikliyin mahiyyətini daha yaxşı başa düşmək üçün hər şeydən öncə orada sadalanmış maddələri nəzərə almaq lazımdır. Aydınlıq üçün bildirək ki, həmin maddələrdə malların elektron-qaimə faktura olmadan və ya elektron alış aktı olmadan alınmasına və (və ya) satılmasına, eləcə də bir sıra digər hallara görə maliyyə sanksiyalarının tətbiqindən bəhs edilir.

Bir çox mühasiblər, sahibkarlar yanlışlıqla elə hesab edirdilər ki, malların təqdim edilməsi barədə elektron qaimə-fakturanı malların təqdim edilməsindən sonrakı günlərdə təqdim etsələr (həmin an təqdim etməli olduqlarına baxmayaraq), bu maddənin tətbiq dairəsinə düşməyəcəklər. Yəni elə düşünürdülər ki, həmin maliyyə sanksiyaları gec təqdim edilmiş (əldə edilmiş) elektron qaimə-fakturalara, alış aktlarına görə deyil, məhz ümumiyyətlə təqdim edilməmiş əməliyyatlara xasdır. Lakin bu, yanlış qənaət idi. Məcəlləyə bu situasiyanı izah edən 58.17-ci maddənin əlavə edilməsi həmin hallara görə (yəni sənədin ümumiyyətlə deyil, vaxtından gec təqdim edilməsi) yeni münasibətin ortaya qoyulması və yalnız 1 yanvar 2022-ci ildən tətbiq edilməsi anlamına gəlmir.
Bu münasibət daha əvvəldən var idi və bu mənada 58.17-ci maddə yeni münasibət qoyan norma yox, aydınlaşdırıcı norma kimi çıxış edir.

Nümunə 1: Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin sahibliyində 500 manat dəyərində mallar aşkarlanmışdır. Həmin mallar ilə bağlı kağız daşıyıcıda tərtib edilmiş alış aktları olsa da, elektron alış aktları tərtib edilməmişdir. Alış aktlarının tərtib olunmalı olduğu tarixdən 5 gün keçməmişdir.
Bu halda, vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilməyəcəkdir: Vergi Məcəlləsinin 58.8-ci maddəsindən “alış aktları” ifadəsi çıxarılaraq yalnız “elektron alış aktları” ifadəsi saxlansa da, 58.17-ci maddə ilə alış aktlarından elektron alış aktlarına keçid müddəti kimi 5 günlük müddət nəzərə alınmışdır.

Nümunə 2: Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin təhvil-təslim aktı üzrə 8.000 manatlıq əvvəlcədən sifariş edilmiş malları ayın 3-də təhvil verdiyi, bununla bağlı elektron qaiməni isə həmin ayın 12-də göndərdiyi aşkar edilmişdir. Bu halın 1 yanvar 2022-ci ildən əvvəl, yaxud sonra baş verməsindən asılı olamayaraq, vergi ödəyicinə, təqvim ili ərzində belə hala birinci dəfə yol vermişdirsə, həmin malların dəyərinin 10 faizi miqdarında (800 manat) maliyyə sanksiyası tətbiq edilir.

Nümunə 3: Operativ vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin təssərrüfat subyektindən malların maşına yüklənərək alıcıya təqdim edilməsi aşkar edilir. Əməliyatla bağlı elektron qaimə-fakturanın göstərilməsi tələb edildikdə isə vergi orqanı əməkdaşlarına sənədin hələ tələb edilmədiyi, gün ərzində tərtib ediləcəyi bildirilir.

Vergi ödəyicisinə bu halda da maliyyə sanksiyası tətbiq ediləcəkdir. Çünki elektron qaimə-faktura mallar təqdim edildiyi vaxt tərtib edilməli idi. Vergi Məcəlləsinin 71-1-ci maddəsi ilə əvvəlcədən sifariş edilən mallar üzrə elektron qaimə-fakturanın malların təqdim edildiyi gün deyil, təqdim edildiyi vaxt tərtib edilməsi tələbi təsbit edilib. Vergi Məcəlləsinə yeni əlavə edilmiş 58.17-ci maddədə belə hallar daha aydın izah edilmişdir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 583 584 585 586 587 588 589 2. 391