Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışanların maaşı artırılıb

posted in: Xəbər | 0

Elektron satınalmalar, iştirak haqqı, Elektron satınalmalarda iştirak haqqı, 2022, qeyri-iş günləri, Gömrük ödənişlərinin qaytarılması, Ezamiyyə xərclərinin normaları, mediasiya, Vahid büdcə təsnifatıDövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləğinə əlavələr edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləği bu qərarın əlavəsinə uyğun olaraq müəyyən edilib.

Bu qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Qərarın əlavəsinə uyğun olaraq, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin vahid tarif cədvəli aşağıdakı kimidir:

Əməyin ödənilməsi dərəcələri Aylıq tarif (vəzifə) maaşı (manatla)
1 300
2 312
3 325
4 338
5 353
6 367
7 383
8 398
9 415
10 432
11 450
12 468
13 487
14 508
15 528
16 549
17 604
18 725
19 979

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Rusiyada kağız pullardan tam şəkildə imtina olunacaqmı?

posted in: Xəbər | 0

kağız pullardan imtina , işçi çatışmazlığı , yeni vergiLomonosov adına Moskva dövlət universitetinin (MDU) aparıcı elmi işçisi və iqtisadçı Andrey Kolqanov, Rusiyanın hansı müddətdə kağız pulların istifadəsindən imtina edib, elektron ödəniş sistemlərinə keçə biləcəyindən danışıb.

“Yaxın gələcəkdə biz kağız pullardan imtina etməyəcəyik. Baxmayaraq ki, kağız pulların sıxışdırılması prosesi davam edir” – MDU-nun aparıcı əməkdaşı qeyd edib.

Düşünürəm ki, yaxın gələcəkdə, bir nəslin həyatı müddətində biz hesablaşmalarda kağız pulların kiçik faizdə qaldığının şahidi olacağıq.

Kolqanov hesab edir ki, Avropada və ABŞ-da kağız pullardan elektron pullara keçid daha sürətlə gedir. Amma, orada da kağız pullar dövriyyədən çıxarılmır.

“Əlbəttə, hesablaşmaların böyük hissəsi elektron şəkildə həyata keçirilir. Kağız pullara çox nadir hallarda rast gəlinir. Onlardan adətən valyutanın konvertasiyası zamanı böyük komissiyalarla bağlı çətinlikləri olan turistlər tərəfindən istifadə olunur. Buna görə də onlar nağd pul əldə edib, istifadə etməyə üstünlük verirlər” – mütəxəssis qeyd edib.

Andrey Kolqanov Rusiyaya kağız puldan elektron pula sürətlə keçməyə imkan verməyən çətinlikləri sadalayıb. İqtisadçı əmindir ki, dörd əsas problem var.

“Xüsusilə əyalətlərdəki pərakəndə ticarət məntəqələrinin əhəmiyyətli bir hissəsi elektron ödəniş sistemləri ilə təchiz olunmayıb. Müvafiq olaraq, orada kağız pullardan istifadə olunur. Kiçik sahibkarlar üçün elektron ödəniş sistemlərindən istifadə hələ də əlavə maliyyə yükü olaraq qalır. Ölkənin bir çox regionlarında banklarla ünsiyyəti dəstəkləyən internet əlaqəsi olduqca qeyri-sabitdir ki, bu da həmin sistemlərin tətbiqinə mane olur. Bu, belə demək mümkünsə, texniki maneədir. Amma, daha bir maneə də vardır. Ölkədə bir çox sahibkarlar boz zonada çalışırlar ki, onlar daha az nəzarət edilən ödəniş formalarından istifadə etməyə üstünlük verirlər” – Kolqanov belə söyləyib.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Müştəri Bank istifadəçiləri ƏDV-ni avtomatik hesablayıb, ödəyə bilərlər

posted in: Bank, Kapital Bank, Xəbər | 0

Kapital Bank Müştəri Bank-da mütəmadi olaraq hüquqi şəxs və fərdi sahibkarlara daha rahat və onlayn xidmətlər təqdim edir. Artıq sahibkarlar Müştəri Bank vasitəsilə mal və xidmətlərə görə ödənilən ƏDV-ni avtomatik olaraq formalaşdırıb, ödəyə bilərlər.

İndiyədək sahibkarlar ƏDV-ni manual olaraq özləri hesablayıb, sonra ödənişi həyata keçirə bilirdilər. Lakin yeni onlayn funksiya vasitəsilə sahibkarlar həm vaxtlarına qənaət etmiş olacaqlar, həm də hesabatlığı daha rahat formalaşdıra biləcəklər. Çünki ƏDV-nin məbləği Müştəri Bank tərəfindən avtomatik hesablanır və sahibkar tərəfindən əlavə ödəniş tapşırığının hazırlanmasına ehtiyac yoxdur.

Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: təcili köçürmələr, büdcə ödənişləri, cari hesabın tam onlayn şəkildə açılması, əməkhaqqı layihəsinə qoşulma, əməkhaqqı kartlarına mədaxil, əməkhaqqı kartlarının sifarişi və çatdırılması biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn kredit məhsulları sifarişi (overdraft, kredit, qarantiya, sürətli tender və s.) və s.

Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login inkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Korrupsiya dünya üçün neçəyə başa gəlir?

posted in: Xəbər | 0

Korrupsiya dünya üçün neçəyə başa gəlir?korrupsiya

Dünya hər il korrupsiyadan böyük itkilərə məruz qalır. Bu, təsirə məruz qalan ölkələrin həm həyatına, həm də iqtisadi rifahına toxunur.

2018-ci ildə BMT-nin baş katibi Antoniu Quterriş bəyan etmişdi ki, beynəlxalq korrupsiyadan illik itkilər heyrətamiz bir rəqəm təşkil edir. Belə ki, bütün dünya üzrə rüşvət və oğurlanmış vəsaitlərin həcmi 3,6 trilyon dollara çatır.

Bu, hökumətlərin gəlirlərinin əhəmiyyətli dərəcədə azaldılması deməkdir, çünki vergilər ya ödənilmir, ya da şəxsi ciblərə gedir.

Korrupsiyaya uğramış bir çox ölkələrdə ixtisassız insanlar rüşvət yolu ilə dövlət və özəl sektorlarda mühüm vəzifələr tuturlar, öz həyatlarını təhlükəyə atırlar və öz ölkələrinin iqtisadi artımını təhlükə altına salırlar.

Nigeriyada, məsələn, dövlət xadimləri layihələrin dəyərini artırmaq üçün podratçılarla razılığa gəlirlər və podratçılar həmin müqavilə layihələrini təmin etmək üçün külli miqdarda rüşvət alırlar. Bütün bunlar hökumətin pul kisəsindəki cüzi vəsaitləri tükəndirir, milyonlarla dollar pul qazanan korrupsionerləri isə zənginləşdirir.

Bundan əlavə

Rüşvətxorluğa qarşı mübarizə üzrə müqayisəli agentliklərin mövcud olduğu korrupsiyaya uğramış ölkələrin əksəriyyətində, siyasi cəhətdən əhəmiyyətli şəxslər qanunsuz yolla əldə edilmiş sərvətlərini xilas etmək üçün çirkli pulların yuyulmasına güvənirlər. Onlar adətən bunu oğurlanmış dövlət vəsaitlərini digər ölkələrə köçürməklə edirlər.

Buna nümunə olaraq, 1999-cu ildən 2007-ci ilə kimi Nigeriyanın Delta ştatının qubernatoru olmuş Ceyms İborini göstərmək olar. İbori Delta ştatının hökumətinə məxsus olan 250 milyon dolları oğurladığına və həmin vəsaitlərin yuyulmasına görə, 2012-ci ildə Londonda həbs edilib və həbsxanaya yerləşdirilib.

2015-ci ildə ResearchGate-də dərc olunan sorğuda Delta ştatı Nigeriyanın ən əlverişsiz əyalətlərindən biri kimi etiraf olunmuşdu. Hesabata görə, müxtəlif dərəcəli infrastruktur çatışmazlıqları olub. İlkin tibbi-sanitar yardımın 34,22 faizinin təhlükəsiz suya çıxışı olmayıb. Əhalinin 51,33 faizi üçün ümummilli elektrik şəbəkəsi əlçatan deyil, 34,22 faizi üçün səhiyyədə çarpayı yeri çatışmır və 40,89 faizinin isə ümumiyyətlə, rabitə vasitəsi yoxdur.

İnfrastrukturun çatışmazlıqlarının əsas səbəbi kifayət qədər maliyyələşdirmənin olmaması, resursların birtərəfli paylanması və rəsmi korrupsiyadır.

Korrupsioner məmurlar ictimai xidmətlər və infrastrukturun inkişafı üçün ayrılan vəsaitləri oğurlamaqla əsas infrastruktur layihələrini bərbad vəziyyətdə qoyurlar və vətəndaşları qarşısı alına bilməyən təhlükələrə məruz qoyurlar.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 586 587 588 589 590 591 592 2. 391