Maliyyə analitiki 10 il sonra dünya iqtisadiyyatında liderik edəcək ölkələrin adını açıqlayıb

posted in: Xəbər | 0

Dövlətin iqtisadi siyasətiMaliyyə analitiki Belyayev: 10 il sonra dünya iki iqtisadi mərkəzə bölünə bilər

10 ildən sonra dünya Qərbdə ABŞ və Şərqdə Çinin rəhbərliyi ilə iki iqtisadi mərkəzə parçalana bilər, iqtisadiyyat elmləri namizədi, maliyyə analitiki Mixail Belyayev belə hesab edir. Onun sözlərinə görə, nəzəri olaraq Rusiyanın da bu yarışda iştirak etmək imkanı var, lakin, bundan ötrü savadlı iqtisadi idarəetmənin olması zəruridir ki, indiki anda bu mövcud deyil.

Belyayev qeyd edib ki, vəziyyətə ciddi təsir göstərə biləcək çoxlu gözlənilməz amillər səbəbindən uzunmüddətli iqtisadi proqnozlar vermək asan deyil. Buna baxmayaraq, onun sözlərinə görə, artıq dünyada liderliyə iddialı olan iki böyük güc yaranıb: ABŞ və Çin.

“Şərq Qərb üzərində dominantlıq edəcək”

“Yeri gəlmişkən, Çin öz uğurlarını həddindən artıq açıqlamağa çalışmır, lakin onlar istər KİV-də dərc edilən məqalələrdə, istərsə də çap edilən xüsusi elmi tədqiqatlarda bu açıq-aşkar nəzərə çarpır. Yəni, ölkə iqtisadi paradiqmanı və siyasəti sürətlə uyğunlaşdıraraq, öz məqsədlərinə doğru irəliləyir. Əvvəlcə, xatırladığımız kimi, onlar üçün əsas vəzifə sadəcə olaraq ÜDM-in artımı idi, sonra texniki tərəqqidən yararlanmaq, ondan istifadə etməklə bunu öz iqtisadiyyatlarına tətbiq etmək idi. İndi isə artıq bütün elmi-texniki tərəqqini mənimsəməkdir” – Belyayev qeyd edib.

Bundan əlavə, dünya liderliyinə nail olmaqda Çinə kömək edəcək önəmli amil xarici iqtisadi təsirin, kapitalın yayılması və öz korporasiyalarını dünyanın əsas nöqtələrinə yeritməkdir. Maliyyə analitikinin sözlərinə görə, bu, ilk növbədə faydalı qazıntıları yeni inkişaflar üçün zəruri olan maddi-texniki bazisin əsasını təşkil edən Afrikadır.

“Yeni güc mərkəzi kimi Çin ətrafında qüvvələr konsolidasiyası gedir. Əlbəttə, mən Avropadan danışmıram – Avropa indiyədək mövcud olduğu mövqelərdə qala bilsə böyük işdir. Biz görürük ki, ABŞ da öz mövqelərini qoruyub saxlamağa çalışır, lakin bunu keçmiş hərbi qüdrətə, siyasi nüfuza və dolların dünya iqtisadiyyatında əsas rol oynamağa davam etməsinə arxalanaraq edir. Amma, bütün bunlar tükənməyə doğru gedir” – Belyayev belə söyləyib.

Əgər ciddi danışsaq və növbəti 10 il ərzində mühüm rol oynaya biləcək digər amilləri diqqətə almasaq və bütün proqnozları bir kənara atsaq, o zaman ABŞ-ın Qərb yarımkürəsini öz nəzarətində saxlaya biləcəyini ehtimal etmək olar. Lakin, dünya o zaman iki iqtisadi mərkəzə bölünəcək: Birləşmiş Ştatların, nəzarəti altında olan Qərb və Çinin nəzarəti altında olan Şərq. Və mən hesab edirəm ki, Şərq Qərbin üzərində dominantlıq edəcək.  



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Səhmdarların dividend öhdəlikləri

posted in: Xəbər | 0

Təşkilati-hüquqi forması baxımından kommersiya hüquqi şəxslərin növlərindən biri kimi açıq və ya qapalı olmasından asılı olmayaraq təsərrüfat cəmiyyəti kimi də təsis edilməni göstərmək mümkündür. Açıq və ya qapalı formalı təsərrüfat cəmiyyəti səhm üzrə nizamnamə kapitalını formalaşdırdığı üçün şirkətlər Açıq və ya Qapalı Səhmdar Cəmiyyəti adlanmışdır. Bu formalar səhmlərin satışı və təsis zamanı əldə edilən səhmlərə münasibətdə fərqləndirilir.

Sözsüz ki, səhmdar cəmiyyətinin təsisçisi olan səhmdarlar cəmiyyətin fəaliyyətindən mənfəətin və buna müvafiq olaraq da dividendin əldə edilməsində xüsusi maraqlıdır. Dividend bütün vergi və öhdəliklərdən sonra qalan xalis mənfəətidir ki, bu məbləğin əsasında səhmdarlar fayda əldə edirlər.

Hər il səhmdarların ümumi yığıncağında – təşkilatın ali orqanında mənfəətdən vergi və ödənişlər çıxılandan sonra xalis mənfəətdən səhmdarlara dividend verilib-verilməməsi barədə qərar qəbul edilir. Qərarda dividend verilməməsi də göstərilə bilər. Şirkətin nizamnaməsində aylıq, rüblük və ya illik olmaqla dividend ödənilməsi də göstərilə bilər.

Dividendlərin ödənilməsi müəyyən edilərkən əvvəl imtiyazlı, daha sonra isə adi səhmlər üzrə ödənişlər aparılır. Yerli və ya xarici müəssisə tərəfindən dividenddən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulur və bu tutulmadan sonra həmin gəlirdən yenidən vergi tutula bilməz.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilən dəyişikliklər” barədə vebinar keçiriləcək

posted in: Xidmət | 0

auditorun fəaliyyəti, auditorlar palatası2022-ci il 18 yanvar tarixində saat 11:00-da “Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilən dəyişikliklər” barədə vebinar keçiriləcəkdir.

Vebinarın moderatoru – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri  Nəcəf Talıbov     

Məruzəçilər:

– Auditorlar Palatasının  Maliyyə və texniki təminat idarəsinin rəisi Vəli Rəhimov

– “SR AUDİT SOLUTİONS” məhdud məsuliyyətli cəmiyyətinin direktoru Səftər Vəlizadə

Sizin iştirakınız arzuolunandır.

Qoşulma linki: https://zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09

Konfrans ID: 528 293 2267

Şifrə: ARAP2020

Mənbə: audit.gov.az


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi auditor seçib

posted in: Xəbər | 0

auditor vakansiyaİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2020-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının auditi lə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verilir ki, tenderin qalibi “Praysvoterhauskupers Audit Azərbaycan” MMC-dir.

Qalib şirkətə 2 360 manat ödəniləcək.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 585 586 587 588 589 590 591 2. 391