» » » Maliyyə analitiki 10 il sonra dünya iqtisadiyyatında liderik edəcək ölkələrin adını açıqlayıb

Maliyyə analitiki 10 il sonra dünya iqtisadiyyatında liderik edəcək ölkələrin adını açıqlayıb

posted in: Xəbər | 0

Dövlətin iqtisadi siyasətiMaliyyə analitiki Belyayev: 10 il sonra dünya iki iqtisadi mərkəzə bölünə bilər

10 ildən sonra dünya Qərbdə ABŞ və Şərqdə Çinin rəhbərliyi ilə iki iqtisadi mərkəzə parçalana bilər, iqtisadiyyat elmləri namizədi, maliyyə analitiki Mixail Belyayev belə hesab edir. Onun sözlərinə görə, nəzəri olaraq Rusiyanın da bu yarışda iştirak etmək imkanı var, lakin, bundan ötrü savadlı iqtisadi idarəetmənin olması zəruridir ki, indiki anda bu mövcud deyil.

Belyayev qeyd edib ki, vəziyyətə ciddi təsir göstərə biləcək çoxlu gözlənilməz amillər səbəbindən uzunmüddətli iqtisadi proqnozlar vermək asan deyil. Buna baxmayaraq, onun sözlərinə görə, artıq dünyada liderliyə iddialı olan iki böyük güc yaranıb: ABŞ və Çin.

“Şərq Qərb üzərində dominantlıq edəcək”

“Yeri gəlmişkən, Çin öz uğurlarını həddindən artıq açıqlamağa çalışmır, lakin onlar istər KİV-də dərc edilən məqalələrdə, istərsə də çap edilən xüsusi elmi tədqiqatlarda bu açıq-aşkar nəzərə çarpır. Yəni, ölkə iqtisadi paradiqmanı və siyasəti sürətlə uyğunlaşdıraraq, öz məqsədlərinə doğru irəliləyir. Əvvəlcə, xatırladığımız kimi, onlar üçün əsas vəzifə sadəcə olaraq ÜDM-in artımı idi, sonra texniki tərəqqidən yararlanmaq, ondan istifadə etməklə bunu öz iqtisadiyyatlarına tətbiq etmək idi. İndi isə artıq bütün elmi-texniki tərəqqini mənimsəməkdir” – Belyayev qeyd edib.

Bundan əlavə, dünya liderliyinə nail olmaqda Çinə kömək edəcək önəmli amil xarici iqtisadi təsirin, kapitalın yayılması və öz korporasiyalarını dünyanın əsas nöqtələrinə yeritməkdir. Maliyyə analitikinin sözlərinə görə, bu, ilk növbədə faydalı qazıntıları yeni inkişaflar üçün zəruri olan maddi-texniki bazisin əsasını təşkil edən Afrikadır.

“Yeni güc mərkəzi kimi Çin ətrafında qüvvələr konsolidasiyası gedir. Əlbəttə, mən Avropadan danışmıram – Avropa indiyədək mövcud olduğu mövqelərdə qala bilsə böyük işdir. Biz görürük ki, ABŞ da öz mövqelərini qoruyub saxlamağa çalışır, lakin bunu keçmiş hərbi qüdrətə, siyasi nüfuza və dolların dünya iqtisadiyyatında əsas rol oynamağa davam etməsinə arxalanaraq edir. Amma, bütün bunlar tükənməyə doğru gedir” – Belyayev belə söyləyib.

Əgər ciddi danışsaq və növbəti 10 il ərzində mühüm rol oynaya biləcək digər amilləri diqqətə almasaq və bütün proqnozları bir kənara atsaq, o zaman ABŞ-ın Qərb yarımkürəsini öz nəzarətində saxlaya biləcəyini ehtimal etmək olar. Lakin, dünya o zaman iki iqtisadi mərkəzə bölünəcək: Birləşmiş Ştatların, nəzarəti altında olan Qərb və Çinin nəzarəti altında olan Şərq. Və mən hesab edirəm ki, Şərq Qərbin üzərində dominantlıq edəcək.  



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun