» » » Səhmdarların dividend öhdəlikləri

Səhmdarların dividend öhdəlikləri

posted in: Xəbər | 0

Təşkilati-hüquqi forması baxımından kommersiya hüquqi şəxslərin növlərindən biri kimi açıq və ya qapalı olmasından asılı olmayaraq təsərrüfat cəmiyyəti kimi də təsis edilməni göstərmək mümkündür. Açıq və ya qapalı formalı təsərrüfat cəmiyyəti səhm üzrə nizamnamə kapitalını formalaşdırdığı üçün şirkətlər Açıq və ya Qapalı Səhmdar Cəmiyyəti adlanmışdır. Bu formalar səhmlərin satışı və təsis zamanı əldə edilən səhmlərə münasibətdə fərqləndirilir.

Sözsüz ki, səhmdar cəmiyyətinin təsisçisi olan səhmdarlar cəmiyyətin fəaliyyətindən mənfəətin və buna müvafiq olaraq da dividendin əldə edilməsində xüsusi maraqlıdır. Dividend bütün vergi və öhdəliklərdən sonra qalan xalis mənfəətidir ki, bu məbləğin əsasında səhmdarlar fayda əldə edirlər.

Hər il səhmdarların ümumi yığıncağında – təşkilatın ali orqanında mənfəətdən vergi və ödənişlər çıxılandan sonra xalis mənfəətdən səhmdarlara dividend verilib-verilməməsi barədə qərar qəbul edilir. Qərarda dividend verilməməsi də göstərilə bilər. Şirkətin nizamnaməsində aylıq, rüblük və ya illik olmaqla dividend ödənilməsi də göstərilə bilər.

Dividendlərin ödənilməsi müəyyən edilərkən əvvəl imtiyazlı, daha sonra isə adi səhmlər üzrə ödənişlər aparılır. Yerli və ya xarici müəssisə tərəfindən dividenddən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulur və bu tutulmadan sonra həmin gəlirdən yenidən vergi tutula bilməz.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun