» » » Dünyanın müxtəlif ölkələrində qeyri-adi yığımlar

Dünyanın müxtəlif ölkələrində qeyri-adi yığımlar

posted in: Xəbər | 0
birbank biznes

gəlir vergisi . qeyri-adi yığımlarBütün dövrlərdə və dünyanın müxtəlif ölkələrində vergilər kəskin mübahisələrə səbəb olub və yerli sakinlərin daimi narazılığına gətirib çıxarıb. Rusiyada və əksər qərb ölkələrində vergi sistemləri öz kökü ilə XV-XVII-ci əsrlərə gedib çıxsa da, ilk vergi yığımları daha əvvəllər tətbiq edilib. Bu müddət ərzində bir çox gözlənilməz təşəbbüslər olub – Bizansda hava vergisindən tutmuş, orta əsrlər İngiltərəsində tətbiq edilən qorxaqlığa görə vergiyə qədər (o, ödəyicini hərbi kampaniyalarda iştirak etmək ehtiyacından azad edirdi). Bu yığımların əksəriyyəti çoxdan unudulub, lakin, dünyada əcnəbilər üçün gözlənilməz və bəzən anlaşılmaz qalan vergilər hələ də mövcuddur.

Vətəndaşların sağlamlığına qayğı

Çox vaxt qeyri-standart vergilərin tətbiqi təkcə xəzinəni doldurmaq istəyi ilə deyil, həm də yerli sakinlərə faydalı vərdişlər aşılamaq cəhdi ilə diktə edilir. Belə ki, məsələn, Macarıstanda son altı il ərzində fastfood vergisi fəaliyyət göstərir ki, bu da zərərli məhsullar istehlak edən insanların sayını azaltmaq məqsədilə tətbiq edilmişdir.

Solyariumda vergi Amerikada fəaliyyət göstərir, burada hakimiyyət orqanları dəri üçün təhlükə yarada biləcək süni günəş vannası qəbul etmək kimi dəbə qarşı bu şəkildə mübarizə aparmağa çalışırlar. Plastik cərrahiyyəyə görə yığımları isə həmin əməliyyatların populyarlıq qazandığı Cənubi Koreyada ödəyirlər. Ümumiyyətlə, o, çox güman ki, vətəndaşların sağlamlığı ilə bağlı qayğıdan daha çox, bu xidmətlərin turistlər arasında populyarlığından irəli gəlir. Hazırda ölkədə çoxlu klinikalar fəaliyyət göstərir ki, onların bəziləri xaricdən gələn xəstələrlə də işləyirlər.

Pasportda ştampın olmasına görə ödəniş

Çox vaxt hakimiyyətlər ölkədəki demoqrafik vəziyyəti düzəltmək, hökumətin fikrincə mənəviyyatın tənəzzülü ilə mübarizə aparmaq və ya çoxuşaqlı ailələri dəstəkləmək üçün əlavə vəsaitlər toplamaqdan ötrü xüsusi vergilər tətbiq etməyə əl atırlar.

Vətəndaş nikahı vergisi 1990-cı illərin ortalarında Çində nikahdankənar birgə yaşayış kimi artan dəb ilə mübarizə aparmaq üçün tətbiq edilmişdi. Birlikdə yaşayan və bütün qeydiyyatdan keçməyən cütlüklər xəzinəyə ildə təxminən 120 avro ödəməlidirlər. Özü də bu zaman ayıq-sayıq qonşular məhəllədə məskunlaşan sevgililər barədə hökumət yetkililərinə məlumat verərək, xəzinənin doldurulmasında fəal iştirak edə bilərlər.

Qeyri-leqal və şübhəli fəaliyyətə görə vergi

Narkodilerlər üçün vergi ABŞ-da mövcuddur. Hətta ABŞ vergi bəyannaməsinə bu gəlir xətti üçün ayrıca sətir də salınıb. Eyni zamanda, ölkədə psixotrop dərmanların ticarətinin özü də qeyri-qanuni olaraq qalır. Vergi ödəmək, vergi ödəyicisini tutulduqda məsuliyyətdən azad etmir, lakin yüngülləşdirici hal kimi çıxış edə bilər.

Ada və cədugərliyə görə vergi

Ada görə dünyada vətəndaşların vergi ödədiyi yeganə ölkə İsveçdir – orada bu rüsum övladına qəribə adlar qoyan valideynlər tərəfindən ödənilir, çünki bu adların tələffüzü başqalarını narahat edir.

Özü də qeyd etmək lazımdır ki, İsveçdə vergi sistemi dünyanın ən qədim sistemlərindən biridir – yerli arxivlərdə hətta Vikinqlərin dövrünə aid olan vergi ödəyiciləri haqqında məlumatlar da vardır.

Sülhə görə vergini isə Afrikanın qərbində yerləşən Qvineya Respublikasında ödəyirlər. Müharibəsiz keçən hər il onlara 700 Belçika frankına başa gəlir. Kənar qüvvələrin köməyinə əl atmaq istəyən Niderland sakinləri isə cadugərliyə görə vergi ödəməlidirlər.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun