Varlı mühasib – milyarder İlay Broud
Xeyriyyəçi və kolleksiyaçı İlay Broud uzun sürən xəstəlikdən sonra 2021-ci il mayın 21-də Cedars-Sinay tibb mərkəzində vəfat edib. Los-Anceles meri Erik Qarsetti Broudu “öz nəslinin ən nüfuzlu vətəndaşı” adlandırıb.
Ölüm anında Broudın sərvəti Forbes jurnalı tərəfindən 6,9 milyard dollar məbləğində qiymətləndirilmişdi, o, Forbes Real-Time-ın ən zəngin amerikalılar siyahısında 85-ci yerdə idi.
Peşəcə mühasib olan Broud sərvətini daşınmaz əmlak və sığorta sahəsində qazanıb. O, Los-Ancelesin mədəni həyatına böyük töhfələr vermiş, şəhərin mərkəzində 2000 sənət əsərinin sərgiləndiyi pulsuz girişi olan The Broad muzeyini inşa etmiş, Uolt Disney adına konsert zalının, həmçinin Los-Ancelesdəki Kaliforniya universitetində bədii mərkəzin tikintisində iştirak etmişdi. O, öz adına universitet kollecini və menecment üzrə Ali məktəbi təsis etmiş, genetika tibb üzrə məşğul olan tədqiqat mərkəzinin yaradılmasına və Broad İnstitute institutunun dəstəklənməsinə 1 milyard dollardan çox sərmayə qoymuşdu.
Broud 1933-cü ildə Nyu-York ştatının Bronks şəhərində anadan olub və ailəsi ilə birlikdə Detroyta köçüb.
1957-ci ildə o, Donald Kaufman ilə birlikdə borc vəsaitləri hesabına Kaufman & Broad şirkətini qurmuşdu, sonradan bu şirkət ABŞ-da ən böyük yaşayış əmlakı layihələndiricilərindən birinə çevrilmişdi. 1970-ci illərdə o, sığorta şirkətinə sərmayə yatırmış, sonradan adını dəyişdirərək, SunAmerica adlandırmışdı ki, həmin şirkəti də 1998-ci ildə 18 milyard dollara satmışdı.
O, həyat yoldaşı ilə birlikdə tibbi tədqiqatlar, dövlət təhsili, təsviri incəsənət və ifaçılıq sənətlərini dəstəkləyən 3 milyard dollarlıq bir fond yaratmışdı. Bu yaxınlarda qrantların 50 illiyini qeyd edən fondlar, 4 milyard dollardan çox qrant verəcəklərini vəd ediblər və həmin məbləği ayırıblar.
Los-Anceles meri Erik Qarsetti Broudu “öz nəslinin ən nüfuzlu vətəndaşı” adlandırmışdı. “O, bu şəhəri mənim indiyə kimi tanıdığım hər hansı bir şəxsdən daha çox sevirdi”, – Qarsetti belə yazıb.


Problemli kreditlər üzündən Çinin Minsheng bankının səmlərinin qiyməti il ərzində 31 faiz aşağı enib
Prezident İlham Əliyev Vergi Məcəlləsinə təklif edilən dəyişiklikləri təsdiqləyib.
2020-ci ildə korrupsiyanın qavranılması İndeksinə əsasən, Danimarka bu sahə üzrə dünyanın ən az inkişaf etmiş ölkələri sırasındadır. 88 bal toplayan bu Avropa ölkəsi, sorğuya cəlb edilən 180 ölkə arasında birinci yeri tutub. Sözügedən ölkə ilk hesabatın dərc edildiyi vaxtdan 4 il ərzində stabil olaraq ən yaxşı dördlüyə daxil edilir.