İxtisar edilən işçiyə kompensasiya ödənişi

posted in: Xəbər | 0

kompensasiya , Vakansiya, Baş Mühasibİşçinin ixtisar edilməsi həm işəgötürənlər, həm də işçilər arasında müəyyən sualların və hüquqi mübahisələrin yaranmasına səbəb olur. Burada maraq doğuran məsələlərdən biri də ixtisar edilən işçiyə kompensasiya ödənişidir. Mövzunu əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov şərh edir.

Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:

– bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;

– bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;

– beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;

– on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əməkhaqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdən çıxarma müavinəti ödənilir:

– bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;

– bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;

– beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;

– on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.

Misal 1: 4 il əmək stajına malik işçi 14 fevral 2019-cu ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ilə işdən azad olunmağa dair bildiriş alıb. Məcəllənin 77-ci maddəsinə uyğun olaraq 4 təqvim həftəsi öncədən xəbardar edilib. İşçi ilə işəgötürənin razılığına əsasən, xəbərdarlıq müddəti əvəzinə əməkhaqqını birdəfəyə ödənilməklə əmək müaviləsinə xitam verilməsi qərara alınıb. İşçinin aylıq əməkhaqqı 1.980 manatdır.

Əmək Məcəlləsinin 177.2- ci maddəsinə əsasən, əmək məzuniyyəti dövrü üçün verilən əməkhaqqı istisna olmaqla, qalan bütün hallarda işçinin orta əməkhaqqı ödənişdən əvvəlki 2 təqvim ayı ərzində qazandığı əməkhaqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əməkhaqqı tapılır və alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

İşçinin dekabr və yanvar aylarında aldığı əməkhaqqı:

1.980+1.980=3960 manat.
20+21= 41 gün
3.960 : 41 = 96,59 manat.

2019-cu ilin istehsalat təqviminə əsasən, orta aylıq iş günlərinin sayı 20,17-dir.

Deməli, orta əməkhaqqı belə hesablanır:

96,59 x 20,17= 1.948 manat.

Nümunədə işçinin 1 ildən 5 ilədək sosial sığorta stajı olduğu üçün ona orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında işdən çıxarma müavinəti ödənilir. Yəni:

1.948 x 1,4=2.727,2 manat.

Xəbərdarlıq müddəti əvəzinə müavinət isə 1.753,2 manat olacaq:

1.948 x 0.9=1.753,2 manat.

Cəmi: 2.727,2+1.753,2=4.480,4 manat.

Beləliklə, işçi ümumilikdə 4.480,4 manat müavinət alacaq.

Onu da, qeyd edək ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinə xitam verilərkən ödənilən birədəflik müavinətlər Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azaddır.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ukraynada bəzi vergi dərəcələri artırılıb

posted in: Xəbər | 0

yeni vergi vergi əfviYanvarın 1-dən qüvvəyə minmiş qanuna əsasən, torpaq sahələri ilə bağlı minimal vergo öhdəliyi tətbiq olunur. Əgər torpağın hər hektarının qiyməti Ukrayna üçün standart olan 28 min qrivna (1,7 min manat) olarsa, ihər hektar üçün illik minimal vergi öhdəliyi 1,4 min qrivna (86 manat) müəyyənləşdirilib. Kənd təsərrüfatı məhsullarının satışından minimal əməkhaqqı məbləğindən 12 dəfə artıq məbləğdə əldə olunan gəlir üçün 18 faiz dərəcəsi ilə gəlir vergisi müəyyənləşdirilib. Yeni qaydalara əsasən, torpağın sahəsi sadələşdirilmiş vergi ödəyicisi statusu almağa imkan yaradan 2 hektardan yarım hektara endirilib.

İl ərzində ikinci daşınmaz əmlakın satışından əldə olunan gəlir 5 faiz, üçüncü və daha çox daşınmaz əmlak satışından əldə olunan gəlir isə 18 faiz dərəcə ilə vergiyə cəlb olunur.

Tündlüyü 22 dərəcədən artıq olan alkoqollu içkilər üçün spirtə tətbiq olunan aksiz vergisnin dərəcəsi 5 faiz artırılb.

Yeni qanun vergi borcu olan hüquqi şəxs rəhbərlərinin və qeyri-rezidentlərin daimi nümayəndələrinin ölkədən çıxmasına məhdidiyyət qoyub.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Orta və iri sahibkarlıq subyektləri tərəfindən gəlirlərin və xərclərin uçotu hesablama metodu ilə aparılacaq

posted in: Xəbər | 0

onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuDövlət Vergi Xidmətindən bildirilib ki, mikro sahibkarlıq subyektləri istisna olmaqla, orta və iri sahibkarlıq subyektləri tərəfindən gəlirlərin və xərclərin uçotu 1 yanvar 2022-ci il tarixdən, kiçik sahibkarlıq subyektləri tərəfindən isə 1 yanvar 2023-cü il tarixdən yalnız hesablama metodu ilə aparılacaqdır.

Qeyd: Orta və iri sahibkarlıq subyektləri 2022-ci il yanvarın 1-dək, kiçik sahibkarlıq subyektləri isə 2023-cü il yanvarın 1-dək yaranan debitor və kreditor borcları barədə forması İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən məlumatı müvafiq olaraq 2022-ci il martın 31-dək və 2023-cü il martın 31-dək vergi orqanına təqdim edirlər.

Vergi uçotu ilə mühasibat uçotu arasında fərqliliklərin aradan qaldırılması məqsədilə, mikro sahibkarlıq subyektləri istisna olmaqla digər sahibkarlıq subyektləri tərəfindən gəlirlərinin və xərclərinin uçotunu hesablama metodu ilə aparılacaqdır.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sosial sığorta haqqının aylıq məbləği necə müəyyən olunur?

posted in: Xəbər | 0

Sosial sığorta haqqı . Vakansiya, kiçik mühasib, qismən ödənişli sosial məzuniyyət2022-ci il yanvarın 1-dən minimum əməkhaqqının 300 manata çatdırılması qərar alınıb, dövlət sektorunda çalışan işçilərin əmək haqlarının artırılmasına qərar verilib. Aylıq gəlirlərin artması sosial ödənişlərin məbləğinə də təsir edir. Bəs məcburi dövlət sosial sığorta haqlarının aylıq məbləği necə müəyyən olunur? Suala iqtisadçı ekspert, Azərbaycan Kooperasiya Universitetinin dosenti Ədalət Əsədov aydınlıq gətirib.

Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.

“Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinin müddəaları nəzərə alınmaqla muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:

– sığortaedən tərəfindən ödənilən sığorta haqqı – hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi;

– sığortaolunan tərəfindən ödənilən sığorta haqqı – işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı dərəcələrlə ödənilir:

Sığorta haqqına cəlb edilən aylıq gəlir sosial sığorta haqqı dərəcəsi
cəmi sığortaolunanın gəlirlərindən tutulan sığortaedənin vəsaiti hesabına ödənilən
200 manatadək 25 faiz 3 faiz 22 faiz
200 manatdan çox olduqda 25 faiz 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi 44 manat + 200 manatdan çox olan hissənin 15 faizi

Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:

– sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının:

– Bakı şəhərində 100 faizi;

– Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;

– digər şəhərlərdə 80 faizi;

– rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;

– kənd yerlərində 50 faizi miqdarında.

Bu maddədə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər üçün:

– toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət – minimum aylıq əməkhaqqının 5 faizi miqdarında;

– fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət – minimum aylıq əməkhaqqının 5 faizi miqdarında;

– çəkməçi, pinəçi – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

– saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

– fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

– nəqqaşlıq emalatxanalarının fəaliyyəti – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

– fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

– fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında.

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II dərəcə əlilliyi olan şəxslər, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır:

– 5 hektaradək olduqda – 2 faiz miqdarında;

– 5 hektardan 10 hektaradək olduqda – 6 faiz miqdarında;

– 10 hektardan yuxarı olduqda – 10 faiz miqdarında;

Bundan başqa, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri – minimum aylıq əməkhaqqının 6 faizi miqdarında.

“Sosial sığorta haqqında” Qanunun 14.5.1-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər (bu Qanunun 14.5.1-1.9-cu maddəsində göstərilənlər istisna olmaqla) üçün aylıq sosial sığorta haqqının məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən olunur:

– Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;

– Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5;

– Digər şəhər və rayonlarda – 1,0.

– mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə ödəmə mənbəyindən tutulmaqla – gəlirlərinin 25 faizi miqdarında;
– xüsusi notariuslar üzrə – minimum aylıq əməkhaqqının on mislinin 25 faizi miqdarında;

– müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla – hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında;

– vəkillər kollegiyasının üzvləri, sərbəst mediatorlar, sərbəst auditorlar, sərbəst mühasiblər – gəlirlərinin (xərclər çıxılmaqla) 10 faizi miqdarında hesablanır.


ƏDV depozit hesabı üzrə sərəncam necə tətbiq edilir?


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 591 592 593 594 595 596 597 2. 391