» » » ƏDV depozit hesabı üzrə sərəncam necə tətbiq edilir?

ƏDV depozit hesabı üzrə sərəncam necə tətbiq edilir?

posted in: Xəbər | 0
birbank biznes

ƏDV depozit hesabı , mədən vergisinin təyinatı, işsizlikdən sığortaƏDV depozit hesabı üzrə borcun alınması zamanı vergi orqanı tərəfindən hansı halda icra sərəncamı göndərilir? Suala iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 65.2.3-1-ci maddəsinə əsasən, bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı ƏDV üzrə vergi, faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin vergi ödəyicisinin ƏDV depozit hesabında dondurulması barədə vergi orqanı tərəfindən qərar qəbul edilir.

Vergi üzrə digər borcların alınması qaydasında olduğu kimi, ƏDV depozit hesabı üzrə borcun alınması zamanı iki halda vergi orqanı tərəfindən dondurulma yox, icra sərəncamı göndərilir.

Birinci hal: Tutaq ki, vergi ödəyicisi vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində 300 manat vergi öhdəliyinin olmasını bəyan edir. Bu halda, vergi borcunun alınması üçün dondurulma yox, icra prosesi həyata keçiriləcək. Çünki vergi ödəyicisinin bəyan etdiyi vergi üzrə borc yaranıb.

İkinci hal: Vergi orqanı kameral vergi yoxlaması zamanı vergi ödəyicisinə ƏDV hesablayır. Vergi ödəyicisi vergi orqanına yazılı müraciət edərək vergi borcu ilə razılaşdığını bildirir. Bu zaman artıq vergi orqanı vergi ödəyicisinə icra sərəncamı ilə vəsaitin ödənilməsinə icazə verəcək.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun