Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib

posted in: Xəbər | 0

Maliyyə Nazirliyi“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun 29.4-cü maddəsinə əsasən, qeyri-hökumət təşkilatları (QHT) illik maliyyə hesabatlarını apreliın 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Bu barədə nazirliyin QHT-lərə müraciətində bildirilir.

Qurum bəyan edib ki, “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib. Həmin qərara əsasən qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib:

1. Maliyyə vəziyyəti haqqında hesabat;

2. Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat;

3. Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.

“Eyni zamanda, maliyyə fəaliyyəti olmayan Qeyri-hökumət təşkilatları üçün müvafiq qərarla “Maliyyə fəaliyyəti olmaması barədə arayış” forması təsdiq edilib.

Göstərilənləri nəzərə alaraq, www.qht-hesabat.maliyye.gov.az saytı vasitəsilə “Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq proqramı”nda qeydiyyatdan keçməyiniz və nəzərdə tutulan formaya uyğun olaraq maliyyə hesabatlarınızı və ya maliyyə fəaliyyətinizin olmamasına dair təsdiq edilmiş arayış formasına uyğun olaraq hesabatı Maliyyə Nazirliyinə elektron qaydada təqdim etməyiniz tələb olunur”, – müraciətdə qeyd olunub.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat uçotunun inkişaf mərhələləri (13-cü hissə)

posted in: Xəbər | 0

Mühasibat uçotunun inkişaf mərhələləri (13-cü hissə)Karl Marks

3 mövzu. Mühasibat uçotunun italyan məktəbinin inkişafı

XVXVIII əsrlərdə İtaliyada uçot

İtalyanlar qədim Roma mühasibatlıq ənənələrinin davamçıları idi, onlar da Yaddaş kitabı, Memorial və Əsas kitab adlandırılan eyni uçot registrlərindən, kodekslərindən istifadə edirdilər, lakin, onları pul ölçüsündə aparırdılar. Əsas kitaba kapital hesabları daxil edildikdən sonra isə ikili qeydiyyat ortaya çıxdı. Əvvəlcə mühasibatlıq hər bir firmada müstəqil şəkildə inkişaf edirdi, sonra mətbəə kitabları ortaya çıxdı, çap mühasibatlığı yarandı.

Onun meydana çıxmasını iki adla əlaqələndirirlər – B. Kotrulyi və L. Paçoli.  B. Kotrulyi Raquzadan olan tacir idi və 1458-ci ildə “Ticarət və mükəmməl tacir barədə” kitabını yazmışdı. Həmin kitab 1573-cü ildə çap edilmişdi.

Luka Paçoli isə dünya şöhrətli riyaziyyatçı və Leonardo da Vinçinin dostu idi, o, “Hesabın məbləği, həndəsə, nisbətlər və münasibətlər barədə elm” (1494-cü il) və “Hesabat qeydləri haqda XI traktat” kitablarında ikili qeydiyyat prosedurunu ifadə etmişdir. L. Paçoli uçotun əsas məqsədini – öz işlərini lazımi qaydada aparmaq adlandırmışdı ki, həm borc, həm də tələblərlə bağlı hər cür məlumatı gecikmədən əldə etmək mümkün olsun.


Məqalənin 12-ci hissəsini buradan oxuya bilərsiniz


İtaliyadakı ikili qeydiyyatın inkişafı ilə mühasibat uçotunun iki qarşılıqlı məqsədi ortaya çıxdı: hüquqi – borcların və tələblərin miqdarının operativ şəkildə müəyyən edilməsi; iqtisadi – öz işlərinin düzgün təşkili. Uçot qarşısında qoyulmuş məqsədlərə çatmaq üçün uçot registrlərini doldurmaq zəruri idi, bununla əlaqədar olaraq, bütün mühasibatlıq bir çox yüzilliklər ərzində kitabların aparılması sənəti kimi müəyyən edilirdi.

Kotrulyi və Paçolidə ticarət sahəsində mühasibat uçotundan söhbət gedir və ikili qeydiyyat xalq təsərrüfatının bu sahəsinə aid edilirdi; A. Kazanova ikili qeydiyyatı gəmiqayırma sahəsində genişləndirirdi; A .di Pyatero –monastır təsərrüfatı və bankların uçotunda; D. Mosketti – sənaye sahəsində; L. Flori hospitallar, dövlət təşkilatları və ev təsərrüfatlarında; B. Venturi – kənd təsərrüfatında.

İtalyan məktəbi ümumi mühasibat məsələlərinin təfsiri ilə deyil, mühasibat uçotu prosedurunun hərtərəfli təsviri ilə xarakterizə olunurdu. Paçolinin traktatındakı fəsillərin qaydası uçot qeydiyyatının ardıcıllığını tam əks etdirir. O, mahiyyəti cansız obyektləri nəzərə alan hesabların fiziki şəxslərin hesabları kimi qiymətləndirilməsinə səbəb olan fərdi yanaşmadan istifadə etmişdir. O, Paçolinin iki postulatı adlandırılan və mühüm iki məqamı olan iqtisadi fəaliyyətin əsas məlumat modelini yaratdı:

1)      debet dövriyyələrinin məbləği həmişə eyni hesab sisteminin kredit dövriyyələrinin məbləğinə bərabərdir;

2)      debet balansının məbləği həmişə eyni hesab sistemlərinin kredit balansının məbləğinə bərabərdir.

Bu dövrün bütün italyan müəllifləri fərdiləşdirmə mövqeyində qaldılar və onların verdiyi töhfələr Paçolinin ayrı-ayrı müddəalarının dəqiqləşdirilməsi və inkişafı ilə bağlı idi. İqtisadi həyat faktını xarakterizə edərkən, Paçoli nəzərə alınmalı olan dörd zəruri anı fərqləndirirdi:

1)      subyekt;

2)      obyekt;

3)      zaman;

4)      məkan.

Bu məqamlara dörd sual müvafiq gəlir: kim, nə, nə vaxt, harada?

Hesabların sintetik və analitik bölünməsi üçün mühasibat təcrübəsinin olmaması orta əsr firmalarının balans hesabatlarında maddələrin həddən artıq yüklənməsinə səbəb olurdu. Orta əsrlərin balans tərtibatında maraqlı bir məqam, hesablamalardakı arifmetik səhvlər nəticəsində yaranan debet və kredit dövriyyələri arasındakı fərqin təsdiqlənməməsi, mənfəət və zərər hesabına silinməsi idi.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bu obyektlərdə mütləq olaraq nəzarət-kassa aparatları tətbiq ediləcək

posted in: Xəbər | 0

nəzarət kassa aparatları , NKA . nka Yeni nəsil kassa aparatları1 yanvar 2022-ci il tarixinədək, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində müəyyənləşdirilən istisnalar nəzərə alınmaqla, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmaları məcburi olaraq nəzarət-kassa aparatları ilə həyata keçirilirdi. Vergi Məcəlləsinə edilən son dəyişikliklərlə bu siyahı genişləndirilib. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

1 yanvar 2022-ci il tarixdən, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində müəyyənləşdirilən istisnalar nəzərə alınmaqla, aşağıdakı vergi ödəyiciləri mütləq olaraq pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları ilə həyata keçirməlidirlər:

• pərakəndə ticarət fəaliyyəti;

• ictimai iaşə fəaliyyəti;

• yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər;

• tibb müəssisələri;

• bərbərxanalar;

• gözəllik salonları;

• kosmetoloji mərkəzlər.

Göründüyü kimi, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər də 1 yanvar 2022-ci il tarixdən nəzarət-kassa aparatları tətbiq edəcək. Bərbərxanaların öhdəliklərinin icrası ilə bağlı ayrı-ayrı məqamlara misallarla nəzər yetirək:

Misal 1: Vergi ödəyicisi 3 bərbəri işə qəbul edərək bərbərxana xidməti göstərir. Bu vergi ödəyicisi 1 yanvar 2022-ci il tarixdən nəzarət-kassa aparatı tətbiq etməlidir. Həmin tarixə qədər isə nağd əməliyyatlar kassa mədaxil qəbzləri ilə rəsmiləşdirilirdi.

Misal 2: Vergi ödəyicisi fərdi qaydada, sabit qəbzlə bərbər xidməti göstərir. Bu vergi ödəyicisinin 1 yanvar 2022-ci il tarixdən nəzarət-kassa aparatı tətbiq etməsinə ehtiyac yoxdur. Cünki Vergi Məcəlləsinin 16.1.8.6-cı maddəsinə əsasən, Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq fərdi qaydada göstərilən bərbər fəaliyyətinə nəzarət-kassa aparatının tətbiqi istisna olunan hallara aid edilib.

Misal 3: Eyni obyektdə iki vergi ödəyicisi ayrı-ayrı icarə müqaviləsi ilə bərbər fəaliyyəti göstərir. 50 kvadratmetrlik obyektin 20 kvadratmetri bir, 30 kvadratmetri isə digər vergi ödəyicisinin istifadəsindədir. Bu halda da vergi ödəyicilərinin nəzarət-kassa aparatı tətbiq etməsi mütləq sayılmır.

Bərbər xidməti ilə bağlı bir məsələni də qeyd edək ki, Vergi Məcəlləsinin 221.8.10-cu maddəsinə əsasən, Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslərin vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə etməklə sadələşdirilmiş qaydada yerinə yetirməsi həmin şəxsləri nağd pul hesablaşmaları zamanı alıcıya bu Məcəllənin 16.1.9-cu maddəsində nəzərdə tutulmuş müvafiq qəbz və digər ciddi hesabat blanklarını təqdim etmək öhdəliyindən azad etmir.

Göründüyü kimi, sabit qəbzlə fəaliyyət göstərən vergi ödəyicisi nağd hesablaşmalar zamanı müvafiq qəbzi təqdim etməlidir. Sabit qəbzlə fəaliyyət göstərən şəxsin dövriyyəsi onun vergi öhdəliyinin müəyyən edilməsində rol oynamasa da, Məcəllə bunu tələb edir. Sabit qəbzlə fəaliyyət göstərən vergi ödəyicisi hər ay sabit məbləğdə sadələşdirilmiş vergi ödəyir.

Qadın gözəllik salonlarına gəlincə, bu obyektlərdə vergi ödəyiciləri bərbər xidməti ilə yanaşı, manikür, pedikür, dırnaq qaynağı, üz-qaş baxımı və s. kimi digər fəaliyyətlər də həyata keçirirlər.

Misal 1: Fərdi qaydada gözəllik salonu kimi fəaliyyət göstərən vergi ödəyicisi 1 yanvar 2022-ci ildən nağd hesablaşmaları nəzarət-kassa aparatı ilə aparmağa borcludur.

Kosmetoloji mərkəzlər də 1 yanvar 2022-ci il tarixdən nəzarət-kassa aparatı tətbiq etmək vəzifəsi olan vergi ödəyicilərinə aid edilib. Kosmetoloji mərkəzlərdə, adətən, dəriyə kosmetoloji maddələrlə qulluq göstərilməsi və dərialtı infeksiyaların terapiyası kimi xidmətlər göstərilir.

Misal 2: Kosmetoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisi vətəndaşın dərisinə kosmetoloji maddələrlə qulluq müqabilində 50 manat ödəniş alıb. Vergi ödəyicisi müştəriyə nağd hesablaşmalar zamanı nəzarət-kassa aparatının çekini təqdim etməlidir. Təbii ki, bu xidmətin rəsmiləşdirilməsi vergi orqanının elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə həyata keçiriləcək.

Yekunda bir məsələni də bildirək ki, nəzarət-kassa aparatı tətbiq edən vergi ödəyiciləri təqdim etdikləri mala (iş, xidmətə) görə ödənişi POS-terminalla aldığı halda da qarşı tərəfə nəzarət-kassa aparatının çekini təqdim etməlidirlər.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ödəniş tapşırıqlarına dair yeni tələblər müəyyən edilib

posted in: Xəbər | 0

Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuMəlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti tərəfindən Vergi Məcəlləsində dəyişikliklərlə bağlı qanun təsdiq edilib. Qanunvericiliyə edilmiş dəyişikliklər sahibkarlıq fəaliyyətinin təşviqi, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, uçot, vergitutma və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, vergi təşviqləri və s. istiqamətləri əhatə edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsində edilmiş bəzi dəyişikliklər və onların əsaslandırmasını ictimaiyyətin diqqətinə təqdim edir.

Məcəlləyə edilmiş mühüm dəyişikliklərdən biri 01.01.2022-ci il tarixdən etibarən vergi ödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatı aparılarkən əməliyyatı həyata keçirən banka və ya bank əməliyyatlarını həyata keçirən digər şəxslərə təqdim edilən ödəniş tapşırığının ödənişin təyinatı hissəsində konkret rekvizitlər üzrə məlumatların əks olunması ilə bağlıdır.

Belə ki, Vergi Məcəlləsində edilmiş son dəyişikliklərdə alınmış, habelə idxal edilmiş mal, iş və xidmətlərə, həmçinin borc və avans ödənişlərinə görə vergi ödəyiciləri tərəfindən aparılan köçürmələrin ödəniş tapşırıqlarının ödənişin təyinatı hissəsində konkret rekvizitlər üzrə məlumatların əks olunması ilə bağlı vergi ödəyicilərinə tələb və bu tələbin pozulmasına görə maliyyə sanksiyası müəyyən edilib. Həmin məlumatlara ödənişin aid olduğu elektron qaimə-fakturanın seriyası və nömrəsi, xarici ticarət fəaliyyəti üzrə yük gömrük bəyannaməsinin və ya qısa idxal bəyannaməsinin seriyası və nömrəsi, xidmətlərin alışı ilə bağlı hesab-fakturanın (invoys) tarixi və nömrəsi, avans ödəmələrinə münasibətdə təyinatında avans ödənişi olduğu göstərilməklə tələbnamənin tarixi və nömrəsi, yaxud tərəflər arasında bağlanmış müqavilənin və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi, borc ödəmələrinə münasibətdə təyinatında borc ödənişi olduğu göstərilməklə tərəflər arasında bağlanmış borc müqaviləsinin tarixi və nömrəsi və ya borcun ödənilməsinə dair tələbnamənin tarixi və nömrəsi aiddir.

Qeyd olunan məlumatları ödəmə tapşırığında göstərməyən və ya təhrif edilməklə göstərən vergi ödəyicisinə hər belə ödəmə tapşırığına görə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Təcrübədə sahibkarlıq subyektləri arasında aparılan hesablaşmalar zamanı müxtəlif təyinatlar (ixtisar edilmiş sözlərdən, müqavilə, razılaşmaya əsasən, verilmiş qaiməyə əsasən və s. qeyri-müəyyən sözlərdən istifadə olunmaqla) qeyd edilməklə ödənişlər həyata keçirilir ki, həmin ödənişlərin hansı dövrün əməliyyatlarına aid olduğu müəyyən edilmir və bu, vergi nəzarəti tədbirləri zamanı çoxsaylı mübahisələrin yaranmasına səbəb olur. Bu baxımdan, qanunvericiliyə edilmiş dəyişikliklərdə vergi ödəyiciləri arasında bank hesabları üzrə aparılan ödənişlərin təkmilləşdirilməsi, həmin sahəyə vergi nəzarətinin artırılması və aparılan əməliyyatların şəffaflığının təmin olunması məqsədilə ödəmə tapşırıqlarının ödənişin təyinatı hissəsində konkret rekvizitlər üzrə məlumatların əks etdirilməsi öz əksini tapıb.

Göründüyü kimi, dəyişiklik vergi ödəyiciləri arasında aparılan hesablaşmalar zamanı ödəniş intizamının artırılmasına və vergi nəzarəti tədbirləri zamanı mübahisəli halların aradan qaldırılmasına şərait yaradacaq.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 590 591 592 593 594 595 596 2. 391