» » » Azərbaycanda əmlak vergisi üzrə vergitutma bazası genişləndirilir

Azərbaycanda əmlak vergisi üzrə vergitutma bazası genişləndirilir

posted in: Xəbər | 0
birbank biznes

Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsində edilmiş dəyişikliklər və onların əsaslandırmasını ictimaiyyətin diqqətinə çatdırmaqda davam edir. Məcəllədə edilmiş növbəti dəyişiklik əmlak vergisi üzrə vergitutma bazasının genişləndirilməsi ilə bağlıdır. Dəyişikliyin əsas məzmunu fərdi sahibkarların balanslarında olan daşınar əsas vəsaitlərin əmlak vergisinə cəlb edilməsi və dövlət büdcəsinə ödənilməsindən ibarətdir.

Mövcud qanunvericiliyə əsasən, fiziki şəxslər öz mülkiyyətində olan daşınmaz əmlaklara görə əmlak vergisini Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablayıb bələdiyyə büdcəsinə ödəyirlər. Lakin hüquqi şəxslərdən fərqli olaraq, fərdi sahibkarlar balanslarında olan daşınar əsas vəsaitlərə görə əmlak vergisinin ödəyicisi deyillər. Vergi Məcəlləsində edilmiş son dəyişikliklə fərdi sahibkarlarla hüquqi şəxslərin əmlak vergisi üzrə vergitutma obyektlərinin bərabərləşdirilməsi nəzərdə tutulub. Belə ki, 2022-ci il yanvarın 1-dən etibarən fərdi sahibkarlar balanslarında olan daşınar əsas vəsaitlərə (sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobilləri istisna olmaqla) görə əmlak vergisini hesablayaraq dövlət büdcəsinə ödəməlidirlər. Fərdi sahibkarlar tərəfindən əmlak vergisinin hesablanması, bəyan edilməsi, ödənilməsi, o cümlədən cari vergilərin ödənilməsi, hesabatın təqdim edilməsi, habelə müvafiq vergi güzəştlərindən istifadə olunması hüquqi şəxslər üçün müəyyən edilmiş ümumi qaydada yerinə yetiriləcək. Bunun üçün hər hansı digər əlavə rejim tətbiq olunmur.


Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun