Bayram günlərində işləyən işçilərin əməkhaqları necə hesablanır?

posted in: Xəbər | 0

əməkhaqqı , Mühasibatlıq, Mühasib, Vakansiya, mühasibat uçotuBəzi hallarda növbəli iş remində və ya ümumi halda bayram günlərində işləyən işçilər gündəlik müəyyənləşdirilmiş 8 saatdan çox işləyirlər. Bu zaman əməkhaqqının ödənilməsi ilə bağlı bəzi suallar ortaya çıxır. Mövzunu sərbəst auditor Altay Cəfərov misal vasitəsilə şərh edir.

Misal: Növbəli iş rejmində fəaliyyət göstərməyən “AA” MMC-nin bir işçisi 1 və 2 yanvar tarixlərində işləmişdir. Beşgünlük iş rejimində çalışan bu işçinin aylıq əməkhaqqısı 858 manatdır . İşçi 1 yanvar tarixində 6 saat, 2 yanvar tarixində isə 10 saat işləmişdir. Burada iki sual meydana çıxır:

– işçiyə günəvəzi veriləcəkdirsə, onun aylıq əməkhaqqısı nə qədər olacaqdır?

– işçiyə günəvəzi verilməyəcəkdirsə, onun aylıq əməkhaqqısı nə qədər olacaqdır?

Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən, bayram günlərində işləmiş işçiyə gündəlik əməkhaqqının ən azı iki misli məbləğində ödəniş olmalıdır. Amma işçi işlədiyi bayram günlərinin əvəzinə istirahət günü kimi istifadə etmək istəyirsə, bu zaman ona ikiqat əməkhaqqı ödənilmir və o, normal aylıq əməkhaqqı alır.

Misaldan aydın olur ki, yanvar 1-də işçi 6 saat işləmişdir ki, bu da normal gündəlik 8 saat iş vaxtından azdır. Yanvarın 2-də isə o, normal iş vaxtından çox – 10 saat işləmişdir. İlk baxışda belə görünə bilər ki, yanvarın 2-də işlənmiş əlavə 2 saat, iş vaxtından artıq işləməkdir (overtaymdır). Buradan da belə çıxır ki, işçiyə bayram günündə işlədiyinə görə əməkhaqqısının 2 misli, eləcə də overtaym işlədiyinə görə əlavə olaraq daha 2 misli (nəticə olaraq 4 misli) məbləğində əməkhaqqı ödənilməlidir.

Lakin Əmək Məcəlləsinin 99-cu maddəsinə əsasən, işçinin iş vaxtından artıq işləməsi üçün müəyyən olunmuş iş günləri olmalıdır. Bundan əlavə, müəyyən olunmuş iş günlərində də iş vaxtları müəyyənləşdirilməlidir. Həmin iş saatlarından sonra işçi işləyərsə, artıq bu, overtaym sayılır.

İşəgötürən və işçi arasında münasibətlər əmək müqaviləsi ilə tənzimlənir və əmək müqaviləsində işçinin iş günləri və iş saatları müəyyənləşdirilir. Belə olan halda işçi ancaq iş günlərində müəyyənləşdirilmiş iş saatlarından artıq işlədikdə bu, overtaym kimi qəbul olunur.

Bizim misalımızda normal həftəlik iş günləri 1-ci gündən 5-ci günə kimi, gündəlik iş saatları isə 8 saat müəyyənləşdirilmişdir. İstirahət və bayram günləri iş günləri sayılmadığından həmin günlərdə 8 saatdan çox işləyən işçinin işlədiyi saatlar overtaym sayılmır.

Beləliklə, işçinin yanvar ayı üçün əməkhaqqısı aşağıdakı kimi olacaqdır:

Nəzərə alaq ki, yanvar ayında 143 saat iş norması vardır, onda bir saatlıq əməkhaqqı 858/143 saat = 6 manatdır. Yanvarın 1-də və 2-də işlənilmiş (6 saat+10 saat) = 16 saatın əməkhaqqısı 16×6 manatx2 misli = 192 manat olacaqdır.

Deməli, həmin işçinin yanvar ayı üçün əməkhaqqısı (852 + 192) = 1044 manat olacaqdır.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Auditorlar Palatası vebinar keçirəcək

posted in: Audit, Xəbər | 0

auditorun fəaliyyəti, auditorlar palatası

AUDİTORLARIN NƏZƏRİNƏ!

14 Yanvar 2022-ci il-ci il tarixdə saat 10:00-da “Korrupsiya, PL/TM-ə qarşı mübarizə və kölgə iqtisadiyyatınının azaldılması ilə bağlı Peşəkar mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) müddəalarında nəzərdə tutulmuş auditorların öhdəliklərinin şərhi” mövzusunda vebinar keçiriləcəkdir.

Vebinarın moderatoru Palata aparatının rəhbəri – Qəşəm BAYRAMOV;

Məruzəçilər:

– Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf TALIBOV       

– Sərbəst auditor: Üzeyir FƏTİYEV

Sizin iştirakınız arzuolunandır.

Qoşulma linki: 

https://zoom.us/j/5282932267?pwd=QTYzTmw3ZSt5cHl5cWxJWjgrTUp1Zz09

Konfrans ID: 528 293 2267

Şifrə: ARAP2020


Mənbə: audit.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapitalizm nə vaxt işə yarıyır, nə vaxt yox (12-ci hissə)

posted in: Xəbər | 0

Kapitalizm nə vaxt işə yarıyır, nə vaxt yox (12-ci hissə)kapitalizm

Nyu-York universitetinin professoru Robert Allenin Abu-Dabidə çıxışı       

Problem ondadır ki, xidmət sahəsi çox vaxt tam məşğulluğun olmadığı aşağı ödənişli maaş mövqelərinin yayılmasına gətirb çıxarıb. Bax, bu pisdir. Fabriklərin orta ixtisaslı bir çox işçiləri iş yerlərini itirmiş və xidmət sahəsində daha az ödənişli iş yerinə keçiblər və ya əgər onların özləri bunu etməyiblərsə də, bu şəxslərin uşaqları bunu etməli olacaqlar.

Əgər 1960-cı ildəki məşğulluq strukturunu 2010-cu illə müqayisə etsək, o zaman məlum olur ki, mütəxəssislərin sayı xeyli artıb – onların payı 12% – dən 20% -ə çatıb. Menecerlərin sayı da çoxalıb (6 faizdən 10 faizə yüksəlib). Satışla məşğul olanların, xidmət personalı ilə məşğul olanların sayında böyük artım baş verib: 9 faizdən 21 faizə yüksəlib. Eyni zamanda zavodlarda fəhlə və operatorların sayı güclü şəkildə – 17 faiz bəndində aşağı düşüb. Bir növ dəyişiklik baş verib: fərqli işçilərin əvəzinə menecerlər, mütəxəssislər və xidmət personalı ortaya çıxıb.


Məqalənin 11-ci hissəsini buradan oxuya bilərsiniz


Gəlir nöqteyi-nəzərindən bu necə görünür? Biz xidmət sahəsində olan yarımixtisaslı işçilərlə aşağı ixtisaslı işçilərin gəlirlərini müqayisə edirik, eləcə də kişi ilə qadın baxımından 1972-ci ilə 2017-ci ili müqayisə edirik. 1972-ci ildə bu adamlar tam iş günü ilə çalışanlar olublar, onların maaşları inflyasiya nəzərə alınmaqla korrektə olunub, ona görə də biz onların istehlakını müqayisə edə bilərik.

Kişilər üçün, bu sektorlarda müqayisə çox kiçik bir dəyişiklik göstərir: yarımixtisaslı fəhlə il ərzində 49 min dollara yaxın qazanc əldə edib, 2017-ci ildə onun gəliri təxminən 51 min dollar təşkil edib, xidmət sahəsində də kiçik dəyişiklik baş verib, təxminən 39 min dollardan 41 min dollara qalxıb.

Fikir verdinizsə, xidmət sahəsində əməkhaqqı həmişə istehsalatda olduğundan az olub. Qadınlara gəldikdə, onların vəziyyəti yaxşılaşıb. Onların hər iki növdən olan iş yerlərində real qazancları yüksəlib. Lakin, sənaye dəyişiklikləri səbəbindən vəziyyət daha pisdir. Orta ixtisas tələb edən bir çox iş yerləri 1972-ci ildən başlayaraq yoxa çıxıb. Kişilər üçün bu o deməkdir ki, onlar il ərzində təxminən 49 min dollarlıq  işdən 39 min dollarlıq işə keçiblər.

Əməkhaqqı və məşğulluq dəyişiklikləri səbəbiylə kişilər əmək gəlirlərində çox itiriblər, qadınlar arasında isə çox kiçik bir artım qeydə alınıb. Əgər bu vəzifələrdən birində işləyən kişi, elə bu cür vəzifədə işləyən qadınla evlidirsə, ailənin gəlirləri aşağı düşür, çünki kişilərin qazancı xeyli azalıb.

Bunun siyasi nəticələri olub. ABŞ-da sosial sahədə populizm üzündən, Trampın yürütdüyü siyasət nəticəsində, ağdərili fəhlə sinfi fabriklərdə xeyli iş yerini itiriblər, qazancları da ya aşağı  düşüb, ya da dəyişməz qalıb. Bərabər əməkhaqqı ilə əlaqəli qanunlar sayəsində qazanclarında artım alan qadınlara qarşı mənfi bir münasibət mövcuddur. Mən məlumatları göstərmədim, amma, afrikalı amerikalılar da müsbət ayrı-seçkilikdən faydalanıblar.  Bu, Trampı dəstəkləyən ağdərili işçi sinfindən olan liberal elitanın irəli sürdüyü siyasətdir. Mən demirəm ki, bizdə bərabər əməkhaqqı ödənişi və ya pozitiv diskriminasiya ilə bağlı qanunlar olmamalıdır, amma, bunların öz dəyəri var – hamı onlardan faydalana bilmir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlətin iqtisadi siyasəti (5-ci hissə)

posted in: Xəbər | 0

Dövlətin iqtisadi siyasəti (5-ci hissə)Dövlətin iqtisadi siyasəti

Beləliklə, dövlət bazarı əvəz etməməyə, səylərini bütün bazarların səmərəliliyini aşağıdakı tədbirlər vasitəsilə yönəltməyə çağırış edir:

  • daxili bazarın xarici firmaların üzünə açılması (xarici rəqabətin inkişafı);
  • məcburi olmayan və ya təsirsiz iqtisadi qaydaların qadağan edilməsi və ləğvi;
  • bazar iştirakçılarının informasiya təminatının inkişafı;
  • bütün zəruri məlumatlarla istehlakçıları effektiv şəkildə təmin edən, eləcə də bazarın bütün iştirakçıları üçün şəffaf və bərabər oyun qaydalarını müəyyən edən tənzimləyici orqanların yaradılması.

Dövlət inhisarçılıqla mübarizə apararaq və bazar iştirakçılarının sayının artırılmasını təşviq edərək, kiçik sahibkarlığı, riskli biznesi dəstəkləməklə rəqabət davranışını stimullaşdırmalıdır.

Beləliklə, dövlətin qarışıq iqtisadiyyatda iqtisadi siyasətinin iki əsas növünü (modelini) ayırmaq olar: aktiv makroiqtisadi siyasət və passiv (liberal, klassik) makroiqtisadi siyasət. Keynsian modelində dövlətin iqtisadiyyata təsir etməsi üçün əsas vasitə fiskal siyasətdir, klassik monetar siyasətdir.


Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz


Bu zaman iqtisadi siyasətin birbaşa və dolayı formalarından istifadə edilə bilər. Birbaşa tənzimləmə formalarına aid edilə bilər:

  1. Qanunvericilik fəaliyyəti və dövlətin xüsusi orqanları tərəfindən həyata keçirilən birbaşa inzibati nəzarət: ərzaq məhsullarının və dərmanların keyfiyyəti, qiymətli kağızlar bazarında aparılan əməliyyatlar, əməyin təhlükəsizliyi və mühafizəsi texnikasına əməl edilməsinə, ekoloji norma və qaydalara əməl edilməsinə, antiinhisar qanunvericiliyinə əməl olunmasına görə və bir çox başqaları.
  2. Dövlət istehsalı. Bütün inkişaf etmiş ölkələrdə öz miqyasına görə az və ya çox dərəcədə əhəmiyyətli olan dövlət sektoru mövcuddur. Onun ölçüləri dövlətin iqtisadi rolu üçün bir meyar ola bilər, baxmayaraq ki, bu, mütləq deyil. Dövlət sahibkarlığı olduqca zəif kapital dövriyyəsi (yolların, limanların, kanalların, aerodromların, su kəmərlərinin, rabitə sistemlərinin, elektrik şəbəkələrinin və s.tikintisi və saxlanılması) zamanı inkişafı böyük kapital qoyuluşu tələb edən infrastruktur sahələrində həyata keçirilir. Təkcə istehsal infrastrukturunun deyil, həm də sosial infrastrukturun inkişafında və saxlanmasında dövlətin rolu böyükdür. Dövlətin əsasən məktəblər, ali məktəblərin böyük hissəsi, xeyli sayda xəstəxana, idman qurğuları və s.vardır. Dövlət mal və xidmətlər istehsal edən müəssisələrə malikdir, lakin firmaların birgə sahibi də ola bilər.
  3. Mülkiyyət obyektlərinin milliləşdirilməsi və özəlləşdirilməsi, qiymətlərin və əmək haqqının dondurulması, böhran dövrlərində dövlətin buna əl atması mümkündür.
  4. Transfertlər, dotasiyalar, subsidiyalar, subvensiyalar. Özəl firmaların dövlət kreditləşməsi və sığortalanması fiskal siyasətlə bağlı olsa da, dövlətin birbaşa müdaxilə formaları kimi də nəzərdən keçirilə bilər. Bu alətlərin köməyi ilə dövlət məcburetmə qüvvəsindən istifadə etməklə, zəngin vergi ödəyicilərindən gəlirlərini yoxsullara, daha inkişaf etmiş subyektlərdən, regionlardan isə daha geri qalmış sahələrə yenidən bölüşdürür.
  5. Xarici və daxili kreditorlar qarşısında öhdəliklərin bütün məbləği dövlət borcu olaraq başa düşülür. Daxili və xarici maliyyə bazarlarında uzunmüddətli dövlət borclarının gəlirləri nəsillər arasında yenidən bölüşdürür: hazırkı nəslin ehtiyaclarının bir hissəsi, onların razılığı olmadan bu borcu ödəməyə məcbur olan gələcək nəsillərin hesabına ödənilir.
  6. Hazırda ekoloji böhranın artması şəraitində ekoloji ekspertizanı nəzərdə tutan iqtisadi-ekoloji tənzimləmə üçün inzibati-qanunvericilik tədbirlərindən istifadə edilməsi, atmosferə zərərli maddələrin atılmasının normallaşdırılması, torpaq, su və onlara əməl olunmasına sərt nəzarət getdikcə daha böyük əhəmiyyət kəsb edir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 589 590 591 592 593 594 595 2. 391