» » » Böyük Britaniyada qiymət artımı 30 illik rekordu yenilədi

Böyük Britaniyada qiymət artımı 30 illik rekordu yenilədi

posted in: Xəbər | 0
birbank biznes

Böyük Britaniya , britaniyalılar britaniya2021-ci ilin dekabr ayında Böyük Britaniyada inflyasiya 5,4 faizə kimi yüksəlib

2021-ci ilin dekabr ayında Böyük Britaniyada inflyasiya gözlənilmədən demək olar ki, 30 illik maksimuma yüksəlib. Ölkənin milli statistika İdarəsindən daxil olan məlumatda belə deyilir.

İdarədən verdiyi məlumata görə, Böyük Britaniyada istehlak qiymətləri illik səviyyədə 5,4 faiz artıb – bu, 1992-ci ildən bəri ən yüksək səviyyədir. İqtisadçılar bu göstəricinin 5,2 faiz təşkil edəcəyini gözləyirdilər. Bloomberg qeyd edib ki, dördüncü rübdə inflyasiya orta hesabla 4,9 faiz təşkil edib ki, bu da İngiltərə Bankının 4,3 faizlik proqnozundan yüksəkdir.


Kriptovalyutanın reklamına görə cərimə tətbiq olunacaq


Gündəlik tələbat mallarının və xidmətlərin qiymətləri rekord vurub və əməkhaqqıdan daha sürətlə yüksəlib. Ərzaq məhsulları, içkilər, mebel, geyim, otellərdə yerləşmə və restoranlara gedişlər kəskin şəkildə bahalaşıb. Elektrik enerjisinə görə ödənişlər 18,8 faiz, qaza görə isə 28,1 faiz artmışdır ki, bu da 2009-cu ildən bəri ən böyük artımdır. Bundan başqa, ərzaq qiymətləri 2008-ci ilin iyulundan etibarən ən sürətli templərlə artıb.

Böyük Britaniya Mərkəzi bankı siyasətin sərtləşdirilməsi imkanını nəzərdən keçirir və ardıcıl olaraq ikinci dəfə fevralın 3-də keçiriləcək iclasda faiz dərəcəsini artıra bilər. Mütəxəssislər ölkədə yaşayış qiymətlərinin daha da artacağını proqnozlaşdırırlar ki, bu da yalnız enerji qiymətlərində əlavə sıçrayışla daha da kəskinləşəcək. Aprel ayında inflyasiya pik həddinə çata bilər ki, qiymət artımı 6,5 faizə yaxınlaşmaq təhlükəsi yaradır, – Bloomberg agentliyinin eksperti Den Hanson belə bir proqnoz verib.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun