» » » Korrupsiyaya ən az və ən çox məruz qalan ölkələr

Korrupsiyaya ən az və ən çox məruz qalan ölkələr

posted in: Xəbər | 0
birbank biznes

korrupsiya2020-ci ildə korrupsiyanın qavranılması İndeksinə əsasən, Danimarka bu sahə üzrə dünyanın ən az inkişaf etmiş ölkələri sırasındadır. 88 bal toplayan bu Avropa ölkəsi, sorğuya cəlb edilən 180 ölkə arasında birinci yeri tutub. Sözügedən ölkə ilk hesabatın dərc edildiyi vaxtdan 4 il ərzində stabil olaraq ən yaxşı dördlüyə daxil edilir.

Danimarkada insanlar korrupsiyanı problem hesab etmirlər, çünki dövlət və özəl sektorlarda rüşvətxorluq halları nadir hallarda baş verir.

Bu ölkədə dövlətin vəzifəli şəxsləri, siyasətçilər və digər biznes qurumları ilə qarşılıqlı əlaqədə olan şirkətlərin etik davranışı ilə bağlı işgüzar biznes mühiti formalaşıb.

“Global Competitive Report”a görə, şirkətlər arasında maliyyə auditi və hesabat standartları çox güclüdür.

Somali

Saxara səhrasından cənubda yerləşən bu Afrika ölkəsi, mövcudluğunun bütün aspektlərini məhv edən korrupsiya bataqlığına pərçimlənib. Münaqişə və vətəndaş müharibəsinin girdabına yuvarlanması, hökuməti qeyri-stabilliyə sürükləyib, belə demək olarsa, Somali korrupsiyanın çəngindədir.

Korrupsiya hazırda dövlət quruculuğu səylərini zəiflədir, demokratiyanı, insan haqlarını və qanunların aliliyini pozur.

Bundan əlavə, o, cinayətkarlıq və terrorizm səvyyəsini də yüksəldir. Ən pisi isə  odur ki, hökumət rəsmiləri korrupsiyanın qarşısını almaq üçün kifayət qədər əzmkarlıq nümayiş etdirmirlər.

Somali – bu siyahıda ən çox korrupsiyaya uğramış ölkə hesab olunur.

Cənubi Sudan

2012-ci ildə prezident Salva Kiir dövlət xəzinəsindən 4 milyard dollar oğurlandğını bəyan etmiş hökumət məmurlarına müraciət edərək, həmin pulların geri qaytarılmasını tələb etmişdi. Onun sözlərinə görə, yenicə müstəqillik əldə etmiş ölkə öz inkişafını maliyyləşdirmək üçün pula kəskin ehtiyac duyduğu bir vaxtda həmin vəsaitlərin böyük bir hissəsi xaricdəki hesablarda gizlədilib.

Kiirin həyəcan dolu çağırışları, bu şimali Afrika ölkəsinin 2011-ci ildə Sudandan ayrılaraq, müstəqillik əldə etdiyi andan bəri müşahidə edilən korrupsiya səviyyəsini ortaya çıxarmışdı. O, iqtisadi inkişafı minimuma endirən dağıdıcı korrupsiyanın şahidi olmuşdu.

“Korrupsiya iqtisadiyyatın bütün sektorlarına və dövlət aparatının bütün səviyyələrinə nüfuz edir və özünü müxtəlif formalarda, o cümlədən genişmiqyaslı korrupsiya və qəbilə əlamətləri üzrə müştəri şəbəkələri şəklində özünü göstərir”, – Amnesty Intl. qeyd edib.

Suriya

Müharibədən əziyyət çəkən bu Yaxın Şərq ölkəsində korrupsiyanın üç əsas aspekti var.

Birincisi, rüşvətdir.  Bu, Suriyanın bütün sektorlarında geniş yayılmışdır.

İkincisi, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarıdır ki, bu da Suriya CM-nin müvafiq maddələri ilə təsbit olunub. Hakimiyyətdən sui-istifadə edənlər, öz qurbanlarını maliyyə və ya mənəvi ödənişlər üçün tələyə salmaqdan ötrü qərar qəbul edən şəxslərlə (real və ya virtual) əlaqələrindən istifadə edirlər.

Üçüncü və sonuncu – bu, dövlət vəsaitlərinin oğurlanmasıdır.

Suriyada korrupsiyanın geniş yayılmasının başlıca səbəbi diktaturadır. Adekvat təmkin və tarazlıq azadlığına yol verməyən idarəetmə sistemi. Bu, mətbuat azadlığını boğur, bununla da dövlət vəsaitlərini talamaqla məşğul olan hakimiyyət nümayəndələrini mühafizə edir.

Bu siyahıda növbəti yerləri Yəmən, Venesuela, Sudan, Ekvatorial Qvineya, Liviya, Şimali Koreya, Konqo Demokratik Respublikası tuturlar.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun