Vergi öhdəliklərinin yerinə yetirilməsi müddətləri dəyişdirilib

posted in: Xəbər | 0

Vergi öhdəlikləri , əmlak vergisi, Vergi Məcəlləsinə dəyişiklik, əmlakın siyahıya alınması, elektron qaimə-faktura, alğı-satqı əməliyyatları, ƏDV bəyannaməsi, elektron uyğunsuzluqlar, maliyyə sanksiyası, uçot hesabatlılıq gəlirlərin və xərclərin uçotuVergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi Vergi Məcəlləsinin 85-ci maddəsi ilə tənzimlənir. Qeyd olunan maddəyə 2022-ci il yanvarın 1-dən bir sıra dəyişikliklər edilib.

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi müddətləri aşağıda göstərilən halların biri olduqda, bu Məcəllə ilə müəyyən edilmiş müddətdən daha gec müddətə dəyişdirilə bilər:

– Təbii fəlakət, təhlükə potensiallı obyektlərdə baş verən qəzalar və ya digər qarşısı alınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəydikdə. Bu halda vergi ödəyicisi hadisənin baş verməsi və onun nəticəsində dəymiş zərərin məbləği barədə müvafiq dövlət orqanlarının arayışlarını təqdim etməlidir;

– Vergi borcunu bir dəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflasa uğramaq təhlükəsi olduqda;

– “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sifarişlərinin yerinə yetirilməsi ilə əlaqədar olaraq vergi ödəyicisi tərəfindən yerinə yetirilmiş dövlət sifarişi üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən verilmiş sifarişçinin borclu olduğunu təsdiq edən arayış təqdim edildikdə;

– Vergi ödəyicisi tərəfindən yalnız mövsümi xarakterli malların təqdim edilməsi, işlər görülməsi və ya xidmətlər göstərilməsi həyata keçirildikdə.

Qeyd olunub ki, vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması üçün vergi ödəyicisi tərəfindən vergi növü (növləri) üzrə vergi orqanına yazılı müraciət təqdim edilməlidir. Mikro və kiçik sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 2000 manatdan 20 min manatadək, orta sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 20 min manatdan 100 min manatadək və iri sahibkarlıq subyektinin borcu 100 min manatdan 300 min manatadək olduqda, vergi ödəyicisi tərəfindən müraciətə 85.9-cu maddədə qeyd olunan sənədlər əlavə edilməlidir.

Həmçinin vergi orqanının qərarı ilə vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadıldığı halda həmin borca müraciət edilmə tarixindən və müddətin uzadıldığı dövr ərzində faizlər hesablanmır.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Fiziki şəxslərin icarədən əldə etdikləri gəlir sosial sığortaya cəlb olunurmu?

posted in: Xəbər | 0

Amortizasiya ayırmaları, barter əməliyyatları, Vakansiya, Vergi üzrə MühasibFiziki şəxs olaraq sahibkarlıqla məşğul olan şəxsləri maraqlandıran məsələlərdən biri də əmlaklarının icarəyə verilməsi zamanı məcburi dövlət dosial sığortaya (MDSS) cəlb olunub-olunmaması və hesabatlılıqla bağlıdır. Sərbəst auditor Altay Cəfərov mövzu ilə bağlı suallara aydınlıq gətirir.

Tutaq ki, fiziki şəxs daşınmaz əmlakını hüquqi şəxsə aylıq 1.000 manata icarəyə verib. Fiziki şəxs vergi ödəyicisi kimi vergi orqanında uçota durub və başqa heç bir fəaliyyəti yoxdur. Bu halda, həmin fiziki şəxs vahid bəyannamə təqdim etməlidirmi? MDSS necə hesablanılır? Bəs fiziki şəxs vergi orqanında uçota durmamışdırsa, necə olacaq?

Vergi Məcəlləsinin tələblərinə görə, fiziki şəxslərin əmlakının icarəyə verilməsindən əldə etdiyi gəlirləri ödəmə mənbəyində 14 faiz vergiyə cəlb edilir. Baxmayaraq ki, bir çox hallarda, həmin fiziki şəxslər vergi ödəyicisi kimi vergi orqanlarında uçota dururlar, icarə haqqına görə onlara ödənilən məbləğin 14 faizi ödəmə mənbəyində vergiyə cəlb olunur.

Nəzərdən keçirdiyimiz misalda ödəmə mənbəyində 140 manat vergi tutulur və icarədara 860 manat ödənilır:

1000 x 14% = 140 manat.
1000 – 140 = 860 manat.

Ancaq icarəçi vergi ödəyicisi olmayan fiziki şəxs olarsa, onda əmlakını icarəyə verən fiziki şəxs VÖEN almalı, illik gəlir vergisi bəyannaməsi təqdim etməli, 14 faizlik vergi ödəməlidir.

Məcburi dövlət sosial sığorta ödənişi üçün “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsində nəzər yetirməliyik:

Maddə 15. Məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növləri

Məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan aşağıdakı gəlir növləri istisna olunmaqla, əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə hesablanır:

Muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər (faiz gəliri, dividend, əmlakın icarəyə verilməsindən gəlir…)

Göründüyü kimi, fiziki şəxslərin əmlakın icarəyə verilməsindən əldə etdiyi gəlirlər MDSS tutulmayan gəlir növlərinə aiddir. Ona görə də əmlakını icarəyə verən fiziki şəxslər heç bir sosial sığorta haqqına cəlb edilmirlər.

Bu məqama diqqət yetirmək lazımdır: vergi ödəyicisi kimi uçota durmuş fiziki şəxs əmlakını icarəyə verənkən ondan vahid bəyannamənin təqdim edilməsi tələb olunarsa, bu haqda vergi orqanlarına məlumat verməlidir ki, bu mükəlləfiyyət ləğv edilsin. Əks halda, həmin fiziki şəxsə hər rüb 40 manat maliyyə sanksiyası kəsiləcək.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank 2021-ci ilin nəticələrini elan edib

posted in: Bank, Kapital Bank, Xəbər | 0

kapital bankKapital Bank-ın aktivləri 1 yanvar 2022-ci il tarixinə 6,7 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 2,7 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 yanvar 2022-ci il tarixinə 5,2 milyard manat olub.

Bankın 1 yanvar 2022-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 659 milyon manat, adi və imtiyazlı səhmlər isə 245 milyon manat təşkil edir.

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 22 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünyanın müxtəlif ölkələrində qeyri-adi yığımlar

posted in: Xəbər | 0

gəlir vergisi . qeyri-adi yığımlarBütün dövrlərdə və dünyanın müxtəlif ölkələrində vergilər kəskin mübahisələrə səbəb olub və yerli sakinlərin daimi narazılığına gətirib çıxarıb. Rusiyada və əksər qərb ölkələrində vergi sistemləri öz kökü ilə XV-XVII-ci əsrlərə gedib çıxsa da, ilk vergi yığımları daha əvvəllər tətbiq edilib. Bu müddət ərzində bir çox gözlənilməz təşəbbüslər olub – Bizansda hava vergisindən tutmuş, orta əsrlər İngiltərəsində tətbiq edilən qorxaqlığa görə vergiyə qədər (o, ödəyicini hərbi kampaniyalarda iştirak etmək ehtiyacından azad edirdi). Bu yığımların əksəriyyəti çoxdan unudulub, lakin, dünyada əcnəbilər üçün gözlənilməz və bəzən anlaşılmaz qalan vergilər hələ də mövcuddur.

Vətəndaşların sağlamlığına qayğı

Çox vaxt qeyri-standart vergilərin tətbiqi təkcə xəzinəni doldurmaq istəyi ilə deyil, həm də yerli sakinlərə faydalı vərdişlər aşılamaq cəhdi ilə diktə edilir. Belə ki, məsələn, Macarıstanda son altı il ərzində fastfood vergisi fəaliyyət göstərir ki, bu da zərərli məhsullar istehlak edən insanların sayını azaltmaq məqsədilə tətbiq edilmişdir.

Solyariumda vergi Amerikada fəaliyyət göstərir, burada hakimiyyət orqanları dəri üçün təhlükə yarada biləcək süni günəş vannası qəbul etmək kimi dəbə qarşı bu şəkildə mübarizə aparmağa çalışırlar. Plastik cərrahiyyəyə görə yığımları isə həmin əməliyyatların populyarlıq qazandığı Cənubi Koreyada ödəyirlər. Ümumiyyətlə, o, çox güman ki, vətəndaşların sağlamlığı ilə bağlı qayğıdan daha çox, bu xidmətlərin turistlər arasında populyarlığından irəli gəlir. Hazırda ölkədə çoxlu klinikalar fəaliyyət göstərir ki, onların bəziləri xaricdən gələn xəstələrlə də işləyirlər.

Pasportda ştampın olmasına görə ödəniş

Çox vaxt hakimiyyətlər ölkədəki demoqrafik vəziyyəti düzəltmək, hökumətin fikrincə mənəviyyatın tənəzzülü ilə mübarizə aparmaq və ya çoxuşaqlı ailələri dəstəkləmək üçün əlavə vəsaitlər toplamaqdan ötrü xüsusi vergilər tətbiq etməyə əl atırlar.

Vətəndaş nikahı vergisi 1990-cı illərin ortalarında Çində nikahdankənar birgə yaşayış kimi artan dəb ilə mübarizə aparmaq üçün tətbiq edilmişdi. Birlikdə yaşayan və bütün qeydiyyatdan keçməyən cütlüklər xəzinəyə ildə təxminən 120 avro ödəməlidirlər. Özü də bu zaman ayıq-sayıq qonşular məhəllədə məskunlaşan sevgililər barədə hökumət yetkililərinə məlumat verərək, xəzinənin doldurulmasında fəal iştirak edə bilərlər.

Qeyri-leqal və şübhəli fəaliyyətə görə vergi

Narkodilerlər üçün vergi ABŞ-da mövcuddur. Hətta ABŞ vergi bəyannaməsinə bu gəlir xətti üçün ayrıca sətir də salınıb. Eyni zamanda, ölkədə psixotrop dərmanların ticarətinin özü də qeyri-qanuni olaraq qalır. Vergi ödəmək, vergi ödəyicisini tutulduqda məsuliyyətdən azad etmir, lakin yüngülləşdirici hal kimi çıxış edə bilər.

Ada və cədugərliyə görə vergi

Ada görə dünyada vətəndaşların vergi ödədiyi yeganə ölkə İsveçdir – orada bu rüsum övladına qəribə adlar qoyan valideynlər tərəfindən ödənilir, çünki bu adların tələffüzü başqalarını narahat edir.

Özü də qeyd etmək lazımdır ki, İsveçdə vergi sistemi dünyanın ən qədim sistemlərindən biridir – yerli arxivlərdə hətta Vikinqlərin dövrünə aid olan vergi ödəyiciləri haqqında məlumatlar da vardır.

Sülhə görə vergini isə Afrikanın qərbində yerləşən Qvineya Respublikasında ödəyirlər. Müharibəsiz keçən hər il onlara 700 Belçika frankına başa gəlir. Kənar qüvvələrin köməyinə əl atmaq istəyən Niderland sakinləri isə cadugərliyə görə vergi ödəməlidirlər.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 584 585 586 587 588 589 590 2. 391