İdxalla bağlı maliyyə sanksiyasının tətbiqi

posted in: Xəbər | 0

güzəşt , güzəştlər , vergi ödəyiciləri, Bərbər fəaliyyəti, vergi öhdəliyi, Ödənilən məbləğlərin ƏDV-si, Cari vergi ödəmələrinin hesablanması Cari vergi ödəmələriVergi Məcəlləsinə son dəyişikliklə 1 yanvar 2022-ci ildən operativ vergi nəzarəti tədbirlərinə idxala nəzarətlə bağlı tədbirlər daxil edilib. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 50.1.13-1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.1.11-11-ci maddənin tələbinə uyğun olaraq vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi operativ vergi nəzarəti hallarına aid edilib.

Dövlət və neft-qaz şirkətləri üzrə istisnalar nəzərə alınmaqla idxalla məşğul olan vergi ödəyiciləri malları idxal etməmişdən öncə vergi orqanına məlumat forması göndərməlidir. 16.1.11-11-ci maddənin tələblərinə əsasən, mülkiyyət, icarə və ya digər əşya hüquqları əsasında istifadə edilən və (və ya) vergi orqanlarında təsərrüfat subyekti (obyekti) kimi uçota alınmış malların saxlanılacağı (boşaldılacağı) yer, mallar digər şəxslərə məxsus yerlərdə məsuliyyətli mühafizəyə və ya saxlanca verildiyi halda tərəflər arasında bağlanmış müqavilə və malların saxlanma yeri və mallar sifariş əsasında gətirildiyi halda sifariş verən şəxslər barədə (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumat formasını vergi orqanına təqdim etməlidirlər.

Vergi Məcəlləsinin 23.1.3-2-ci maddəsində qeyd olunur ki, vergi orqanıın hüquqlarına Məcəllənin 16.1.11-11-ci maddəsində nəzərdə tutulan məlumatları təqdim edən vergi ödəyicisinin mallarının saxlanıldığı (boşaldıldığı) yerə həmin mallar idxal edildiyi vaxtdan 3 iş günü müddətində baxış keçirmək və baxışın nəticəsini müvafiq protokolla rəsmiləşdirmək əlavə olunub.


Əmək qabiliyyətinin itirilməsi zamanı müavinət necə hesablanır?


Göründüyü kimi, vergi orqanının vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi məqsədilə operativ vergi nəzarət tədbirləri keçirilməsinin hüququ bazası formalaşdırılıb.

Bəs vergi orqanı baxış zamanı hər hansı uyğunsuzluq aşkar edərsə, hansı maliyyə sanksiyası tətbiq olunur?

Vergi Məcəlləsinin 57.5-ci maddəsinə əsasən, idxal edilmiş mallar barədə bu Məcəllənin 16.1.11-11-ci maddəsində göstərilən məlumatları təqdim etməyən və ya təhrif olunmuş formada təqdim edən vergi ödəyicisinə müvafiq olaraq idxal edilmiş malların hesab-faktura (invoys) dəyərinin və ya onun təhrif olunmaqla təqdim edilmiş hissəsinin mikro sahibkarlıq subyektlərinə münasibətdə 2 faizi miqdarında, digər şəxslərə münasibətdə 5 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Misal 1: Pərakəndə satış fəaliyyəti ilə məşğul olan mikro sahibkarlıq subyekti 10.000 manatlıq mal idxal edib və anbarı olmadığı üçün həmin malları saxlanma müqaviləsi bağlamaqla başqa vergi ödəyicisinin təsərrüfat subyektinə yerləşdirib. Vergi ödəyicisi hesab edir ki, mikro sahibkarlıq subyekti olduğuna görə Vergi Məcəlləsinin 16.1.6-cı maddəsindəki məlumat formasını təqdim etməyə ehtiyac yoxdur. Əslində isə idxal haqqında məlumatı təqdim etməyən mikro sahibkarlıq subyektinə Vergi Məcəlləsinin 57.5-ci maddəsinə uyğun olaraq 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək:

10.000 x 2% = 200 manat

Misal 2: Topdansatış fəaiyyəti ilə məşğul olan iri sahibkarlıq subyekti Rusiyadan 200.000 manatlıq taxta məhsulları idxal edib. Vergi ödəyicisi aldığı malları vergi orqanında uçotda olan anbara boşaldıb. Vergi ödəyici həmin mallarla bağlı Vergi Məcəlləsinin 16.1.6-cı maddəsində nəzərdə tutulan məlumat formasını təqdim etməyib. Bu zaman vergi orqanı tərəfindən vergi ödəyicisinə Vergi Məcəlləsinin 57.5-ci maddəsinə uyğun maliyyə sanksiyası tətbiq olunacaq.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi ödəyicilərinin iştirakı ilə növbəti onlayn görüşün tarixi açıqlanıb

posted in: Xəbər | 0

vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti fevralın 8-də, saat 15:00-da “Zoom” platforması üzərindən 100 nəfər vergi ödəyicisinin iştirakı ilə növbəti onlayn görüş keçirməyi planlaşdırır.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Görüşün məqsədi Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsidir.

Görüşdə iştirak etmək istəyən vergi ödəyiciləri aşağıdakı linklər vasitəsi ilə 08.02.2022-ci il saat 14:30-a qədər görüşə yazıla bilərlər:

Web üzərindən yazılma üçün: https://fxo.io/m/tigers-incredible-1202

Telegram üzərindən yazılma üçün: DVX Bot

Bu ilin yanvar ayında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət strukturları müxtəlif kateqoriyalara aid vergi ödəyicilərinin iştirakı ilə 41 görüş keçirib. Bundan əlavə, qurumun Vergi ödəyicilərinə xidmət baş idarəsi vergi ödəyicilərinin iştirakı ilə “Zoom” platforması üzərindən onlayn görüşlər təşkil edib. Qanunvericiliyə edilmiş dəyişikliklərlə bağlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müvafiq izahlar verilib.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Nazirlik vəfat edən şəxsin topladığı pensiya kapitalının taleyinə aydınlıq gətirib

posted in: Xəbər | 0

minimum əməkhaqqı, iş vaxtı norması, istehsalat təqvimi, 2022, işsizlikdən sığorta ödənişi, icbari sığorta müqaviləsi, Əlilliyin müəyyən olunmasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vəfat edən şəxslərin vaxtilə topladığı pensiya kapitalının taleyinə aydınlıq gətirib.

Nazirlikdən bildirilib ki, sığortaolunan pensiya yaşına çatdıqda və ya pensiya yaşına çatanadək əlilliyə məruz qaldıqda onun ödəmiş olduğu sosial sığorta haqları hesabına fərdi hesabında toplanan pensiya kapitalı əsasında ona təyin olunacaq aylıq pensiyanın məbləği müəyyən edilir.

Qeyd olunub ki, sığortaolunan vəfat etdiyi halda isə onun ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqlarının müqabilində ailə üzvlərinə pensiya təyin edilərək ödənilir: “18 yaşınadək övladları əyani oxuyarlarsa 23 yaşınadək bu pensiyanı alırlar. 18 yaşı olmazdan əvvəl sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş övladlarının əlilliyi 18 yaşdan sonra da davam edərsə, onlar da bu pensiyanı almaqda davam edirlər.

Bundan əlavə, sığortaolunanın ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqlarının əsasında onun digər ailə üzvləri, yəni pensiya yaşına çatmış arvadı (əri), anası, atası, həmçinin I və ya Il dərəcə əlil olmuş arvadı (əri), anası, atası da istifadə etməklə əmək pensiyası ala bilirlər. Yəni şəxsin topladığı pensiya kapitalı, o, vəfat etdikdə də ailə üzvlərinin sosial təminatına yönəldilir. Pensiyalarda edilən artımlar, həmçinin hər ilin əvvəlində indeksasiya nəticəsində edilən artımlar ailə başçısını itirməyə görə ödənilən pensiyalara da şamil olunur”.

Qeyd edək ki, yanvarın 26-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. İclasda deputatlar şəxs vəfat edərkən onun pensiya kapitalının taleyi, əlillik və əlilliyin təyinatı məsələləri ilə bağlı rəylərini səsləndiriblər.

Bundan başqa, Milli Məclisdə “Əmək pensiyaları sahəsində aparılan islahatlar: nəticələr, çətinliklər və perspektivlər” mövzusunda dinləmə keçiriləcək. Dinləmələrdə şəxs vəfat edərkən onun pensiya kapitalının taleyi məsələsi də müzakirə predmeti olacaq.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Azərsu” auditor seçir

posted in: Audit, Auditor, Xəbər | 0

auditor vakansiya“Azərsu” ASC 2021-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 350 manatdır.

İddiaçılar ilkin sənədləri fevralın 24-ü, saat 16:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə martın 4-ü, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.

Tenderin nəticəsi martın 7-də, saat 16:00-da portalda açıqlanacaq.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 580 581 582 583 584 585 586 2. 400