Müştərinin hesabından xəbərsiz silinən pullara görə kim cavabdehdir?

posted in: Xəbər | 0

Problemli Kreditlər, vakansiyaBəzən sosial şəbəkələrdə bank müştərilərinin hesablarından özlərindən xəbərsiz pul silinmələri olduqlarından gileyləndiklərinin şahidi oluruq. İlk baxışdan təəccüblü səslənən belə fikirlərin həqiqətə nə qədər əsaslandığını öyrənmək qərarına gəldik. Müştərinin xəbəri olmadan onun hesabından pul silinə bilərmi? Belə hal baş verirsə, günah kimdədir və bu vəziyyətdən çıxmaq üçün hansı addımları atmaq lazımdır?

Hüquqşunas Əkrəm Həsənov bildirib ki, belə hallar müxtəlif səbəblərdən ola bilər.

“Ola bilsin ki, bu, vətəndaşın öz günahıdır, kartın məlumatlarını harasa daxil edib, kiməsə verib. Həmin şəxslər də kartdan pul çıxarış edirlər. Belə halların bankın səhvi ucbatından olması da istisna deyil. Bankın informasiya təhlükəsizliyi sistemi yaxşı səviyyədə olmadıqda hakerlər pulu çıxara bilərlər”.


Malların “daxildə emal” xüsusi gömrük proseduru altında yerləşdirilməsi


Bəs belə vəziyyətlə üzləşən vətəndaş nə etməlidir?

Ekspertin fkrincə, ən əvvəl, “SMS Securite” xidmətindən istifadə etmək olar:

“Orada kartdan çıxarış zamanı müştərinin telefonuna SMS gəlir və kod tələb edir. Bu xidmət ödənişli olsa da, o qədər də baha deyil. Müştərilər bu xidmətdən istifadə etsə, yaxşı olar. Buna baxmayaraq, pullar silinirsə, onda günah bankın üzərindədir”.

Hazırda banklarla bağlı oxşar mövzuda məhkəmə işi apardığını deyən hüquqşünas həmin haldakı vəziyyəti də bölüşdü:

2020-ci ildə müştərinin hesabından ay ərzində 100-dən çox qanunsuz olaraq kartdan silinmə olub. Cəmi 10 min avrodan çox itki olub. Vətəndaşa da bu barədə məlumat verilib. Vətəndaş SMS xidmətinə qoşulmuşdu. Hələlik məsələ ilə bağlı məhkəmədə müzakirələr aparılır. Qərar verilməyib”.

Hüquqşünas bəzən vəziyyətin əksinə cərəyan edə bildiyini də qeyd edib:

“Elə hallar da olur ki, bank səhvən karta artıq pul köçürür. Bu halda bank öz pulunu sonra geri ala bilər. Çünki bu müştərinin pulu deyil. Amma İngiltərədə belə məsələlərə fərqli yanaşma olur. Bank hiss olunmayan dərəcədə pulu karta artıq vurursa və müştəri onu xərcləyirsə, onu geri almır. Amma əgər hiss olunacaq qədər pul artıq vurulubsa (məsələn, 10 min funt sterlinq), onda bank geri alır. Amma bizdə belə deyil, vətəndaş pulu xərcləmiş olsa belə, yenə də o pulu alır”.


Pul vəsaitinin uçotunun tənzimlənməsi


Bankın haqlı olduğu məqamlar da var

Bank mütəxəssisi Tural Əliyev deyir ki, əgər biz kibercinayətkarlıqdan, dələduzluqdan danışmırıqsa, bankın öz mənafeyi naminə hansısa müştərinin hesabından pul silməsi qanunaziddir, heç bir bank buna getmir və getməz.

Bunun səbəbi isə audit yoxlamaları zamanı üstünün açılmaq ehtimalıdır:

“Bank bunu eləməz, çünki bunu edən bankın proqram sistemidir, özü avtomatik tutulmalar edir. Məsələ odur ki, sistem bu pulu nəyə görə hesablayır. Burada bankın haqlı olduğu məqamlar da var. Məsələn, müştəri İngiltərədəki firmadan avro ilə mal alır, kartdan pul çıxılır. Amma həmin faylın prosesinq mərkəzlərində oxunması da var. Yəni bu gün həmin əməliyyatın faylı yaranır, bir gün sonra oxunanda konvertasiya fərqi yarana bilər. Bank bunun müştərinin xərci olduğunu bildiyi üçün həmin xırda məbləği müştəridən tutur. Həmin məbləğ də az olur”.

T.Əliyev bildirib ki, krediti bankın proqram sistemi hesablayır. Onun faizlərinin mütəmadi tutulması mümkün deyil:

“Texniki səhv olsa, müştəri hər şeydən qabaq banka yaxınlaşmalı, kartın çıxarışını almalı və ərizə yazaraq əsaslandırılmasını istəməlidir. Əgər bankın cavabı onu qane etməsə, məhkəməyə müraciət etmək hüququ var. Mərkəzi Bankın 966 qaynar xətti var. Vətəndaş ora da şikayət edə bilər”.


Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il müddətinə dayandırılıb


Müştəri kartına pul qoyan kimi həmin pul çıxılır

Banklardan birinini kredit mütəxəssisi kimi çalışan Emil Əliyev deyir ki, kredit kartından bank tərəfindən pul silinə bilər: “Məsələn, müştərinin kartında 150 manat var, o, 152 manatlıq əməliyyat edirsə, elə bank var ki, mənfiyə gedir. Müştəri isə elə bilir ki, pulu çatıb, amma əslində isə overdraft yaranır. Müştəri kartına pul qoyan kimi həmin pul çıxılır”.

Müştərinin kartına artıq pulun köçməsi halları ilə rastlaşdığını deyən E.Əliyev həmin vəziyyəti bölüşüb:

“İş yoldaşım müştərinin kartına səhvən artıq pul köçürmüşdü. Müştəri isə həmin pulu xərcləmişdi. Əvvəl həmin müştəri bir az tərəddüd etdi. Sonra Daxili İşlər Nazirliyinə müraciət olundu. Daha sonra bank o pulu geri ala bildi”.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pul vəsaitinin uçotunun tənzimlənməsi

posted in: Xəbər | 0

rezident , Dividend gəlirləri , ödəniş tapşırıqları , Bank əməliyyatları , güzəştli vergi , ofşor ölkə , cari vergi ödəyiciləri , güzəşt , Vergi yükünün azaldılması, maliyyə sanksiyaları, xronometraj metodu, kameral vergi yoxlamasının müddəti, kameral vergi yoxlaması, xronometraj metodu, mülki-hüquqi müqavilə, vergi sanksiyası, Vergi Məcəlləsi, ədv öhdəliyi, güzəştlər cari vergi arayışıPul vəsaitinin bəzən bilərəkdən, bəzən də bilməyərəkdən uçotdan gizlədilməsi və ya uçota alınmaması vergi ödəyiciləri üçün problem yaradan məsələlərdəndir. Mövzuya “Good Finance” MMC-nin vergi məsləhətçisi Teymur İslamlı aydınlıq gətirir.

Vergi Məcəlləsinin 58.8.1-cu maddəsinə əsasən, pul vəsaitinin 1.000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə pulun 1.000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1.000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Vergi ödəyiciləri tərəfindən nağd pul vəsaitinin uçotunun aparılması Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiqlənmiş “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması” Qaydası ilə tənzimlənir. Qaydanın 3.19-cu bəndinə əsasən, pul vəsaitlərinin hərəkəti bu Qaydaya uyğun olaraq uçot sənədləri (kassa kitabı, kassa mədaxil və məxaric orderləri, qəbzlər, çeklər, bank ödəniş sənədi, elektron qaimə-faktura, alış aktları, elektron alış aktları, təhvil-qəbul aktları və digər təsdiqedici sənədlər) ilə rəsmiləşdirilmədikdə və ya həmin sənədlər mövcud olmadıqda, bu hallar pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması kimi qiymətləndirilir

Bəs pul vəsaitinin uçotu zamanı rəsmiləşdirmənin aparılmasına hansı tələblər var?

Rəsmiləşdirmə ciddi hesabat blankı olan kassa-mədaxil orderi, qaytanlanmış və səhifələrinin sayı imza və möhürlə təsdiqlənmiş kassa kitabı, kassa-məxaric orderi, eləcə də Qaydada göstərilmiş digər sənədlər əsasında aparılmalıdır. Qaydanın 3.13-cü bəndinə əsasən, kassa mədaxil orderi və onların qəbzləri, həmçinin kassa məxaric orderi və ona əlavə edilən ödəniş sənədləri mürəkkəbli və ya diyircəkli qələmlə, yaxud kompüterlərdə və ya digər müasir hesablama texnikalarında dürüst və aydın formada doldurulur. Həmin sənədlərdə heç bir düzəlişə yol verilmir.


Malların “daxildə emal” xüsusi gömrük proseduru altında yerləşdirilməsi


Kassa qalığının əskik gəlməsi əsas etibarilə kassa-məxaric orderi tərtib edilmədən kassadan pul vəsaitinin məxaric olmasıdır ki, bu məbləğin 1.000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1.000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Təcrübədə ən çox rast gəlinən iki hala diqqət yetirək.

1-ci halda vergi ödəyicisi tərəfindən bank hesabından pul vəsaiti nağdlaşdırılıb – Qaydanın 2.4-cü bəndinə əsasən, pul vəsaitləri həmin gün ərzində vergi ödəyicisi tərəfindən kassa mədaxil orderi tərtib olunmaqla kassaya mədaxil edilir.

2-ci halda vergi ödəyicisinin satış əməliyyatlarından nağd şəkildə daxilolmaları var – pul vəsaiti kassaya təhvil verilərkən (məsələn, nəzarət-kassa aparatının “Z” hesabatı əsasında) Qaydanın 3.10.4-cü bəndinə əsasən, kassa mədaxil və məxaric orderləri üzrə məbləğlər gün ərzində kassa kitabında qeydə alınır.

Yeri gəlmişkən, vergi ödəyicisinin kassasından nağd pul vəsaitinin məxaricinə “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsi ilə müəyyən edilmiş hədlər daxilində yol verilir. Qeyd edilən hədlərdən artıq məxaric əməliyyatlarına görə Vergi Məcəlləsinin 58.7-1.1 maddəsi üzrə maliyyə sanksiyası tətbiq edilə bilər.


Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il müddətinə dayandırılıb


Təhtəlhesab şəxslərə verilən pul vəsaitinə münasibətdə hansı addımlar atılmalı olduğuna gəldikdə, Qaydanın 2.6-cı bəndinə əsasən, vergi ödəyicisinin kassasından təhtəlhesab şəxslərə nağd pul (avans) 5 iş günündən çox olmayan (ezamiyyə xərcləri istisna olmaqla) müddətə verilir. Təhtəlhesab şəxs tərəfindən pul vəsaiti qeyd edilən müddətdən gec geri qaytarıldıqda və ya avans hesabatı üzrə xərcləri təsdiq edən sənədlər təhvil verilmədikdə Vergi Məcəlləsinin 98.2.7-ci maddəsinə əsasən, həmin şəxsin muzdlu işdən gəliri hesab edilir. Eyni zamanda, qeyd edilən məsələnin faktiki halları araşdırılmaqla vergi ödəyicisinə də 58.8.1-ci maddəyə müvafiq olaraq maliyyə sanksiyası tətbiq edilə bilər.

Sonda diqqəti bir məsələyə yönəltmək istərdim: bəzən düzgün olmayan belə bir fikirlə qarşılaşırıq ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsində göstərilən hədlər daxilində nağd pul vəsaitinin qanunvericiliyə uyğun uçotu aparılmadan xərclənməsi heç bir vergi riski doğurmur. Halbuki, yuxarıda qeyd edilən ayrı-ayrı hallara uyğun olaraq belə hallar Vergi Məcəlləsinin 58.8.1-ci maddəsi üzrə maliyyə sanksiyasının tətbiqi ilə nəticələnə bilər.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Malların “daxildə emal” xüsusi gömrük proseduru altında yerləşdirilməsi

posted in: Xəbər | 0

daxildə emal , mühasiblər Vakansiya Maliyyə üzrə mütəxəssis“Daxildə emal” xüsusi gömrük prosedurudur. Bu prosedur barədə maraq doğuran məsələlərə İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi, iqtisadçı ekspert Cavid Vəlizadə aydınlıq gətirir.

Gömrük Məcəlləsinə əsasən, “daxildə emal” müəyyən malların emal əməliyyatları aparıldıqdan sonra ixrac edilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük rüsumları və vergilər alınmadan gətirilməsindən ibarət xüsusi gömrük prosedurudur.

Xammalların “daxildə emal” xüsusi gömrük proseduru altında yerləşdirilməsi yalnız istehsalçı olub, istehsal etdiyi malı ixrac edən şəxslərə şamil olunur.
“Daxildə emal” proseduru altında yerləşdirilən xarici xammallar aşağıda göstərilənlər tətbiq olunmadan gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında istifadə edilir:

• idxal gömrük rüsumları;

• malların idxalı üzrə qanunvericilikdə nəzərdə tutulmuş əlavə dəyər vergisi və aksizlər.


İdxalla bağlı maliyyə sanksiyasının tətbiqi


Gömrük Məcəlləsinin 198.1-ci maddəsinə əsasən, gətirilən xammalların “daxildə emal” xüsusi gömrük prosedurunun başa çatma müddəti iki ildən artıq olmamalıdır. Gömrük orqanı “daxildə emal” xüsusi gömrük prosedurunun başa çatması müddətini müraciət etmiş şəxsin emal əməliyyatlarının aparılması müddəti barədə verdiyi məlumata əsasən müəyyənləşdirir. Müəyyən edilən müddət ərzində mallar ixrac edildikdə həmin mallar idxal gömrük rüsumlarından və vergilərdən tamamilə azad olunur.

İcazə sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı “daxildə emal” xüsusi gömrük prosedurunun başa çatması müddətinin 1 (bir) ilədək uzadılması barədə qərar qəbul edir. İcazə sahibi icazənin müddətinin uzadılması üçün prosedurun müddətinin başa çatmasına ən azı 15 gün qalmış gömrük orqanına müraciət etməlidir. İcazədə göstərilmiş müddət bitdikdən sonra edilmiş müraciətlərə baxılmır.

Malların “daxildə emal” xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün DGK-nə kağız üzərində yazılı və ya elektron formada ərizə ilə müraciət edilir. Ərizədə “İnzibati icraat haqqında” Qanunun 30.2-ci maddəsində təsbit edilən məlumatlarla yanaşı, aşağıdakılar da göstərilməlidir:

• hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);

• xarici malların və emal məhsullarının adları, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə kodları, XİFMN-də göstərilən ölçü vahidində miqdarı;

• emal əməliyyatları barədə məlumat (texnoloji proseslər);

• daxildə emal xüsusi gömrük proseduru üzrə yerinə yetirilən əməliyyatların hasilat norması (resepturalar);

• mövcud olduqda istehsalat tullantılarının və itgilərinin adları, XİFMN üzrə kodları, XİFMN-də göstərilən ölçü vahidində miqdarı.


Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il müddətinə dayandırılıb


Daxil olmuş ərizəyə gömrük orqanı tərəfindən iki iş günü müddətində baxılır və malların “daxildə emal” xüsusi gömrük proseduru altında yerləşdirilməsinə kağız üzərində yazılı və ya elektron formada icazə verilir. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə məlumat verilir və çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müraciətə bir iş günü müddətində yenidən baxılaraq, müvafiq qərar qəbul edilir.

Qeyd: “Daxildə emal” xüsusi gömrük proseduruna dair icazədə göstərilmiş müddətdə prosedur başa çatmadıqda “daxildə emal” xüsusi gömrük proseduru dəyişdirilir və mallar “sərbəst dövriyyəyə buraxılış” gömrük proseduru altında yerləşdirilir, mallara dair müvafiq gömrük rüsumları və vergilər tətbiq olunur.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il müddətinə dayandırılıb

posted in: Xəbər | 0

Əmək pensiyalarının indeksləşdirilməsi , Əmək pensiyaları ,əlilliyin müəyyənləşdirilməsiAzərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il müddətinə dayandırılıb.

Bu, Prezident İlham Əliyevin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Qanun 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Qeyd edək ki, dəyişikliklə sahibkarlıq sahəsində aparılan yoxlamaların müddəti 2023-ci ilin yanvarın 1-nə qədər uzadılıb. Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluğun apardığı yoxlamalara şamil edilmir. Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1109; 2017, № 11, maddə 1973; 2018, № 11, maddə 2232, № 12 (I kitab), maddə 2520; 2019, № 2, maddə 202, № 6, maddə 1006; 2020, № 3, maddə 224; 2021, № 3, maddə 216, № 5, maddə 429) 1-ci maddəsində “2022-ci” sözləri “2023-cü” sözləri ilə əvəz edilsin.

Maddə 2. Bu Qanun 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2022-ci il



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 577 578 579 580 581 582 583 2. 400