» » » Müştərinin hesabından xəbərsiz silinən pullara görə kim cavabdehdir?

Müştərinin hesabından xəbərsiz silinən pullara görə kim cavabdehdir?

posted in: Xəbər | 0
birbank biznes

Problemli Kreditlər, vakansiyaBəzən sosial şəbəkələrdə bank müştərilərinin hesablarından özlərindən xəbərsiz pul silinmələri olduqlarından gileyləndiklərinin şahidi oluruq. İlk baxışdan təəccüblü səslənən belə fikirlərin həqiqətə nə qədər əsaslandığını öyrənmək qərarına gəldik. Müştərinin xəbəri olmadan onun hesabından pul silinə bilərmi? Belə hal baş verirsə, günah kimdədir və bu vəziyyətdən çıxmaq üçün hansı addımları atmaq lazımdır?

Hüquqşunas Əkrəm Həsənov bildirib ki, belə hallar müxtəlif səbəblərdən ola bilər.

“Ola bilsin ki, bu, vətəndaşın öz günahıdır, kartın məlumatlarını harasa daxil edib, kiməsə verib. Həmin şəxslər də kartdan pul çıxarış edirlər. Belə halların bankın səhvi ucbatından olması da istisna deyil. Bankın informasiya təhlükəsizliyi sistemi yaxşı səviyyədə olmadıqda hakerlər pulu çıxara bilərlər”.


Malların “daxildə emal” xüsusi gömrük proseduru altında yerləşdirilməsi


Bəs belə vəziyyətlə üzləşən vətəndaş nə etməlidir?

Ekspertin fkrincə, ən əvvəl, “SMS Securite” xidmətindən istifadə etmək olar:

“Orada kartdan çıxarış zamanı müştərinin telefonuna SMS gəlir və kod tələb edir. Bu xidmət ödənişli olsa da, o qədər də baha deyil. Müştərilər bu xidmətdən istifadə etsə, yaxşı olar. Buna baxmayaraq, pullar silinirsə, onda günah bankın üzərindədir”.

Hazırda banklarla bağlı oxşar mövzuda məhkəmə işi apardığını deyən hüquqşünas həmin haldakı vəziyyəti də bölüşdü:

2020-ci ildə müştərinin hesabından ay ərzində 100-dən çox qanunsuz olaraq kartdan silinmə olub. Cəmi 10 min avrodan çox itki olub. Vətəndaşa da bu barədə məlumat verilib. Vətəndaş SMS xidmətinə qoşulmuşdu. Hələlik məsələ ilə bağlı məhkəmədə müzakirələr aparılır. Qərar verilməyib”.

Hüquqşünas bəzən vəziyyətin əksinə cərəyan edə bildiyini də qeyd edib:

“Elə hallar da olur ki, bank səhvən karta artıq pul köçürür. Bu halda bank öz pulunu sonra geri ala bilər. Çünki bu müştərinin pulu deyil. Amma İngiltərədə belə məsələlərə fərqli yanaşma olur. Bank hiss olunmayan dərəcədə pulu karta artıq vurursa və müştəri onu xərcləyirsə, onu geri almır. Amma əgər hiss olunacaq qədər pul artıq vurulubsa (məsələn, 10 min funt sterlinq), onda bank geri alır. Amma bizdə belə deyil, vətəndaş pulu xərcləmiş olsa belə, yenə də o pulu alır”.


Pul vəsaitinin uçotunun tənzimlənməsi


Bankın haqlı olduğu məqamlar da var

Bank mütəxəssisi Tural Əliyev deyir ki, əgər biz kibercinayətkarlıqdan, dələduzluqdan danışmırıqsa, bankın öz mənafeyi naminə hansısa müştərinin hesabından pul silməsi qanunaziddir, heç bir bank buna getmir və getməz.

Bunun səbəbi isə audit yoxlamaları zamanı üstünün açılmaq ehtimalıdır:

“Bank bunu eləməz, çünki bunu edən bankın proqram sistemidir, özü avtomatik tutulmalar edir. Məsələ odur ki, sistem bu pulu nəyə görə hesablayır. Burada bankın haqlı olduğu məqamlar da var. Məsələn, müştəri İngiltərədəki firmadan avro ilə mal alır, kartdan pul çıxılır. Amma həmin faylın prosesinq mərkəzlərində oxunması da var. Yəni bu gün həmin əməliyyatın faylı yaranır, bir gün sonra oxunanda konvertasiya fərqi yarana bilər. Bank bunun müştərinin xərci olduğunu bildiyi üçün həmin xırda məbləği müştəridən tutur. Həmin məbləğ də az olur”.

T.Əliyev bildirib ki, krediti bankın proqram sistemi hesablayır. Onun faizlərinin mütəmadi tutulması mümkün deyil:

“Texniki səhv olsa, müştəri hər şeydən qabaq banka yaxınlaşmalı, kartın çıxarışını almalı və ərizə yazaraq əsaslandırılmasını istəməlidir. Əgər bankın cavabı onu qane etməsə, məhkəməyə müraciət etmək hüququ var. Mərkəzi Bankın 966 qaynar xətti var. Vətəndaş ora da şikayət edə bilər”.


Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il müddətinə dayandırılıb


Müştəri kartına pul qoyan kimi həmin pul çıxılır

Banklardan birinini kredit mütəxəssisi kimi çalışan Emil Əliyev deyir ki, kredit kartından bank tərəfindən pul silinə bilər: “Məsələn, müştərinin kartında 150 manat var, o, 152 manatlıq əməliyyat edirsə, elə bank var ki, mənfiyə gedir. Müştəri isə elə bilir ki, pulu çatıb, amma əslində isə overdraft yaranır. Müştəri kartına pul qoyan kimi həmin pul çıxılır”.

Müştərinin kartına artıq pulun köçməsi halları ilə rastlaşdığını deyən E.Əliyev həmin vəziyyəti bölüşüb:

“İş yoldaşım müştərinin kartına səhvən artıq pul köçürmüşdü. Müştəri isə həmin pulu xərcləmişdi. Əvvəl həmin müştəri bir az tərəddüd etdi. Sonra Daxili İşlər Nazirliyinə müraciət olundu. Daha sonra bank o pulu geri ala bildi”.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun