Yaxın qohumlara kimlər aid edilir? (Yaxın qohumlar üzrə qanunverici mövqeyi)

posted in: Xəbər | 0

yaxın qohumlarHüquq münasibətləri başlıca olaraq cəmiyyətin oxşar həyat tərzinə uyğun tənzimləndiyi üçün bir sıra münasibətləri dəqiq öyrənmək faydalıdır.

Bu yazıda yaxın qohumların dairəsi, onlarla bağlı qanunvericiliyin mövqeləri barədə məlumat verməyə çalışacağıq.

Kimlər yaxın qohumlar sayılır və hansı münasibətlərdə bu qohumluq məsələləri ön plana çıxır?

– valideynlər və övladları, baba-nənə və nəvələri, doğma yaxud ögey qardaş-bacılar ailə münasibətləri üzrə yaxın qohum sayılır. Bu şəxslər arasında nikaha icazə verilmir. Boşanma hallarında valideynlərdən başqa yaxın qohumların da uşaqla ünsiyyət hüququ var. Yaxın qohumlar uşağın valideyni ilə bağlı valideynlik hüququndan məhrum etmə barədə iddia qaldıra bilər.

– əmək münasibətlərinə görə valideynlər, qardaş-bacı, uşaqlar, ər-arvad, qudaları, ər-arvadın qardaş-bacısı, nənə-baba yaxın qohum sayılır. Yaxın qohumun xəstələnməsi və ya ölümü halında bütün iş günü işə gəlməmə üzrlü hal sayılır, həmçinin bu hallarla əlaqədar fərdi əmək mübahisələri üzrə müddətin ötürülməsi də üzrlü səbəb hesab edilir.


Tam maddi məsuliyyət barədə müqavilə nə məqsədlə bağlanılır?


– Mülki münasibətlərdə daha çox qohumlar anlayışından istifadə edilsə də, mahiyyət etibarilə yaxın qohumlar anlayışı ilə eynilik təşkil edir. Bu münasibətlərə görə qohumlar ər-arvad, valideynlər, ər-arvadın valideynləri, qardaş-bacıları, övladları, nənə-babaları hesab edilir. Hüquqi şəxsin direktorlar şurası və icra orqanının rəhbər və üzvlərinin, həmçinin struktur bölməsinin rəhbərinin qohumları aidiyyəti şəxslər hesab edilir. Həmin şəxslərlə bağlanan müqavilələr üzrə xüsusi tələblər mövcuddur.

– İnzibati xəta işləri və mülki prosessual işlər üzrə qohum və yaxın qohum anlayışlarından istifadə edilir. Yaxın qohumların dairəsinə valideynlər, övladlar, ər-arvad, nənə-babalar, qardaş-bacılar və nəvələr aid edilir. İnzibati xətalar haqqında iş üzrə icraatda zərərçəkmişin, mülki prosessual işlərdə isə tərəfin yaxın qohumu və ya vəkili nümayəndə kimi iştirak edə bilər. Şahid yaxın qohumlarına qarşı izahat verməmək hüququna malikdir. İnzibati qaydada tutulmuş şəxsin yaxın qohumlarına məlumat verilməsini tələb etmək hüququ var. Qohumları hakim, inzibati iş üzrə vəzifəli şəxs olan şəxsin işinə həmin qohumu baxa bilməz.

– cinayət hüquq münasibətlərində yaxın qohum anlayışından istifadə edilsə də, konkret dairənin müəyyən edilməməsi müşahidə olunur. Bu hüquq münasibətlərində yaxın qohumlara qarşı törədilən əməl daha ağır cəzalara səbəb olur.

– miqrasiya münasibətlərində yaxın qohum anlayışına valideynlər, qardaş-bacı, qardaş-bacının övladları, ər-arvad, baba-nənə, nəvə, övladlar, baba-nənənin atası və anası, qayınata, qayınana, baldız və qayın aid edilir. Bu münasibətlərə görə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin viza barədə vəsatətlərinə yaxın qohumun ölümü və ya ağır xəstəliyi ilə əlaqədar məsələlərdə ən geci 2 iş günü ərzində baxılır. Yaxın qohumun ağır xəstəliyi və ya ölümü hallarında adıçəkilən şəxslərin ölkədə müvəqqəti qalma müddəti 60 günədək uzadıla bilər.

– cinayət prosessual hüquq münasibətlərinə görə isə yaxın qohumlar valideynlər, ər-arvad, qardaş-bacı, nənə-baba, övladlar və nəvələr sayılır. Bu şəxslər nümayəndə ola bilər. Cinayət işi üzrə zərərçəkmiş şəxs öldükdə yaxın qohumları onun hüquqlarını əldə edir və hüquqi varisi kimi çıxış edir. Bu münasibətlərdə də yaxın qohumlar əleyhinə ifadə verilə bilməz. Şübhəli, təqsirləndirilən şəxsin yaxın qohumuna məlumat verilməlidir.


Qismən ödənişli məzuniyyət nə qədərdir və kimlərin almaq hüququ vardır?


– Seçki hüquq münasibətlərində də yaxın qohumlar ailə münasibətlərindəki kimidir. Bu münasibətlər üzrə yaxın qohumlar namizədin iştirak etdiyi seçki komissiyasının üzvü ola bilmir. Həmçinin seçici hərəkət edə bilmirsə, yaxın qohumun müraciəti ilə seçici siyahısına daxil ola bilər.

– vergi hüququna əsasən qohumluqla bağlı bir normada vurğulanma mövcuddur. Buna əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı 3 nəfər, o cümlədən 23 yaşınadək gündüz təhsil alan tələbə və ya şagird varsa, (dövlət təminatı olmayan) ər-arvaddan birinin gəlir vergisində aylıq 50 manat gəliri nəzərə alınmır.

– dövlət qulluğu haqqında qanunvericiliyə görə yaxın qohumluq dairəsi göstərilmir. Buna baxmayaraq şəxs tabeliyində yaxud nəzarətində işləyəcəyi şəxslə yaxın qohumluq yaxud qudalıq münasibətində olduqda, dövlət qulluğuna qəbul edilmir.


Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov

Auditorlar Palatası 3 şirkəti bazardan kənarlaşdırıb

posted in: Xəbər | 0
Vergi Məcəlləsində edilən dəyişikliklər, auditorun fəaliyyəti, auditorlar palatası , struktur islahatlarıAuditorlar Palatası üzvlük haqqını ödəmədiyinə görə 3 auditor təşkilatının fəaliyyətini dayandırıb.

Quruma istinadən xəbər verilir ki, bunlar “ASAN Audit”, “EON Audit” və “Premium Audit” MMC-lərdir.

“Auditor xidməti bazarında haqlı rəqabətin təmin olunması, sifarişçilərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, bu sistemdə şəffaflığın təmin edilməsi və korrupsiya hallarının aradan qaldırılması ilə əlaqədar audit sifarişçilərinin mənafelərinin qorunması məqsədilə onların risk qrupunda olmaları nəzərinizə çatdırılır”, – deyə Palata bəyan edib.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Tam maddi məsuliyyət barədə müqavilə nə məqsədlə bağlanılır?

posted in: Xəbər | 0

Tam maddi məsuliyyət barədə müqavilə nə məqsədlə bağlanılır?

əmək müqavilələri Tələbələrlə əmək müqaviləsiİstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.

İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər.


Əməkhaqqı artımı işçinin məzuniyyətə göndərildiyi ayda baş verərsə


Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.


Mənbə: sosial.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əməkhaqqı artımı işçinin məzuniyyətə göndərildiyi ayda baş verərsə

posted in: Xəbər | 0

məzuniyyət , əməkhaqqı artımı , əməkhaqqı , Mühasibatlıq, Mühasib, Vakansiya, mühasibat uçotuÖlkə başçısının müvafiq sərəncamı ilə 1 yanvar 2022-ci il tarixdən minimum əməkhaqqının məbləği 250 manatdan 300 manata artırılıb. Maraqlıdır ki, yanvar ayında məzuniyyətə gedən işçiyə məzuniyyət haqqının hesablanması zamanı əmsallaşdırma tətbiq olunmalıdırmı? Suala iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirib.

Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli, 137 nömrəli qərarı ilə təsdiq edilmiş “Məzuniyyət vaxtı üçün orta əməkhaqqının əmsallaşdırılması” qaydasına əsasən, məzuniyyətin əmsallaşdırılmasının məqsədi işçinin məzuniyyət dövründəki əməkhaqqını real əməkhaqqıya uyğunlaşdırmaqdır. Bu səbəbdən də işçi əməkhaqqıda artım olan yanvar ayında məzuniyyətə gedirsə, onun məzuniyyət haqqına mütləq əmsallaşdırma tətbiq edilməlidir. Məzuniyyət haqqı əmsallaşdırılmasa, işçinin yanvar ayı üzrə gəlirləri az olacaq ki, bu da əmsallaşdırma fəlsəfəsinə ziddir.


Qismən ödənişli məzuniyyət nə qədərdir və kimlərin almaq hüququ vardır?


Misal: Dövlət qurumunda çalışan işçi 20 dekabr 2021-ci ildə 30 günlük məzuniyyət hüququndan istifadə edib. Yanvar ayında işçinin əməkhaqqısı artıb. Bu zaman işçinin dekabr ayına təsadüf edən məzuniyyət günlərinə görə hesablanan ödəniş sabit saxlanılsa da, 2022-ci ilin yanvar ayına təsadüf edən məzuniyyət günləri əmsallaşdırma tətbiq edilməklə hesablanmalıdır.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 574 575 576 577 578 579 580 2. 400