Əsgərlik dövrünün əmək stajına daxil edilməməsinin səbəbi açıqlanıb

posted in: Xəbər | 0

startap şəhadətnaməsi , əmək münasibətləri, Borc vəsaitlərinin alınması, Borc vəsaitləri, vergi orqanı gəlir vergisi“Hərbi xidmətkeçmə haqqında” Əsasnamə qanunla təsdiq edilib. Həmin qanunda qeyd olunub ki, hərbi qulluqçuların Azərbaycan Respublikası Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin qoşunlarında və orqanlarında həqiqi hərbi xidmətdə olduğu müddət qüvvədə olan qanunvericiliyə uyğun olaraq onların ümumi və fasiləsiz iş stajına və ixtisas üzrə iş stajına daxil edilir”.

Bunu “Sosial saat” verilişində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov həqiqi hərbi xidmət (əsgərlik) dövrünün sonradan əmək fəaliyyəti zamanı əmək qabiliyyətini itirənlərə müavinət hesablanarkən əmək stajına daxil edilməməsinin səbəbi ilə bağlı sualı cavablandırarkən deyib.

F. Heydərov bu məsələ ilə bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə və Əmək Məcəlləsi arasındakı uyğunsuzluğa diqqət çəkib: “Ancaq Əmək Məcəlləsində əmək stajı və sosial sığorta anlayışlarından istifadə olunur. Eyni zamanda Əmək Məcəlləsinin 6-cı maddəsində qeyd olunur ki, Əmək Məcəlləsi hərbi qulluqçulara şamil edilmir. Əmək Məcəlləsində nəzərdə tutulmuş təminatların istifadəsi zamanı yalnız müvafiq iş yerində əmək stajı nəzərə alınır və əmək kitabçasında şəxsin əmək fəaliyyəti barədə məlumatlar qeyd olunur. Nazirlər Kabinetinin 189 nömrəli qərarında da qeyd edilir ki, əmək qabiliyyəti olmayanlara müavinət hesablanarkən sığorta haqqı tutulan dövrlər əmək qabiliyyətinin itirilməsi zamanı nəzərə alınan dövrlərdir”.

Qeyd edək ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə əsasən, həqiqi hərbi xidmətdə olan vətəndaşlar hərbi qulluqçular, ehtiyatda xidmətdə olanlar isə hərbi vəzifəlilər adlanırlar. Həqiqi hərbi xidmətin müddətləri dinc dövrdə təqvim hesabı ilə aşağıdakı kimi müəyyən edilib:

müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün:

– ali təhsili olanlar — 1 il;

– qalan bütün əsgərlər, matroslar və çavuşlar – 1 il 6 ay.


Mənbə: apa.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda statistik hesabatların hansı hissəsi onlayn rejimdə qəbul olunur?

posted in: Xəbər | 0

orta aylıq əməkhaqqıAzərbaycanda statistik hesabatların onlayn rejimdə qəbul göstəricisi 95 %-i keçib, bununla da vətəndaş-məmur təmaslarının səviyyəsi minimuma endirilib, eyni zamanda statistik məlumatların işlənməsi və təhlili imkanları yüksəlib.

Bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında bildirilib.

“Bu, statistik məlumatlarının toplanması, emalında və yayımlanmasında istifadə olunan informasiya texnologiyalarının tətbiqi imkanlarının genişləndirilməsi, statistik informasiya sisteminin inkişaf etdirilməsi üçün görülmüş işlərin, respondentlərin yerli statistika orqanlarına gəlmədən hesabat məlumatlarını elektron formada təqdim etmələri üçün həyata keçirilmiş zəruri tədbirlərin nəticəsidir”, – deyə qurum bəyan edib.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İcarəyə götürülmüş obyekt üzrə kommunal xərclər gəlirdən hansı sənədlərə əsasən çıxıla bilər?

posted in: sual-cavab, Xəbər | 0

İcarəyə götürülmüş obyekt üzrə kommunal xərclər gəlirdən hansı sənədlərə əsasən çıxıla bilər?

güzəşt hüququ kommunal xərclərSual: MMC spirt istehsalı sahəsini icarəyə götürüb. Müqavilə üzrə istifadə edilmiş işıq, su, qaz tərəfimizdən ödənilməlidir və bank hesabımızdan ödənilib. E-qaimələr icarəyə verənin adına gəldiyi üçün təqdim edilmiş Mənfəət vergisi bəyannaməsində Lokal Gəlirlər Departamenti istehsalatda istifadə edilən komunal xərclərin ləğvinə qərar verib. E-qaimə təqdim edilməyən kommunal xərclər hansı qayda ilə tənzimlənir? İcarəyə verən kommunal xərclər üçün icarəçiyə e-qaimə təqdim etməlidirmi?

Cavab: Bildiririk ki, icarəyə götürülmüş obyekt üzrə kommunal xərclərin hüquqi şəxs (icarəçi) tərəfindən digər şəxsə (icarəyə verən) və ya icarəyə verənin xeyrinə kommunal xidmətlər göstərən təşkilatın hesabına ödənilməsi tərəflər arasında bağlanmış icarə müqaviləsində nəzərdə tutulduğu halda, həmin ödənişlər icarəçinin gəlirdən çıxılan xərclərinə aid edilir. Bununla yanaşı icarəyə verilmiş obyektin kommunal xərclərinə görə icarəyə verən şəxsə təqdim edilən elektron qaimə-fakturanın təkrar olaraq icarəçiyə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd olunan hal ilə əlaqədar təsdiqedici sənədləri və izahat məktubunu qeydiyyatda olduğunuz vergi orqanına təqdim etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi və “İcarə haqqında” Azərbaycan Respublikasının 30 aprel 1992-ci il tarixli 114 nömrəli Qanunu.


Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hansı halda satınalma açıq tender üsulu ilə aparılır?

posted in: Xəbər | 0

açıq tender üsuluMalların (işlərin və xidmətlərin) satınalınmasının hansı metodla həyata keçirilməsi ilə bağlı təcrübədə müəyyən suallar yaranır. Mövzunu mühasibat mütəxəssisi Emin Salamov şərh edir.

Büdcə xərclərinin iqtisadi təsnifatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2018-ci il tarixli Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə 440 nömrəli Qərarına uyğun aparılır. Büdcə təşkilatlarında malların (işlərin və xidmətlərin) satınalınması isə “Dövlət satınalmaları haqqında” Qanun 1.1-ci maddəsinə əsasən tənzimlənir.

Bu Qanunun 17-ci maddəsi malların (işlərin və xidmətlərin) dövlət satınalınmasının açıq tender və ya kotirovkalar sorğusu üsulları ilə aparılması şərtlərinin müəyyənləşdirir.
Malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının açıq tender və kotirovkalar sorğusu üsulları ilə aparılması üçün minimum məbləğlərin müəyyən edilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 20 may 2013-cü il tarixli Malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının açıq tender və kotirovkalar sorğusu üsulları ilə aparılması üçün minimum məbləğlərin və satınalınan xidmətlər barədə bildirişin beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi üçün məbləğin müəyyən edilməsi barədə Q-12 nömrəli Qərarına uyğun olaraq tənzimlənir.

Misal: Tutaq ki, büdcə təşkilatının 2021-ci ildə büdcə üçün təsdiq olunmuş xərclər smetasının “Dəftərxana və təsərrüfat xərcləri” maddəsində 47.650 manat, cari il üçün təsdiq olunmuş büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclər smetası üzrə isə qeyd olunmuş eyni xərc maddəsi üzrə 3.600 manat nəzərdə tutulub. Bu halda malların (işlərin və xidmətlərin) satınalınması dövlət satınalınmanın hansı metodu üzrə aparılmalıdır?

Suala cavab tapmaq üçün ümumi məbləği bilmək lazımdır:

47.650 + 3.600 = 51.250 manat.

Q-12 nömrəli Qərarın 1-ci bəndinə əsasən, dövlət satınalmalarının açıq tender üsulu ilə aparılması üçün malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin minimum məbləği 50 min manat müəyyən edilib. Büdcə təşkilatında isə bu rəqəm 51.250 manat təşkil edir.

Beləliklə, bu məbləğ Qərarda qeyd edilən məbləğı keçdiyi üçün satınalma açıq tender üsulu ilə aparılmalıdır.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 576 577 578 579 580 581 582 2. 400