Qismən ödənişli məzuniyyət nə qədərdir və kimlərin almaq hüququ vardır?

posted in: sual-cavab, Xəbər | 0

Qismən ödənişli məzuniyyət nə qədərdir və kimlərin almaq hüququ vardır?

qismən ödənişli məzuniyyətUşağın 3 yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət də DSMF orqanları tərəfindən təmin olunur. 2018-ci il mayın 15-dən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 44 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 28 manat miqdarında müəyyən edilib.

Mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrdə əmək münasibətlərində olan, habelə istehsalatdan ayrılmaqla ali və orta ixtisas təhsili müəssisələrində, magistraturada (aspiranturada), klinik ordinaturada və texniki peşə məktəblərində ixtisası artıran, yeni ixtisasa yiyələnən, kadr hazırlığı məktəblərində və kurslarında təhsil alan qadınlar, bilavasitə uşağa qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli məzuniyyət almaq hüququna malikdirlər.

Yaxın qohumlara kimlər aid edilir? (Yaxın qohumlar üzrə qanunverici mövqeyi)


Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət işləyən qadınlara doğuma görə məzuniyyət qurtardıqdan sonra haqqı qismən ödənilən məzuniyyət rəsmiləşdirildikdə uşağın üç yaşı tamam olanadək ödənilir. Uşağın üç yaşı tamam olanadək ona qulluq edilməsinə görə haqqı qismən ödənilən məzuniyyət qadına hamiləliyə və doğuma görə verilən məzuniyyət başa çatdıqdan sonrakı gün təqdim olunur. Bu zaman həmin məzuniyyət qadına arzusuna uyğun olaraq tam və ya hissə-hissə verilə bilər.


Mənbə: sosial.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Xarici nəzarət olunan müəssisələrin Azərbaycan Respublikasında vergiyə cəlb olunması ilə bağlı dəyişikliklər

posted in: Xəbər | 0

vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsində edilmiş dəyişikliklər və onların əsaslandırmasını ictimaiyyətin diqqətinə çatdırmaqda davam edir. Məcəllədə edilmiş növbəti dəyişiklik xarici nəzarət olunan müəssisələrin Azərbaycan Respublikasında vergiyə cəlb olunması ilə bağlıdır.

Belə ki, vergitutma məqsədləri üçün Azərbaycan Respublikasının rezidenti hesab olunmayan, güzəştli vergi tutulan ölkələrdə (ərazilərdə) qeydiyyatdan keçən müəssisənin mənfəəti Azərbaycan Respublikasının rezidenti hesab edilən şəxsin özü (və ya qarşılıqlı surətdə asılı olduğu rezident və ya qeyri-rezident şəxslə birlikdə) birbaşa və ya dolayısilə xarici müəssisədə 50 faizdən çox səsvermə hüququna və ya onun nizamnamə kapitalının 50 faizindən çoxuna və ya həmin xarici müəssisənin mənfəətinin 50 faizindən çox hissəsini əldə etmək hüququna sahibdirsə, Azərbaycan Respublikasında vergiyə cəlb olunması nəzərdə tutulur. Bu tələblər həmçinin nəzarət olunan xarici müəssisənin mənfəətindən faktiki ödənilən vergi, Vergi Məcəlləsinə uyğun olaraq həmin mənfəətdən ödənilməli mənfəət vergisindən 2 dəfə və ya daha çox aşağı olduğu və xarici müəssisənin illik gəlirlərinin 30 faizdən çox olan hissəsi Vergi Məcəlləsində nəzərdə tutulmuş əsas etibarilə passiv gəlirlərdən ibarət olduğu halda da keçərlidir.

Dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, “xarici nəzarət olunan müəssisə” anlayışı üzrə vergitutma məqsədləri üçün Azərbaycan Respublikasının rezidenti hesab olunmayan, aşağı və ya güzəştli vergi tutulan ölkələrdə (ərazilərdə) qeydiyyatdan keçən müəssisənin gəliri Azərbaycan Respublikasında vergiyə cəlb olunacaq. Burada əsas məqsəd rezidentlərin öz gəlirlərini aşağı və ya güzəştli vergi tutulan ölkələrə vergidən yayınmaqla transfer etməsinin qarşısını almaqdır.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mart ayı üçün qeyri-iş günləri hansılardır?

posted in: Xəbər | 0

Qeyri-iş günləri qeyri-iş günlərinin sayı qeyri-iş günüGələn ay 8 Mart – Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə əlaqədar Azərbaycanda 9 gün iş olmayacaq.

Beynəlxalq Qadınlar Günü münasibətilə martın 8-i, həftənin çərşənbə axşamı qeyri-iş günüdür.

Martın 2024-də Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Əmək Məcəlləsinə əsasən martın 20-i bazar gününə təsadüf etdiyindən iş və istirahət günlərinin yeri dəyişdiriləcək və ayın 25-i qeyri-iş günü olacaq. 26 və 27 mart tarixləri də şənbə, bazar gününə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 8 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.

Martın 28-də isə növbəti iş günüdür.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hansı qurumlarda peşəkar mühasib tələb olunur?

posted in: Xəbər | 0

peşəkar mühasib , ezamiyyəMüəyyən qurumlarda peşəkar mühasiblərin işə təyinatı qanunverciliklə tənzimlənir. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

“Mühasibat uçotu haqqında” Qanunun 3.4-cü maddəsinə əsasən, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri, orta sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar mühasiblər olmalıdır.

İqtisadi subyeklər Peşəkar mühasib (baş mühasib) Açıqlamalar
Tələb edilir Tələb edilmir
Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər Bəli ——- Kommersiya qurumu mikro, kiçik, orta, iri olmağından asılı olmayaraq, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsusdursa, pəşəkar mühasib tələb olunur.
Qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər ———— Bəli Qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər ictimai əhəmiyyətli qurumlar sayıldığına baxmayaraq, onların baş mühasiblərinin peşəkar mühasib olması tələb olunmur.
Qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumlar Bəli —- Qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların baş mühasibləri peşəkar mühasib olmalıdırlar. İctimai əhəmiyyətli qurumların siyahısı böyükdür.
İri sahibkarlıq subyektləri Bəli —- İri sahibkarlıq subyektinin baş mühasibi peşəkar mühasib olmalıdır
Orta sahibkarlıq subyektləri Bəli —– Orta sahibkarlıq subyektinin baş mühasibi peşəkar mühasib olmalıdır.
Büdcə təşkilatları Bəli —- Kiçik, iri, böyük olmasından asılı olmayaraq istənilən büdcə təşkilatında peşəkar mühasib olmalıdır.
İllik maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslər Bəli —- İstənilən yox, ancaq illik maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar mühasib olmalıdır.
Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslər Bəli —- İstənilən yox, ancaq birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar mühasib olmalıdır.
Kiçik sahibkarlıq subyektləri —— Bəli Yalnız nəzarət zərfi dövlətə məxsus kiçik sahbkarlıq subyektlərinə peşəkar mühasib tələb olunur
Mikro sahibkarlıq subyektləri ———– Bəli Yalnız nəzarət zərfi dövlətə məxsusmikro sahibkarlıq subyektlərinə peşəkar mühasib tələb olunur.
Bələdiyyələr —— Bəli Bələdiyyələrin də baş mühasibləri peşəkar mühasib olmaya bilər. Çünki nə kommersiya, nə də dövlət müəssisəsi olanbələdiyyə yerli özünüidarəetmə qurumudur.

Bəs “Peşəkar mühasib sertifikatı” əldə edən mühasiblərin fəaliyyəti necə tənzimlənir?

– Maliyyə hesabatlarının beynəlxalq standartları üzrə “Peşəkar mühasib sertifikatı”. Statusu daha yüksək olduğuna görə bu sertifikatı alan mühasib həm bu sertifikat üzrə, həm də “Kiçik və orta sahibkarlıq subyektləri üçün maliyyə hesabatlarının beynəlxalq standartları” üzrə pəşəkar mühasib sertifikatı tələb olunan qurumlarda işləyə bilər.

– “Kiçik və orta sahibkarlıq subyektləri üçün maliyyə hesabatlarının beynəlxalq standartları üzrə peşəkar mühasib sertifikatı” alan mühasib ancaq adları çəkilən qurumlarda işləyə bilər.

– İctimai sektor üçün I dərəcəli pəşəkar mühasib sertifikatı olan mühasib sertifikatının statusu daha yüksək olduğuna görə həm də II dərəcəli pəşəkar mühasib sertifikatı tələb edilən təsərrüfat subyeklərində çalışa bilər.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 573 574 575 576 577 578 579 2. 400