» » » Qismən ödənişli məzuniyyət nə qədərdir və kimlərin almaq hüququ vardır?

Qismən ödənişli məzuniyyət nə qədərdir və kimlərin almaq hüququ vardır?

posted in: sual-cavab, Xəbər | 0
birbank biznes

Qismən ödənişli məzuniyyət nə qədərdir və kimlərin almaq hüququ vardır?

qismən ödənişli məzuniyyətUşağın 3 yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət də DSMF orqanları tərəfindən təmin olunur. 2018-ci il mayın 15-dən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 44 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 28 manat miqdarında müəyyən edilib.

Mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrdə əmək münasibətlərində olan, habelə istehsalatdan ayrılmaqla ali və orta ixtisas təhsili müəssisələrində, magistraturada (aspiranturada), klinik ordinaturada və texniki peşə məktəblərində ixtisası artıran, yeni ixtisasa yiyələnən, kadr hazırlığı məktəblərində və kurslarında təhsil alan qadınlar, bilavasitə uşağa qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli məzuniyyət almaq hüququna malikdirlər.

Yaxın qohumlara kimlər aid edilir? (Yaxın qohumlar üzrə qanunverici mövqeyi)


Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət işləyən qadınlara doğuma görə məzuniyyət qurtardıqdan sonra haqqı qismən ödənilən məzuniyyət rəsmiləşdirildikdə uşağın üç yaşı tamam olanadək ödənilir. Uşağın üç yaşı tamam olanadək ona qulluq edilməsinə görə haqqı qismən ödənilən məzuniyyət qadına hamiləliyə və doğuma görə verilən məzuniyyət başa çatdıqdan sonrakı gün təqdim olunur. Bu zaman həmin məzuniyyət qadına arzusuna uyğun olaraq tam və ya hissə-hissə verilə bilər.


Mənbə: sosial.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun