2019-cu ilin aprel ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar və ödənilməli vergilər barədə Yaddaş

posted in: Vergi, Xəbər | 0

2019-cu ilin aprel ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar və ödənilməli vergilər barədə

Y A D D A Ş

2018-ci ilin yekunlarına görə

  • hüquqi şəxslər tərəfindən Mənfəət və Əmlak vergisinin bəyannaməsi,
  • fiziki şəxslər tərəfindən Gəlir vergisinin bəyannaməsi

2019-cu ilin aprel ayının 1-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Gəlir və mənfəət vergisinin ödəyiciləri tərəfindən

2019-cu ilin 1-ci rübü üzrə hesablanmış cari ödəmələr 2019-cu ilin aprel ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.

 

2019-cu ilin mart ayına görəvergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları

  • Əlavə dəyər vergisi bəyannaməsi,
  • Aksiz vergisi bəyannaməsi,
  • Yol vergisi bəyannaməsi,
  • Mədən vergisi bəyannaməsi,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi

2019-cu ilin aprel ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

  • Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş vergi bəyannaməsi 2019-cu ilin aprel ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).
  • 2019-cu ilin 1-ci rübünə görə vergi ödəyiciləri tərəfindən tədiyəçisi olduqları Sadələşdirilmiş verginin bəyannaməsi (daşınan və daşınmaz əmlak üçün icarə haqqı ödənildiyi halda 2 nömrəli Əlavə ilə birlikdə)  2019-cu ilin aprel ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
  • 2019-cu ilin 1-ci rübü üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla)

–  2019-cu ilin aprel ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli

–  2019-cu ilin mart ayı üzrə hesablanmış vergi  isə həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

2019-cu ilin 1-ci rübünə görə sığortaedənlər tərəfindən

  • Məcburi dövlət sosial sığortası üzrə rüblük  hesabat
  • İşsizlik sığortası üzrə rüblük hesabat

 2019-cu ilin aprel ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli

– 2019-cu ilin mart ayı üzrə hesablanmış sığorta haqqları isə 2019-cu ilin aprel ayının 15-dən gec olmayaraq tam həcmdə nağsız formada dövlət büdcəsinə ödənilməlidir.

  • 2019-cu ilin 1-ci rübünə görə vergi ödəyiciləri tərəfindən Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi 2019-cu ilin aprel ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
  • Xüsusi notariuslar gəlir vergisi bəyannaməsini

2019-cu ilin aprel ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim etməli və 2019-cu ilin mart ayı üzrə hesablanmış gəlir vergisi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

  • Dövlət rüsumu haqqında hesabat

2019-cu ilin aprel ayının 22-dək vergi orqanına təqdim edilməlidir (notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək bank günü, xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu 1 ay, digər dövlət rüsumları isə tutulduqdan sonra 1 bank günü ərzində dövlət büdcəsinə köçürülür).

Qeyd:

–  31.03.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixlərdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin və hesablanmış vergilərin ödənilməsinin son müddəti 01.04.2019-cu il tarixə;

–  20.04.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixlərdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin və hesablanmış vergilərin ödənilməsinin son müddəti 22.04.2019-cu il tarixə keçirilmişdir.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib Köməkçisi tələb olunur

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

vakansiya Mühasib KöməkçisiVakansiya: Mühasib Köməkçisi / İşəgötürən: Minox MMC

Ümumi məlumat

  • Şəhər: Bakı
  • Yaş: 24 – 35 yaş
  • Cins: Kişi
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Ləman Kamilova
  • Telefon: (050) 245-32-99, (012) 499-78-44
  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Elanın bitmə tarixi: 28.04.2019
  • Əmək haqqı: 500 – 600 AZN
Vakansiya barədə məlumat

– Elektron hökümət portalı, İnternet Vergi İdarəsi və onlayn kargüzarlıqda işləmə bacarığı
– Bank ödəniş tapşırıqlarının hazırlanması, bank və depozit pul köçürmələrinin həyata keçirilməsi
– Gömrük bəyənnamələrinin yazılması
– E-Qaimə, Hesab və vergi hesab fakturalarının hazırlanması
– Müqavilə, protokol və aktların hazırlanması
– Anbar hesabatının aparılması və mal qalıqlarının hesablanması
– İş saatı: 1-5 gün 10:00-dan 19:00-dək, 6-cı gün 10:30-dan 17:30-dək
– Əmək haqqı: 500-600 azn
– AR Əmək məcəlləsinə uyğun sənədləşmə
– Nahar şirkət tərəfindən verilir


Telegram qrupumuza üzv olun


Mühasib Köməkçisi üçün tələblər

– Cins: Kişi namizədlər
– Ali təhsil (maliyye və iqtisadiyyat sahəsində olması mütləqdir)
– Səlist Azərbaycan dilini bilməsi (əlavə olaraq rus və ingilis dilini bilənlərə üstünlük verilir)
– Office və mühasibatlıq proqramları ilə işləmə bacarığı (MS Word, Excel, 1C 8.3 platformasında təcrübə mütləqdir)
– e-gov, e-taxes.gov saytlarında işləməyi bilməlidir

Cv-lərinizi hr@minox.az və info@finstaff.az ünvanına “Mühasib köməkçisi” başlığı altında göndərməyiniz mütləqdir. Cv-də qeyd olunan bilik və bacarıqların qeyd olunması mütləqdir. Şəkilsiz cv-lərə baxılmayacaq.

Mənbə: boss.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İspaniya vergi sistemi barədə maraqlı məlumatlar (2-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

Ispaniya vergiİspaniya vergi sistemi barədə maraqlı məlumatlar


Maraqlı olacağını nəzərə alıb, bu dəfə müxtəlif ölkələrin vergiləri barədə oxuculara bir qədər geniş məlumat verəcəyik.  Beləliklə, bu dəfəki yazıda İspaniya vergi sistemindən söz açacağıq.

2-ci hissə

Gəlir vergisi stavkası rezidentlər üçün 2016-cı ildən 20-47% təşkil edir. Qeyri-rezidentlər üçün isə 24% (Avropa Birliyinə daxil olan ölkələrdən hər hansı birinin rezidenti üçün isə 19%) təşkil edir. Aktivlərin dəyəri 700 min avronu ötürsə, onda həm də sərvətin həcminə görə vergi ödəməli olursan. Cari il üçün həmin vergi, növbəti ilin iyun ayının 3-də mütərəqqi əmsal üzrə ödənilir: bu zaman stavkalar 0,2-2,55 arasında tərəddüd edir. “Sərvət” anlayışı altına daşınmaz əmlak, peşə fəaliyyəti ilə əldə edilən gəlirlər,bank əmanətləri, müvəqqəti gəlir mənbələri, zinət əşyaları (zərgərlik məmulatları, şubalar, idman avtomobilləri, yaxtalar, təyyarələr), incəsənət əşyaları və əntiq əşyalar nəzərdə tutulur.

Vergi rezidentləri üçün gəlir vergisi stavkaları.

İspaniyada 2016-cı ildən başlayaraq rezidentlər üçün gəlir vergisi 19%-dən 45%-dək təşkil edir. Qeyri-rezidentlər üçün isə 24% (əgər şəxs Avropa Birliyi olan ölkələrdən birinin vergi ödəyicisidrsə, 19%) təşkil edir.

Hüquqi şəxslər üçün gəlir vergisinin analoqu – korporativ vergi adlanır. Bu verginin standart stavkası 25% təşkil edir, yeni fəliyyətə başlayan şirkətlər üçün isə 15% (belə stavka şirkət gəlir gətirməyə başladığı andan iki il ərzində qüvvədə olur) təşkil edir. Gəliri 1 milyon avronu ötən şirkətlər həmçinin bələdiyyə vergisi də ödəyirlər. Vergi stavkaları şirkətin iqtisadi gəaliyyət növündən, kommersiya tikililərinin bu və ya digər bələdiyyələr tərəfindən təyin olunan sahəsindən və digər parametrlərdən asılıdır.

Belə şirkətlərin məcburi ödəniş məbləği ildə 1 min-4 min avro təşkil edir.

İspaniyada mirasa görə vergi də mövcuddur ki, onun da stavkası 7,65%-34% arasında tərəddüd edir. Qohumluq bağlılığı nə qədər uzaqdırsa, vergi stavkası bir o qədər yüksək olur.

Həyat səviyyəsi əməkhaqqı

İspaniyada həyat səviyyəsinə və maaşlara gədikdə, demək lazımdır ki, bu ölkə iqtisadi göstəricilərinə görə Avropa Birliyində beşinci yeri tutur. Əməkhaqqı səviyyəsinə görə isə Avropada 20-ci sırada dayanır, lakin bunun əvəzi olaraq, bu ölkədə ərzaq, geyim məhsulları, xidmətlər, kommunal ödənişlər bir çox qərbi Avropa ölkələrindəkindən 30% aşağıdır.

İspaniyada ən yüksək əməkhaqqı ödənilən peşələr:

  • yüksək ixtisaslı proqramçılar – il ərzində 60 min avro;
  • energetik sahəsində çalışan müəssisə və şəxsi şirkət rəhbərləri – 50-53 min avro;
  • mühasiblər, maliyyəçilər, hüquqşünaslar – 34-39 min avro;
  • texnoloqlar, elmi işçilər – 27-33 min;
  • sənaye sahəsi əməkdaşları – 26,8 min;
  • ekoloqlar, mühəndislər, müəllimlər, orta tibb personalı, balıqçılıq flotu dənizçiləri – 20-25 min avro.
Məqalənin 1-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bu şirkətlərin təsnifatı aparılacaq və reyestr yaradılacaq

posted in: Vergi, Xəbər | 0

reyestr

Turizm şirkətlərinin təsnifatı aparılacaq və reyestr yaradılacaq


Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib ki, Azərbaycanda turizm şirkətlərinin təsnifatının aparılması və reyestrinin yaradılması üçün hazırda dünya təcrübəsi öyrənilir: “2015-ci ildən turizm sektorunda lisenziyaların aradan qaldırılması olduqca böyük irəliləyiş idi.

Bundan sonra ölkədə xeyli sayda turizm şirkətləri fəaliyyətə başladı. Bu, müəyyən qədər problemlər də yaradır. Bizim üçün vacib olan məsələ turizm xidməti alan müştərilərin məmnunluğudur.

Bunu isə ancaq onlara yüksək səviyyədə xidmət göstərməklə əldə etmək olar. Təəssüf ki, bəzi hallarda narazılıqlarla bağlı mesajlar alırıq. Turizm şirkətləri və turistlərə xidmət östərən digər obyektlər bu istiqamətdə işlərini düzgün qurmurlar”.

Bu problemləri inzibati qaydada tənzimləməyin çıxış yolu olmadığını vurğulayan K.Qasımov turizm xidmətlərinin keyfiyyətini artırmaq üçün stimullaşdırıcı tədbirlərə üstünlük verdiklərini, reyestrin təşviqedici formada tətbiq ediləcəyini bildirib: “Bu istiqamətdə ilk addım turizm şirkətlərinin kateqoriyalara görə təsnifatlandırılmasıdır.

Hər bir şirkət reyestrdə öz kateqoriyasına görə yerləşdiriləcək. Turistlər, səyahətçilər həmin reyestrə daxil olaraq istədikləri şirkət haqqında ətraflı məlumat əldə edə biləcəklər. Kateqoriyanı almaq üçün turizm şirkətləri müəyyən qaydalara, şərtlərə riayət etməli olacaqlar.

Həmin şərtləri yerinə yetirmək səviyyəsinə uyğun təsnif ediləcək. Daha yüksək kateqoriyada yer alan şirkətlər daha çox müştəri cəlb edə biləcəklər ki, bu da bazarda rəqabət yaradacaq”.

K.Qasımov qeyd edib ki, yaxın gələcəkdə layihə ilə bağlı işlər sürətləndiriləcək. Reyestrdə kənd evləri də yer alacaq və onların qeydiyyatı, həmçinin vergiyə cəlb edilməsi məsələlərinə aydınlıq gətiriləcək.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.