2019-cu ilin aprel ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar və ödənilməli vergilər barədə
Y A D D A Ş
2018-ci ilin yekunlarına görə
- hüquqi şəxslər tərəfindən Mənfəət və Əmlak vergisinin bəyannaməsi,
- fiziki şəxslər tərəfindən Gəlir vergisinin bəyannaməsi
2019-cu ilin aprel ayının 1-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
Gəlir və mənfəət vergisinin ödəyiciləri tərəfindən
2019-cu ilin 1-ci rübü üzrə hesablanmış cari ödəmələr 2019-cu ilin aprel ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.
2019-cu ilin mart ayına görəvergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları
- Əlavə dəyər vergisi bəyannaməsi,
- Aksiz vergisi bəyannaməsi,
- Yol vergisi bəyannaməsi,
- Mədən vergisi bəyannaməsi,
- Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və
- Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi
2019-cu ilin aprel ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
- Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş vergi bəyannaməsi 2019-cu ilin aprel ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).
- 2019-cu ilin 1-ci rübünə görə vergi ödəyiciləri tərəfindən tədiyəçisi olduqları Sadələşdirilmiş verginin bəyannaməsi (daşınan və daşınmaz əmlak üçün icarə haqqı ödənildiyi halda 2 nömrəli Əlavə ilə birlikdə) 2019-cu ilin aprel ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
- 2019-cu ilin 1-ci rübü üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla)
– 2019-cu ilin aprel ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli
– 2019-cu ilin mart ayı üzrə hesablanmış vergi isə həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
2019-cu ilin 1-ci rübünə görə sığortaedənlər tərəfindən
- Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat
- İşsizlik sığortası üzrə rüblük hesabat
– 2019-cu ilin aprel ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli
– 2019-cu ilin mart ayı üzrə hesablanmış sığorta haqqları isə 2019-cu ilin aprel ayının 15-dən gec olmayaraq tam həcmdə nağsız formada dövlət büdcəsinə ödənilməlidir.
- 2019-cu ilin 1-ci rübünə görə vergi ödəyiciləri tərəfindən Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi 2019-cu ilin aprel ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
- Xüsusi notariuslar gəlir vergisi bəyannaməsini
2019-cu ilin aprel ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim etməli və 2019-cu ilin mart ayı üzrə hesablanmış gəlir vergisi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
- Dövlət rüsumu haqqında hesabat
2019-cu ilin aprel ayının 22-dək vergi orqanına təqdim edilməlidir (notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək 2 bank günü, xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu 1 ay, digər dövlət rüsumları isə tutulduqdan sonra 1 bank günü ərzində dövlət büdcəsinə köçürülür).
Qeyd:
– 31.03.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixlərdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin və hesablanmış vergilərin ödənilməsinin son müddəti 01.04.2019-cu il tarixə;
– 20.04.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixlərdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin və hesablanmış vergilərin ödənilməsinin son müddəti 22.04.2019-cu il tarixə keçirilmişdir.
Mənbə: taxes.gov.az