Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin qeydiyyata alınması

posted in: Vergi, Xidmət, Xəbər | 0

Hüquqi şəxsin torpaq sahələrinin vergi qeydiyyatı

Xidmətin adı: Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin qeydiyyata alınması

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri haqqında arayış”

– Mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədlər

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 203.2-ci maddəsi

–  Vergilər nazirinin 27.02.2015-ci il tarixli 1517040100275500 nömrəli əmri

Xidmətin göstərildiyi yer

Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD- nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, ünvanlı xidmət zamanı (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)


Telegram qrupumuza üzv olun


Müraciəti emal edən struktur vahidi

Ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri

İcra müddəti: 2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər

 Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin qeydiyyata alınması haqqında bildiriş(e-qutuya  göndərilir)

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirənlərin vergi mükəlləfiyyəti

posted in: Vergi, Xəbər | 0

Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur.

İqtisadçı ekspert Anar Bayramov bu sahədə vergi ödəyicilərini maraqlandıran məsələləri şərh edir.

Birinci məsələ odur ki, 2019-cu il yanvarın 1-dən etibarən sadələşdirilmiş vergi ödəyicisi hüququnu itirən vergi ödəyiciləri gəlir və ya mənfəət vergisi ödəyicisi kimi qeydiyyata alınmaq üçün hansı prosedurlar həyata keçirməlidirlər? 1 yanvar 2019-cu il tarixdən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirən vergi ödəyiciləri öz vergi öhdəliklərini yerinə yetirmək məqsədilə vergitutma metodu olaraq gəlir (mənfəət) vergisini seçmək üçün vergi orqanına standart ərizə formasında müraciət etməlidirlər.

İkinci məsələ vergi ödəyicisinin hansı halda sadələşdirilmiş vergi hüququnu itirməsi ilə bağlıdır. Misal üçün, tutaq ki, əhaliyə xidmət göstərən vergi ödəyicisi (məsələn, avtomobil təmiri ilə məşğul olan sahibkar) vergi ödəyicisinə xidmət göstərməyə başladığı zaman onun gəlir və ya mənfəət vergisi ödəyicisi olmaq mükəlləfiyyəti yaranır. 2019-cu ilin mart ayının 30-da həmin vergi ödəyicisi ilə müqavilə imzalanıb, 31 mart tarixində ödəniş qəbul olunub və 2 aprel tarixində elektron qaimə-faktura təqdim edilib.

Bu halda vergi ödəyicisi nə zamandan gəlir və ya mənfəət vergisi ödəyicisi hesab olunur? Bu sualın cavabı belədir ki, hüquqi şəxs və ya fərdi sahibkar vergi ödəyicisinə xidmətlərin göstərilməsini həyata keçirməyə başladığı gündən sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnu itirir və həmin tarixdən müvafiq olaraq mənfəət və ya gəlir vergisinin ödəyicisi kimi qeydiyyata düşmək üçün vergi orqanına müraciət edir.

Bu zaman onun mənfəət və ya gəlir vergisi mükəlləfiyyəti vergi ödəyicisinə xidmətlərin göstərilməsini həyata keçirməyə başladığı gündən aktivləşdirilir.

1 yanvar 2019-cu il tarixdən sadələşdirilmiş vergi ödəyicisi olmaq
hüququnu itirən vergi ödəyiciləri öz vergi öhdəliklərini yerinə yetirmək
məqsədilə vergitutma metodu olaraq gəlir (mənfəət) vergisini seçmək üçün
vergi orqanına standart ərizə formasında müraciət etməlidirlər.

Daha bir məsələ: xidmət sahəsində fəaliyyət göstərən sadələşdirilmiş verginin ödəyicisi hüququnu itirən vergi ödəyicisi sonrakı fəaliyyətində yenidən həmin mükəlləfiyyətə qayıda bilərmi?

Fərz edək ki, birinci rüb ərzində vergi ödəyicisinə xidmət göstərdiyi üçün sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnu itirən vergi ödəyicisi ikinci rüb ərzində heç bir vergi ödəyicisi ilə fəaliyyəti olmadığından, yenidən sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnu bərpa etmək istəyir.

Vergi Məcəlləsinin 218.2-ci maddəsinin müddəalarına əsasən, sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malik vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq müvafiq bəyannaməni və ya həmin Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir.

Məcəllədə başqa hallar nəzərdə tutulmayıbsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd olunmuş metodu tətbiq edir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İcbari (Məcburi) sığorta növləri hansılardır?

posted in: Xəbər | 0

İcbari (Məcburi) sığorta növləri hansılardır?


Bu yazımızda hal-hazırda Azərbaycan Respublikasında tətbiq edilən və icbari qaydada həyata keçirilən sığorta növləri barədə qısa izah verməyə çalışacağıq. Mövzuya keçməzdən əvvəl qeyd etməyi zəruri hesab edirik ki, müvafiq sığorta növlərinin edilməsi tələb edilən şəxslərin bu sığorta növünü etməməsi İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsi ilə müəyyən edilmiş cərimə ilə nəticələnəcəkdir.
Azərbaycan Respublikası qanunvericiliyinə görə aşağıdakı sığorta növlərinin tətbiqi icbari qaydada nəzərdə tutulmuşdur.
– Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası.
Bu sığorta növü hər bir avtonəqliyyat vasitəsi sahibi üçün məcburidir. Bu sığorta növü sürücülərin yol-hərəkəti qaydalarını pozması zamanı üçüncü şəxslərin (ailə üzvləri istisna olmaqla) sağlamlığı və əmlakına vurulan zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.
– Daşınmaz əmlakın icbari sığortası.
Bu sığorta növü hər bir daşınmaz əmlak sahibi üçün məcburidir. Qanunla nəzərdə tutulmuş hadisələr nəticəsində əmlak sahibinin yalnız daşınmaz əmlakına (tavan, divar, pəncərə, qapı, döşəmə, elektrik, su, qaz xətlərinə və digər daşınmaz əmlak konstruksiyasına) dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.
– Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası.
Fərdi sahibkarlar və ya hüquqi şəxslər üçün məcburidir. Bu sığorta növü həmin şəxslərin istifadəsində olan daşınmaz əmlaklarda baş verəcək müəyyən hadisələr (yanğın, subasma və digər) nəticəsində üçüncü şəxslərin əmlakı və sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.
– Sərnişinlərin icbari fərdi qəza sığortası.
Bu sığorta növü sərnişin daşımalarını həyata keçirən nəqliyyat vasitəsi sahibləri üçün məcburidir. Bu növ sərnişin daşıma zamanı sərnişinlərin sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.
– İstehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta.

Bu sığorta növü hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, seçkili orqanlar və əmək fəaliyyəti ilə məşğul olan işəgötürənlər üçün məcburidir. Adından da göründüyü kimi həmin şəxslərdə əmək funksiyalarını həyata keçirənlər, təcrübə keçənlər və təbii fəlakətlərin qarşısının alınmasına cəlb edilənlərin istehsalatda alacağı bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində sağlamlıqlarına dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.

– Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası.
Bu sığorta növü adıçəkilən şəxslərin xidməti vəzifələrinin icrası zamanı sağlamlıqlarına dəymiş zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir və həmin şəxslərin çalışdıqları müəssisələr tərəfindən sığortalanması məcburidir.
– Auditorların peşə məsuliyyətinin icbari sığortası.
Bu sığorta növünün tətbiqi auditorlar üçün məcburidir. Bu sığorta növü auditorların fəaliyyəti nəticəsində üçüncü şəxslərə dəyəcək zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.
– Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin İcbari sığortası.
Bu sığorta növü adıçəkilən şəxslərin fərdi qəza nəticəsində sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.
– İcbari tibbi sığorta.

Bu sığorta növünün tətbiqi əhalinin tibbi sığorta proqramı çərçivəsində mütəmadi olaraq tibbi xidmətlərdən istifadə edərək sağlamlığının qorunması məqsədilə tətbiq edilir. Bu sığorta növünün 2020-ci ildən tətbiqi gözlənilir.

Müəllif: Şəhriyar Həbilov / Praktiki Hüquqşünas

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bu zaman alınmış mallara görə ödənilmiş ƏDV əvəzləşdirilə bilərmi?

posted in: Vergi, Xəbər | 0

ƏDVƏDV-nin əvəzləşdirilməsi

Sual:

Müəssisə dövlət büdcəsindən ayrılmış vəsait hesabına tikinti layihəsini icra edir və səhmlərinin nəzarət zərfi 100 faiz dövlətə məxsusdur.

Bu zaman alınmış mallara görə ödənilmiş ƏDV əvəzləşdirilə bilərmi?

Cavab:

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, dövlət büdcəsindən ayrılmış vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş Əlavə Dəyər Vergisinin məbləği əvəzləşdirilmir.

Qeyd olunanlara əsasən, dövlət büdcəsindən ayrılmış vəsait hesabına yerinə yetirilən tikinti işlərinə görə digər şəxslərdən malların (işlərin, xidmətlərin) alınmasına görə ödənilmiş Əlavə Dəyər Vergisinin məbləği əvəzləşdirilmir.

Əsas: Vergi Məcəlləsi, 175.6-cı maddə

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.