Yeni nəsil kassa aparatları və onların üstünlükləri

posted in: Xəbər | 0

Yeni nəsil kassa aparatları və onların üstünlükləri.


Müasir texnologiyalar vergi sistemində işin daha keyfiyyətli müstəvidə aparılmasına, o cümlədən sahibkarlıq subyektlərində şəffaf nəzarət mexanizminin qurulmasında mühüm rol oynayır.

Azərbaycanda yeni nəsil kassa aparatlarının tətbiqi ilə kassa əməliyyatları haqqında məlumatların Vergilər Nazirliyinin informasiya bazasına operativ ötürülməsi bir sıra yeniliklərə yol açacaq.

Bu yeniliklərə kassa əməliyyatlarının uçotunun düzgün aparılması, bununla bağlı məlumatların asan əldə olunması və bu sahədə nəzarətin təkmilləşdirilməsi, məlumatların Vergilər Nazirliyinin informasiya bazasına avtomatlaşdırılmış rejimdə ötürülməsi və s. aiddir.

Məlumatların toplanmasında və ötürülməsində elektron sistem insan faktorunu əvəz edərək əməliyyatların sürətli, şəffaf və sistemləşdirilmiş olmasına yol açacaq.


Vətəndaşların alış-veriş edərkən kassa çeklərini tələb etmələri fəal vətəndaş
mövqeyinin göstəricisi olmaqla yanaşı, həm də özləri üçün faydalıdır

Yeni nəsil kassa aparatlarının tətbiqi ilə daha bir yenilik kassa çekləri – nə tələblərlə bağlıdır: çeklərdəki məlumatlara bir sıra əlavələr edilib. Bu əlavələr nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti) və QR-koddur.

Mağazadan alış-veriş edən vətəndaş çekdə yerləşdirilmiş QR-kod vasitəsilə ona verilən çekin həqiqiliyini, həmin çekin Vergilər Nazirliyinin bazasında olub-olmamasını yoxlamaq imkanı əldə edəcək. Bunun üçün mobil telefonlara “QR-kod reader” mobil əlavəsini yükləmək və çeki telefona yaxınlaşdırıb onun düzgünlüyünü yoxlamaq mümkündür.

Bununla yanaşı, yeni nəsil kassa aparatları üzrə məlumatların çatdırılması üçün yaradılacaq e-kassa.gov.az saytı vasitəsilə də çek yoxlanıla biləcək. Bunun üçün saytdakı “Çekin yoxlanılması” bölməsinə müraciət etmək lazım gələcək.

Vətəndaşlar, həmçinin, “QR-kod reader”dən istifadə etməklə və ya e-kassa.gov.az saytındakı “Çekin yoxlanılması” bölməsinə çek məlumatlarını daxil etməklə kassa çekində yerləşdirilmiş QR-kodun sürətini çıxararaq çekin elektron nüsxəsini də əldə edə biləcəklər.

Qeyd edək ki, pərakəndə ticarətdə nağd və nağdsız ödənişlər edən vətəndaşlar ödənilən vergi məbləğinin bir hissəsi ilə bağlı vergi güzəştləri əldə edirlər və bu güzəştdən faydalanmaq üçün alış-veriş zamanı alıcılara çeklərin düzgün təqdim edilməsi mütləqdir.

Vətəndaşların alış-veriş edərkən kassa çeklərini tələb etmələri fəal vətəndaş mövqeyinin göstəricisi olmaqla yanaşı, həm də özləri üçün faydalıdır. Çünki kassa çekinin təqdim edilməsi keyfiyyətinin aşağı olduğu sonradan anlaşılan məhsulların yenisi ilə əvəz edilməsi və ya qaytarılması, bonuslardan istifadə və istehlakçıların hüquqlarının müdafiəsi baxımından vacib əhəmiyyət daşıyır.

Bundan əlavə, çeklərin təqdim edilməsi dövlət büdcəsinə daxilolmaların təmin olunmasına və bu vəsaitlərin büdcə xərcləri vasitəsilə yenidən vətəndaşların rifahına yönəldilməsinə xidmət edir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Baş mühasib vəzifəsinə tələblər dəyişdirilir

posted in: Xəbər | 0

Baş MühasibBaş mühasib vəzifəsinə tələblər dəyişdirilir.


Mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasının qarşısını almaq məqsədilə İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsinə yeni bənd əlavə edilməsi təklif olunub.

Əlavədə büdcə təşkilatlarının rəhbərinin ixtisasca mühasib olmayan şəxsləri baş mühasib vəzifəsinə təyin etdiyi təqdirdə, cərimələnməsi nəzərdə tutulur.

Dəyişikliyə əsasən, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin rəhbərləri tərəfindən peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə peşəkar mühasib olmayan şəxslərə baş mühasib vəzifəsinin icrasının həyata keçirilməsinə görə vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimələnəcək.

Məcəlləyə dəyişiklik Milli Məclisin aprelin 9-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bu xidmət üçün vergi və sosial sığorta öhdəlikləri necə hesablanır?

posted in: Vergi, Xəbər | 0

Bu xidmət üçün vergi və sosial sığorta öhdəlikləri necə hesablanır?

Ötən il Vergi Məcəlləsində edilmiş mühüm dəyişiklərdən biri də avtomobillərlə sərnişindaşıma sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin vergi ödənişləri ilə bağlıdır.

Bəs VÖEN əsasında müntəzəm qaydada avtobuslarla sərnişindaşıma xidməti göstərən sahibkarların hansı vergi və sosial sığorta ödəlikləri var?

Mövzunu şərh edən iqtisadçı ekspert Rövşən Ağayev bildirib ki, VÖEN əsasında çalışan şəxslər üçün sosial sığorta ödənişləri minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə isə 25 faizi miqdarında müəyyənləşib.

Bu isə o deməkdir ki, VÖEN əsasında tikinti və ticarət sektorunda fəaliyyət göstərənlər ayda 65 manat, digər sahələrdə çalışanlar isə (məsələn, QHT sektoru, konsaltinq xidməti, avtobuslarla sərnişindaşıma xidməti və s.) ayda 32 manat 50 qəpik məbləğində sosial sığorta haqqı ödəməlidirlər. 2019-cu il martın 1-dən minimum əməkhaqqının 130 manatdan 180 manata qaldırıldığını nəzərə alsaq, həmin tarixdən sosial sığorta ödənişlərinin məbləği VÖEN əsasında tikinti və ticarət sektorunda fəaliyyət göstərənlər üçün 90 manat, digər sahələrdə çalışanlar, o cümlədən avtobusla sərnişindaşıma xidməti göstərənlərdə isə 45 manat olacaq.


Fəaliyyətlərini qanuniləşdirdikdən sonra VÖEN əsasında avtobuslarla sərnişindaşıma
xidməti göstərən fiziki şəxslərin vergi öhdəlikləri və ödəyəcəkləri verginin məbləği
nəqliyyat vasitəsindəki oturacaqların sayına uyğun qaydada hesablanır

Qeyd olunub ki, avtobuslarla sərnişindaşıma xidməti göstərən fiziki şəxslər bu fəaliyyətlərini qanuniləşdirmək üçün, ilk növbədə, vergi ödəyicisi kimi qeydiyyatdan keçməklə VÖEN almalıdır: “Bundan sonra həmin şəxslər Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”na əsasən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün “Fərqlənmə nişanı” əldə etməlidirlər.

Fəaliyyətlərini qanuniləşdirdikdən sonra VÖEN əsasında avtobuslarla sərnişindaşıma xidməti göstərən fiziki şəxslərin vergi öhdəlikləri və ödəyəcəkləri verginin məbləği nəqliyyat vasitəsindəki oturacaqların sayına uyğun qaydada hesablanır. Məsələn, VÖEN əsasında Bərdə rayonunda 13 yerlik mikroavtobusla sərnişindaşıma xidməti göstərən fiziki şəxs hər oturacaq üçün 1 manat 80 qəpik vergi ödəməlidir”.

Sərnişindaşıma xidməti göstərən fiziki şəxslərin ödəməli olduğu verginin məbləği hesablanarkən bu fəaliyyətin həyata keçirildiyi ərazidən asılı olaraq, sadələşdirilmiş verginin məbləğinə aşağıdakı əmsallar tətbiq edilir:

  • Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında – 2,0;
  • Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı şəhərində istisna olmaqla) – 1,5;
  • Digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında (Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu istisna olmaqla) -1,0.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib tələb olunur

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

Mühasib vakansiyaVakansiya: Mühasib / İşəgötürən: Saat Store

Əmək Haqqı: 400 – 600 AZN

Ümumi məlumat

  • Şəhər: Bakı
  • Yaş: 21 – 35 yaş
  • Cins: Qadın
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Mahir bəy
  • Telefon: (012) 499-45-11, (051) 886-88-98
  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Elanın bitmə tarixi: 02.05.2019
Vakansiya barədə məlumat

– Vergi, DSMF ödənişlərinin hazırlanıb göndərilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Bank, Kassa, Əmək haqqı sənədlərinin Micro İnvest proqramına daxil edilməsi
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
– E-gov.az, e-taxes.gov.az, digər portallardan istifadə etmək
– Həftəlik, aylıq, rüblük, illik hesabatların rəhbərliyə təqdim olunması
– Əmək haqqı: 400-600 AZN.
– İş saatları: bazar ertəsi – şənbə, 09:00-dan 18:00-dək
– İstirahət günü: bazar


Telegram qrupumuza üzv olun


Mühasib üçün tələblər

– Qadın namizədlər
– Ali təhsil (maliyyə, mühasibat uçotu)
– Yaş həddi: 21-35 yaş
– Mühasibatlıq üzrə minimum 1-3 il iş təcrübəsi
– MS Office(xüsusillə Excell), e-gov,e-taxes və digər portallarıdan istifadə etmək

Xahiş edirik CV-nizi mahir.eyyubov@saatstore.azinfo@finstaff.az mail ünvanına Mühasib başlığı ilə göndərəsiniz.

Mənbə: kadr.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.