Bagışlanan borc vergiyə cəlb edilir?

posted in: sual-cavab, Vergi | 0

Bagışlanan borc vergiyə cəlb edilir?


Sual:

99.3.5. maddəyə əsasən borcu bağışlanan şəxs 102.1.3. maddəni tətbiq edə bilər?

Cavab:

Bildiririk ki, işçinin işəgötürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı hallar istisna olmaqla, digər hallarda bağışlanan  borcun məbləği vergi ödəyicisinin qeyri-sahibkarlıqdan əldə etdiyi gəlir hesab olunur.

Vergi Məcəlləsinin 102.1.3-cü maddəsinə əsasən təqvim ilində hədiyyələrin dəyərinin 1000 manatadək olan hissəsi gəlir vergisindən azad edildiyini nəzərə alaraq, təqvim ili ərzində bağışlanmış borcun 1000 manatdan artıq hissəsi vergiyə cəlb olunur. Əsas: Vergi Məcəlləsinin 13.2.4-cü, 99.3.5-ci və 102.1.3-cü maddələri.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Dövlət və qeyri-dövlət sektoru barədə

posted in: Xəbər | 0

Dövlət və qeyri – dövlət sektoru barədə.


Nazirlər Kabineti tərəfindən gəlir vergisinin və sosial sığorta haqqlarının tutulması məqsədləri üçün dövlət və qeyri – dövlət sahələrinin müəyyən edilməsi ilə bağlı qərarı ətrafında müxtəlif müzakirələri nəzərə alaraq, məsələ ilə bağlı fikirlərimi açıqlamağa çalışdım.

Beləliklə kimlər dövlət sektoruna aid olub vergini və sosial sığorta ödəmələrini əvvəlki qaydada ödəməlidir? Kimlər isə qeyri-dövlət sektoruna aid olub vergiləri Vergi Məcəlləsinin 101.1-1-ci və sosial sığortanı “Sosial sığorta haqqında” Qanunun 14.4-cü maddəsinə uyğun ödəməlidir?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 56 nömrəli Qərarının 2.2-ci bəndinə əsasən dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər və vergi ödəyicisi olan fiziki şəxslər – qeyri-dövlət sektoruna aiddir.

Kimlərin bu kateqoriyaya aid olmasını müəyyən etmək üçün ilk növbədə qanunvericilikdə nəzərdə tutulmuş bəzi anlayışları təhlil etmək lazımdır.

Beləliklə:
1. Büdcə təşkilatı – “Büdcə sistemi haqqında” Qanuna əsasən maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlardır. Yəni bu təşkilatların fəaliyyətinin əsas məqsədi dövlətin funksiyalarını birbaşa icra etməkdir və bunlar dövlət büdcəsindən başqa digər mənbələrdən maliyyələşməli deyil və onların adları dövlət büdcəsinin icrasının təşkili haqqında fərmanda olur (Məsələn Milli Məclis, mərkəzi icra hakimiyyəti orqanları)

2. Dövlət büdcəsindən maliyyələşən digər orqan və qurumlar (göründüyü kimi bu kateqoriyaya fiziki və hüquqi şəxslər aid deyil, yalnız 1-ci bənddə göstərilənlərdən başqa qalan orqan və qurumlar aiddir.) Bu kateqoriya da dövlət büdcəsindən tam maliyyələşir, lakin onların maliyyələşdirilməsi dövlətin məqsədi deyil, sadəcə başqa gəlir mənbələri olmadığı üçün dövlət onları maliyyələşdirir. (dövlət büdcəsi haqqında qanunda, eləcə də maliyyə qanunvericiliyində, həm birinci, həm də ikinci kateqoriya dövlət büdcəsindən maliyyələşən təşkilatlar adlanır.) Məsələn: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın işçi qrupu və s.

3. Dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar – göründüyü kimi bu kateqoriyaya da fiziki və hüquqi şəxslər aid deyil, bura Dövlət Sosial Müdafiə Fondu, Sahibkarlığın İnkişafı Fondu və s daxildir. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bu kateqoriyaya aid deyil, çünki Nizamnaməsinin 6.24-cü bəndinə əsasən saxlanma xərcləri dövlət büdcəsindən maliyyələşir.

Eləcə də, həmin Fondun qrant və maliyyə yardımı verdiyi fiziki və hüquqi şəxslər də anlayışda qeyd olunduğu kimi digər orqan və qurumlar olmadıqları üçün bu kateqoriyaya daxil deyildir. Həmçinin, səhmlərinin 50 faizi dövlətə məxsus olan hüquqi şəxs qeyri-dövlət sektoruna aid olduğu halda, dövlətdən dövriyyəsinin cəmi 5 faizi həcmində yardım alan hüquqi şəxsi dövlət sektoru kimi qəbul etmək təbii ki, hüquqi düşüncəyə sığmır.

4. Dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar – “Büdcə sistemi haqqında” qanunda dövlət büdcəsindən maliyyələşən təşkilatlar anlayışı ilə dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar anlayışı ayrılmışdır. Büdcə təsnifatı haqqında NK-nın qərarında büdcədən maliyyə yardımı alan təşkilatlar dövlət və qeyri – dövlət təşkilatlarına bölünür. Büdcədən maliyyə yardımı alan özəl təşkilatlar hazırda mübahisə doğuran qərarda dövlət sektoru kimi nəzərdə tutulmamışdır. Tutulması da mümkün deyil, əks halda Büdcə təsnaifatı haqqında qərarla paradoks yaradardı)) Büdcədən maliyyə yardımı alan dövlət təşkilatları isə növbəti anlayışla əhatə olunur.

5. Səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslər- bu o hüquqi şəxslərdir ki, dövlət tərəfindən hüquqi şəxs formasında yaradılmışdır, lakin bilavasitə hər il dövlət büdcəsindən maliyyələşmir. Özünün dövriyyəsi vardır. Lakin bəzi illərdə gəlirləri xərclərini ödəməyəndə dövlət büdcəsindən maliyyə yardımı alırlar. Məsələn AZTV, “Azəristiliktəchizat” ASC və s.

Göründüyü kimi, qərarda hər hansı fiziki və ya hüquqi şəxsin dövlət satınalmasının qalibi olmasının, eləcə də dövlətdən maliyyə yardımı almasının onun avtomatik dövlət sektoru hesab olunması üçün əsas olması nəzərdə tutulmayıb.

Eləcə də ümumiyyətlə qərarda fiziki və hüquqi şəxslər (publik və səhmləri və ya payları dövlətə aid olanlar istisna olmaqla) dövlət sektoruna aid edilmədiyinə görə onlar dövlət büdcsindən maliyyə yardımı almaqlarından və ya dövlət satınalmalarında qalib olmaqlarından asılı olmayaraq onlardan vergi və sosial sığorta dəyişikliyə uyğun olaraq, güzəştli qaydada tutulmalıdır.

Müəllif: Elnur Əliyev


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Aprelin 3-ü Qırğızstanda mühasiblər və auditorlar Günüdür

posted in: Məqalə, Xəbər | 0

mühasiblərAprelin 3-ü Qırğızstanda mühasiblər və auditorlar Günüdür


Bu bayram tarixi Qırğızstan Respublikası Hökümətinin 4 mart 2005-ci il tarixində “Qırğızstan Respublikası mühasibləri və auditorları Günü haqqında” 116 saylı sərəncamı ilə təyin olunub.
Həmin sərəncama əsasən aprel ayının 3-nün Qırğızstan Respublikasında mühasiblər və auditorların peşə bayramı kimi qeyd olunması qərara alınıb. Sözügedən tarixdən etibarən hər il aprel ayının 3 bu peşə təmsilçiləri tərəfindən bayram olaraq təntənə iıə qeyd olunur.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

ƏDV-nin qaytarılması şərti ilə vergi ödəyicisinin satıcı qismində qeydiyyata alınması

posted in: Vergi, Xidmət, Xəbər | 0

Xidmətin adı: Ticarət festivalları dövründə ƏDV – nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı qismində qeydiyyata alınması

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı kimi qeydiyyata alınması haqqında ərizə”

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 24.0.7-2-ci və 165.4-cü maddələri

– AR Prezidentinin 20.02.2017-ci il tarixli 1252 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən AR-nın ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”

– VN-nin Kollegiyasının 27.01.2017-ci il tarixli 1717050000006200 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək üçün vergi ödəyicilərinin qeydiyyatının aparılması qaydası”

Xidmətin göstərildiyi yer

Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri(BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, MGD-nin Koordinasiya şöbəsi, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi: Ərazi prinsipi nəzərə alınmaqla qeydiyyat və uçot strukturları

İcra müddəti: – Qeydiyyat: 5 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– “Ticarət festivalları dövründə ƏDV – nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı kimi
 qeydiyyata alınması haqqında arayış”

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.