Zirək mühasib və onun 10 prinsipi (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

mühasibZirək mühasib və onun 10 prinsipi

2-ci hissə

İstənilən peşə fəaliyyətində mütəxəssislərin təntənə ilə keçməli olduğu mərhələlər mövcuddur.

Təhsildən sonra istənilən bir şəxsin öz vəzifələrini yerinə yetirməyə başlaması və iş təcrübəsi toplaması – onun çalışma fəaliyyəti üçün ilk mərhələni təşkil edir.

Müəyyən zaman keçdikdən sonra şəxs (mühasib) başa düşür ki, əldə etdiklərində ilişib qalması səhv olardı.

Beləliklə, o, özünün cari təcrübəsini nəzərə almaqla nəzəri biliklər də əldə etməyə başlayır ki, bu da ikinci mərhələ hesab olunur. Bu istiqamətdə inkişaf edərkən şəxs yeni çətinliklər, maneələrlə rastlaşır və bunları dəf etmək lazım gəlir. Adətən bütün bunlar metaforik mənada əlavə “əziyyətlər”, “məhrumiyyətlər” və “çətinliklərlə” müşaiyət olunur. Bir çox illər ötdükdən sonra keçmiş mütəxəssis bütün bu çətinlikləri dəf edərək, iradəsi sayəsində əsil peşəkara çevrilir.

3-cü qayda: “Dəqiq ol”

Dəqiqlik hərəkətlərdə ardıcıllıq olmasını göstərir, hərəkətlərdə ardıcıllıq isə – bu müvəffəqiyyətin rəhnidir. Öz işinin əsil peşəkarı olan mühasib öz vaxtını heç vaxt boşuna sərf etmir. Onun gündəlik iş cədvəlində hökmən bölmələr olur, hansı ki, hətta nəsə başqa bir şeylə məşğul olduqda belə, özünü 100 faiz işinə həsr edir.

O, görüş yerlərinə gecikmir, hesabatları vaxtında verir, vədlərinə əməl edir və özünə qarşı adamların göstərdikləri xeyirxahlığı heç vaxt unutmur. Təəssüflər olsun ki, bizim həmkarlarımızın bəziləri öz məntiqsizliklərini və “dağınıqlıqlarını” bu kimi müxtəlif sözlərlə ört-basdır etməyə çalışırlar: “Axı, mən qadınam, düşüncələri bir yerə toparlamaq mənlik deyil” və ya “Mən kişiyəm, fikirləri toparlamaq nəyimə gərək”…

İş yerində nə “oğlanlar”, nə də “qızlar” olur. İş yerində mütəxəssislər, peşəkarlar olur, hansılar ki, hər biri öz işləri ilə məşğul olurlar. Peşəkar – bu, üzr istəyirəm “cinsi olmayan” varlıqdır, ondan ötrü “gender” sığallamaları mövcud olmur.

4-cü qayda: “Karyeraçı olma”

Qəribədir, hə? Son on il ərzində aktiv şəkildə belə bir düşüncəni yeritməyə çalışırlar ki, əgər insan “böyük şef” olmaq istəmirsə, avtomatik olaraq uğursuz birinə, “ambisiyası” olmayan bir şəxsə çevriləcək və s. İşinin əsil peşəkarını isə ilk növbədə bir qədər başqa problemlər maraqlandırır.

Ondan ötrü işini nə qədər keyfiyyətli etməsi, bunun ona, yaxınlarına və kollektivə hansı faydalar gətirməsi daha mühümdür. Peşəkardan ötrü öz işini yaxşı yerinə yetirmək olduqca vacibdir, belə ki, onun əməyi  onun özü ilə oxşardır. Karyera-karyeralığında, peşəkar inkişaf ondan ötrü daha önəmlidir. Beləliklə, karyeraçı olmaq heç də həmişə söylənildiyi kimi mənfi xüsusiyyət deyilmiş.

 

Məqalənin 1-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.
Məqalənin 3-cü hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Nağdsız ödənişlər stimullaşdırılır

posted in: Bank, Xəbər | 0

Mərkəzi Bank tərəfindən “Kartla ödə, kartla qazan” adlı lotereyanın keçirilməsində əsas məqsəd əhalinin rəqəmsal ödənişlərə həvəsləndirilməsi, təsərrüfat subyektlərində nağdsız ödəniş vərdişlərinin formalaşdırılması, iqtisadiyyatda nağdsız dövriyyənin artırılmasıdır.

Lotereyada respublika ərazisində fəaliyyət göstərən ticarət və xidmət obyektlərində quraşdırılan POS-teminallar vasitəsilə minimum 5 manat məbləğində nağdsız qaydada alış-veriş edən şəxslər avtomatik olaraq iştirak etmək hüququ qazanırlar. Bütün növ bank kartları kampaniyada istifadə edilə bilər.

Xüsusi kompüter proqramı vasitəsilə təsadüfi seçim əsasında seçiləcək qaliblərin hər birinə 50 manat məbləğində pul mükafatı təqdim ediləcək. Həmin vəsaiti banklar qaliblərin kart hesablarına köçürəcəklər. Üç ay müddətində davam edəcək lotereya kampaniyasında 1.800 kart sahibinin mükafatlandırılması planlaşdırılır.


Tiraj başa çatdıqdan sonra 3 gün ərzində qalib olan bank
kartlarının nömrələri aid olduqları banklara göndəriləcək


Aprelin 30-dək edilmiş nağdsız ödənişləri əhatə edəcək lotereya oyunu 3 tiraj üzrə keçirilir. Artıq tiraj martın 15-də 1-ci olub, 2-ci tiraj aprelin 12-də, 3-cü tiraj isə mayın 15-də oynanılacaq. Lotereyanın ümumi uduş fondu 98 min manat nəzərdə tutulur.

Hər bir tirajın uduş fonduna 600 ədəd uduş məbləği daxildir. Onu da deyək ki, bəzi kart əməliyyatları – korporativ kartlarla aparılan əməliyyatlar, istifadəçisi eyniləşdirilməyən kartlarla aparılan və ləğv edilən əməliyyatlar lotereyada iştirak edə bilməyəcək.

Lotoreyanın əsas üstünlüyü ondadır ki, ölkənin bütün bölgələrindən olan vətəndaşlar heç bir kupon və ya digər çeklər almadan bu kampaniyada iştirak edə bilərlər. Bunun üçün sadəcə alış-veriş zamanı ödənişləri POS-terminal vasitəsilə həyata keçirmək kifayətdir.

Tiraj başa çatdıqdan sonra 3 gün ərzində qalib olan bank kartlarının nömrələri aid olduqları banklara göndəriləcək. Banklar isə 10 gün ərzində qalib kartların sahiblərinə bu barədə məlumat çatdıracaqlar.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Kommersiya qurumunun dövlət qeydiyyatı məlumatlarının dəyişdirilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0

Xidmətin adı: Kommersiya qurumunun dövlət qeydiyyatı məlumatlarının dəyişdirilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə”

– Dəyişikliyi təsdiq edən sənədlər

– “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə” (adı və ünvanı dəyişdikdə)

– Yenidən təşkil haqqında qərar, təhvil aktı və ya bölünmə balansı, yeni redaksiyada nizamnamə və ya nizamnaməyə dəyişiklik (zərurət varsa)

– “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (dəyişiklik xüsusi vergi rejiminin tətbiqi ilə bağlı olduqda)

-“Vergilər” qəzetində dərc olunmuş müvafiq elan (dəyişiklik yenidən təşkil olunma ilə əlaqədardırsa)

– Möhür (ad dəyişdikdə) (möhür itirildiyi halda mətbuatda dərc edilmiş elan və  tapılmaması haqqında Daxili İşlər Nazirliyinin müvafiq orqanı tərəfindən verilmiş arayış);

– Qeydiyyat şəhadətnaməsinin(bu halda əlavə olaraq rüsumun ödənilməsini təsdiq edən sənəd) və ya nizamnamənin əslinin itirildiyi hallarda mətbuatda dərc edilmiş elan

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 34-cü maddəsi

– Mülki Məcəllənin 43-113-cü maddələri

– “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanun

– Vergilər nazirinin 06.02.2012-ci tarixli 1217040100139800 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş”

Xidmətin göstərildiyi yer

Ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi,  ƏVD-nin və ƏVİ-nin inzibati binalarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri (xarici investisiyalı kommersiya hüquqi şəxslər və onların nümayəndəlik və filialları, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla) (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi

Ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (ƏVD-nin və ƏVİ-nin ərazisində olan maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları daxil olmaqla), ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri (xarici investisiyalı kommersiya hüquqi şəxslər və onların nümayəndəlik və filialları, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla) 

İcra müddəti: Sənədlər daxil olduğu gündən sonra 5 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Dəyişikliyi təsdiq edən sənəd (şəhadətnamə, reyestrdən çıxarış və s.)

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasiblərin problemi: Gömrük dəyəri yoxsa İnvoys dəyəri?

posted in: Vergi, Xəbər | 0

Mühasiblərin problemi: Gömrük dəyəri yoxsa İnvoys dəyəri?


Sual:

Mən Fərdi Sahibkar kimi fəaliyyət göstərirəm və Oktyabr ayında ölkəyə 10.000 AZN invoice dəyərində mal idxal etmişəm, Gömrük orqanında bu malın dəyəri invocede aşağı göstərildiyi iddia olunaraq şişirdilərək Yük Gömrük Bəyənnaməsinin Statistik dəyər bölməsində 15.000 AZN dəyərində qiymətləndirilmiş və bu məbləğə 2700 AZN ƏDV hesablanmışdır. Dekabr ayında 6% ödəyicisi, Yanvar ayından isə ƏDV ödəyicisi olmuşuq və sahibliyimizdə qalan malların siyahısın təqdim etdiyimiz üçün Aprel ayına kimi ƏDV ni alış qiymətilə satış qiyməti arasındakı fərqdən hesablayacağıq.

Sual ondan ibarətdir ki, sahibliyimizdə qalan malın alış qiyməti dedikdə hansı yolla hesablanmış dəyəri nəzərə alırıq?

1-İnvoys dəyəri + ƏDV yəni 10000+2700=12.700 AZN
2-Gömrük dəyəri + ƏDV yəni 15000+2700=17.700 AZN

Cavab: 

Bildiririk ki, ƏDV məqsədləri üçün vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir.

Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.

Göründüyü kimi, ƏDV məbləği gümrük orqanlarının müəyyən etdiyi dəyərdən hesablansa belə, idxal edilən aktivlərin uçotu formalaşan faktiki dəyərlə aparılmalıdır. Gömrük qanunvericiliyi və mühasibat uçotunun aparılmasına dair Sizi maraqlandıran məsələlərlə bağlı aidiyyəti üzrə müvafiq olaraq Dövlət Görük Komitəsinə və Maliyyə Nazirliyinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 139.2-ci, 143-cü və 162.1-ci maddələri.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.