Mühasib vəzifəsi üzrə vakansiya elan olunur

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

vakansiya MühasibVakansiya: Mühasib / İşəgötürən: Y-lex consulting MMC

Əmək haqqı: 500 – 600 AZN

Ümumi məlumat

  • Şəhər: Bakı
  • Yaş: 26 – 45 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Orta texniki
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Cəmilə xanım
  • Telefon: (077) 410-80-80, (012) 464-11-84
  • E-mail: info@ylexconsulting.az / info@finstaff.az
  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Elanın bitmə tarixi: 03.05.2019
Vakansiya barədə məlumat

– Aylıq əmək haqqı cədvəllərinin hesablanması və hazırlanması
– İşçilərin əmək haqlarının və digər ödənişlərinin aparılması
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-gov.az və E-taxes.gov.az portallarında işləmək qabiliyyəti
– E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması ilə bağlı əməliyyatlar
– Bank əməliyyatlarının aparılması
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Maaş 500 -600 azn
– Gostərilən maaş şərtidir və danışıq əsasında təstiq ediləcək
– İş saatı: 10:00-dan 18:00-dək
– Rəsmi qeydiyyat

Mühasib üçün tələblər

– Təhsil: Orta xüsusi
– İş təcrübəsi: 1 ildən 3 ilə qədər
– Yaş: 25-45
– Maliyyə sahəsi üzrə ali təhsil və ya müvafiq sahə üzrə sertifikatı olmalıdır
– MS Office proqramlarını bilməli
– Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı
– 25-45 yaş həddində xanım namizədlərə üstünlük veriləcək

Mənbə: kadr.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bu halda Mənfəət yoxsa Sadələşdirilmiş vergi ödəyicisi olmalıyıq?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Bu halda Mənfəət yoxsa Sadələşdirilmiş vergi ödəyicisi olmalıyıq?

Sual:

Sualım vergi qanunvericiliyinə olan yeni dəyişikliklə bağlıdır. (218.5.10 maddəsi-“vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər”).

Müəssisəmiz (sadələşdirilmiş vergi ödəyicisi) xarici ölkələrdə yerləşən hüquqi və fiziki şəxslərə turizm xidmətləri göstərir, yəni onların qonaqlarını Azərbaycanda qəbul edərək turizm xidmətləri (otel, transfer və s.) göstərir. Həmin xarici hüquqi şəxslər Azərbaycan Respublikasında vergi uçotunda deyillər. Bu halda 2019-ci ildən etibarən bizim müəssisə sadələşdirilmiş vergi ödəyicisi kimi qala bilərmi, yoxsa ƏDV ödəyicisi olmalıdır?

Cavab:

Vergi Məcəlləsinin 218.5.10-cu maddəsində yalnız vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmət göstərən şəxslər istisna edildiyindən, qeyri-rezident şəxslərə xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Buna əsasən xarici ölkələrdə yerləşən hüquqi və fiziki şəxslərə turizm xidmətləri göstərən rezident müəssisə mənfəət vergisinin ödəyicisi olmalıdır.

Müəssisənin göstərdiyi xidmət müqabilində əldə etdiyi xidmət haqları ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduqda cəmiyyət növbəti ayın ilk 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verilməklə ƏDV qeydiyyatına alınmalı, göstərdiyi xidmət üzrə əldə olunan xidmət haqqından 18 faiz dərəcə ilə ƏDV hesablanaraq dövlət büdcəsinə ödənilməlidir.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Kommersiya qurumunun dövlət qeydiyyatı və vergi uçotu məlumatlarının dəyişdirilməsi

posted in: Vergi, Xəbər | 0

Kommersiya qurumunun dövlət qeydiyyatı və vergi uçotu məlumatlarının dəyişdirilməsi

Xidmətin adı: Kommersiya qurumunun dövlət qeydiyyatı və vergi uçotu məlumatlarının dəyişdirilməsi (uçot məlumatları qeydiyyat məlumatları ilə eyni vaxtda dəyişdirildikdə)

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə”

– dəyişikliyi təsdiq edən sənədlər

– “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə” (adı və ünvanı dəyişdikdə)

– yenidən təşkil haqqında qərar, təhvil aktı və ya bölünmə balansı, yeni redaksiyada nizamnamə və ya nizamnaməyə

dəyişiklik (zərurət varsa)

– “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (dəyişiklik xüsusi vergi rejiminin tətbiqi ilə bağlı olduqda)

-“Vergilər” qəzetində dərc olunmuş müvafiq elan (dəyişiklik yenidən təşkil olunma ilə əlaqədardırsa)

– möhür (ad dəyişdikdə)(möhür itirildiyi halda mətbuatda dərc edilmiş elan və  tapılmaması haqqında Daxili İşlər Nazirliyinin müvafiq orqanı tərəfindən verilmiş arayış);

– qeydiyyat şəhadətnaməsinin(bu halda əlavə olaraq rüsumun ödənilməsini təsdiq edən sənəd) və ya nizamnamənin əslinin itirildiyi hallarda mətbuatda dərc edilmiş elan

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 34-cü maddəsi

– Mülki Məcəllənin 43-113-cü maddələri

– “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanun

– Vergilər nazirinin 06.02.2012-ci tarixli 1217040100139800 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş”

– Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

Xidmətin göstərildiyi yer

Ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVD-nin və ƏVİ-nin inzibati binalarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri (xarici investisiyalı kommersiya hüquqi şəxslər və onların nümayəndəlik və filialları, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları,  sığorta və auditor təşkilatları istisna olmaqla)  (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi

Ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (ƏVD-nin və ƏVİ-nin ərazisində olan xarici investisiyalı kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəlikləri, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları daxil olmaqla), ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri(xarici investisiyalı kommersiya hüquqi şəxslər və onların nümayəndəlik və filialları, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla)

İcra müddəti: Sənədlər daxil olduğu gündən sonra 5 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – Dəyişikliyi təsdiq edən sənəd (şəhadətnamə, reyestrdən çıxarış və s.)

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Tələbələr üçün Təcrübə Proqramı elan olunur

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

Təcrübə ProqramıVakansiya: Təcrübə Proqramı / İşəgötürən: Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası funksional fəaliyyət istiqamətləri üzrə tələbə və məzunların praktiki biliklərinin artırılması, eləcə də gənclərin şəxsi inkişafının təmin edilməsi və onların maarifləndirilməsi məqsədilə təcrübə proqramı elan edir. Proqramın məqsədi Tələbələrin iqtisadi və maliyyə biliklərinin artırılması, peşəkar bacarıqlarının inkişafı, nəzəri biliklərinin təcrübə ilə bütünləşdirməsi və real iş şəraiti ilə yaxından tanış etməkdən ibarətdir.

Təcrübəçiyə dair tələblər
  • Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;
  • Özünü daim inkişaf etdirməli, innovativ olmalı;
  • Analitik düşünmə qabiliyyəti olmalı;
  • Nəzəri biliklərinin təcrübə dövründə tətbiqini bacarmalı;
  • Kompüter və ingilis dili bilikləri.
Təcrübə Proqramı üçün müraciət

Namizədlər aşağıdakı istiqamətlər üzrə müvafiq təcrübə sahəsini seçməlidirlər:

  • Hüquq
  • Kredit bazarına nəzarət
  • Sığorta fəaliyyətinə nəzarət
  • Makroprudensial nəzarət və metodologiya
  • Beynəlxalq əlaqələr və kommunikasiya
Seçim mərhələləri
  • IV kurs tələbələri, məzunlar və ya magistratura pilləsində təhsil alan tələbələr iştirak edə bilərlər;
  • Namizədlərdən daxil olmuş CV-lər analiz edildikdən sonra tələblərə uyğun namizədlər ilkin olaraq test imtahanına, sonra isə İnsan resursları idarəsi və aidiyyəti departamentlərlə müsahibə mərhələsinə dəvət edilirlər;
  • Mərhələləri uğurla keçmiş namizədlər ilə müqavilə bağlanılır və təcrübə proqramına başlanılır.

Proqrama iştirak etmək üçün namizədlər CV-lərini internship@fimsa.az və info@finstaff.az ünvanına göndərməlidirlər.

Mənbə: www.jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.