Gecikdirilmiş və təqdim edilməyən bəyannamələr ilə bağlı qaydalar təsdiqlənib

posted in: Vergi, Xəbər | 0

Gecikdirilmiş və təqdim edilməyən bəyannamələr ilə bağlı qaydalar təsdiqlənib.


Vergilər naziri Mikayıl Cabbarovun imzaladığı “Vaxtından gec olmaqla təqdim edilən və təqdim edilməmiş bəyannamələr, hesabatlar və arayışlar ilə bağlı qaydalar”ın təsdiq edilməsi barədə əmrdə vergi orqanlarının müvafiq struktur şöbəsinin (bölməsinin) rəhbərinə bəyannamələrini, hesabat və ya arayışları təqdim etməyən vergi ödəyicilərinə xəbərdarlıqların göndərilməsi üçün müvafiq tədbirlər görmək tapşırılır.

Xəbərdarlıq məktubunda vergi orqanının adı; vergi ödəyicisi fiziki şəxsin adı, soyadı, atasının adı, VÖEN-i; hüquqi şəxsin adı, VÖEN-i, ünvanı, hüquqi şəxsin rəhbərinin adı, soyadı, atasının adı, təqdim edilməmiş bəyannamənin adı, dövrü və bəyannamənin Vergi Məcəlləsinə əsasən təqdim edilməli olduğu son tarixi göstərilir.

Məktubda, həmçinin, vergi ödəyicisindən bəyannamənin təcili olaraq təqdim edilməsi tələb olunur.

Əks halda, Vergi Məcəlləsinin 38.3.1-ci və 83-cü maddələrinə müvafiq olaraq, növbədənkənar səyyar vergi yoxlaması keçiriləcəyi və ya əlaqəli məlumatlar əsasında vergi hesablanacağı, habelə məsuliyyət məsələsinə baxılması ilə əlaqədar 10 gün müddətində vergi orqanına özünün və ya səlahiyyətli nümayəndəsinin dəvət edilməsi, üzürsüz səbəbdən iştirak etməyəcəyi təqdirdə, məsuliyyət məsələsinə onun iştirakı olmadan baxılacağı bildirilir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

CSS MMC Mühasib Köməkçisi axtarır

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

Mühasib Köməkçisi vakansiyaVakansiya: Mühasib Köməkçisi / İşəgötürən: CSS MMC

Əmək Haqqı: 200 – 300 AZN

Ümumi məlumat

  • Şəhər: Bakı
  • Yaş: 18 – 36 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən aşağı
  • Əlaqədar şəxs: Muradova Firuzə
  • Telefon: (050) 285-21-40, (012) 488-68-61
  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Elanın bitmə tarixi: 04.05.2019
  • E-mail: m.firuza@az-css.com, infi@finstaff.az
Vakansiya barədə məlumat

– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– İşçilərlə hesablaşmaların təmin edilməsi
– Bank, Kassa, Əmək haqqı sənədlərinin 1C proqramına daxil edilməsi
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
– E-gov.az, e-taxes.gov.az, digər portallardan istifadə etmək
– Əmək haqqı: 500 Azn
– İş saatları: bazarertəsi – cümə, 09:00-dan 18:00-dək

Mühasib Köməkçisi üçün tələblər

– Ali təhsil (bank işi, maliyyə, mühasibat uçotu)
– Yaş həddi: 20-35
– Mühasibatlıq üzrə minimum 1 ilə qədər
– MS Office(xüsusillə Excell), 1C, e-gov,e-taxes və digər portallarıdan istifadə etmək
– Namizədə lazımi işlər öyrədiləcəkdir.

Mənbə: boss.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Zirək mühasib və onun 10 prinsipi (1-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

mühasibZirək mühasib və onun 10 prinsipi

1-ci hissə

İstənilən peşə fəaliyyətində mütəxəssislərin təntənə ilə keçməli olduğu mərhələlər mövcuddur.

Təhsildən sonra istənilən bir şəxsin öz vəzifələrini yerinə yetirməyə başlaması və iş təcrübəsi toplaması – onun çalışma fəaliyyəti üçün ilk mərhələni təşkil edir.

Müəyyən zaman keçdikdən sonra şəxs başa düşür ki, əldə etdiklərində ilişib qalması səhv olardı.

Beləliklə, o, özünün cari təcrübəsini nəzərə almaqla nəzəri biliklər də əldə etməyə başlayır ki, bu da ikinci mərhələ hesab olunur. Bu istiqamətdə inkişaf edərkən şəxs yeni çətinliklər, maneələrlə rastlaşır və bunları dəf etmək lazım gəlir.

Adətən bütün bunlar metaforik mənada əlavə “əziyyətlər”, “məhrumiyyətlər” və “çətinliklərlə” müşaiyət olunur. Bir çox illər ötdükdən sonra keçmiş mütəxəssis bütün bu çətinlikləri dəf edərək, iradəsi sayəsində əsil peşəkara çevrilir.

Bu gün biz sizdən ötrü ən zirək mühasibin qabil ola biləcəyi on qaydanı toplamışıq. Belə qabiliyyətlərə malik bir mühasib isə təkcə əmək bazarında deyil, həm də gündəlik həyatda yüksək dəyərləndirilir.

1-ci qayda: “Ömür boyu öyrən”

Məhz, bu qaydadan biz təsadüfi başlamadıq, zira digər bütün qaydalar buna istinad edir. İnsan yeni biliklər və bacarıqlar almağa can atırsa, daha dəqiqi bunlardan boyun qaçırmırsa, o, heç vaxt yerində saymır. Nahaq yerə deməyiblər ki, “əgər siz yaxşı ola bilmirsinizsə – onda pis olursunuz”.

Geriyə yol yoxdur, bir yerdə dayanıb durmaq mümkün deyil. Yol yalnız irəliyədir. Lakin, bu zaman mühüm olan sizin hansı keyfiyyətdə irəli getmənizdir. Siz son dərəcə mənəvi inkişaf yolu ilə gedəcəksiniz, yoxsa ki, qarşınızda ambisiyalı bir məqsəd qoyacaqsınız – bu elə də vacib deyil.

Öz üzərinizdə işləmək daha ciddi bir işdir, öyrənmək isə burada bir proses, vəziyyət və ruhunuzun tələbatıdır. Öz işinin mahir biliciləri heç vaxt “hər şeyi bilirəm” söyləməzlər, əksinə onlar həmişə minimum olaraq nəsə qabaqcıl olan bir şeylərlə tanış olmağa hazır olurlar. Bir çox hallarda isə elə bu uğurun rəhni hesab olunur.

2-ci qayda: “Yaxşı istirahət etməyi və yaxşı işləməyi bacar”

Kimlərisə bu təəccübləndirə bilər, amma istirahət etməyi də bacarmaq lazımdır və bunu öyrənmək də çox zəruridir. Biz öz həmkarlarımızdan çox vaxt belə tarixçələr     eşidirik ki, işdə olanda ev işləri barədə düşünürlər, evdə olduqda isə xidməti yerdə yerinə yetirə bilmədikləri öhdəliklər barədə fikirləri qovmağa çalışırlar. Oriyentasiyanın bir-birinə bu cür qarışması, özünü hər iki yerdə tam şəkildə göstərə bilməyinizə imkan vermir.

Öz işlərinin əsil peşəkarları isə belə demək olarsa, “cani-dildən” işləyir və öhdələrinə düşən işləri görüb qurtardıqdan sonra özlərini “tam şəkildə istirahətə” həsr edirlər. Əgər, məhz bu cür nisbətə nail ola bilsəniz, onda həyatınız daha rəngarəng, maraqlı və daha zəngin olacaq. Həyatınızda üzə çıxan “boz çalarların” peyda olması – bu oriyentirdə səhvlərin olmasının əsil əlamətidir.

 

Məqalənin 2-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Aprelin 4-ü Moldovada mühasiblər Günüdür

posted in: Xəbər | 0

mühasiblərAprelin 4-ü Moldovada mühasiblər Günüdür

Moldovada mühasibat uçotu və audit ildən ilə inkişaf edir və beynəlxalq standartlar səviyyəsinə çıxır – Moldova peşəkar mühasiblər və auditorlar Assosiasiyasının direktoru Vyaçeslav Çabanu belə hesab edir. “İNFOTAQ” nəşrinin verdiyi məlumata görə, Vyaçeslav Çabanu bu fikirləri mühasibat uçotu işçilərinin peşə bayramı ilə bağlı söyləyib.

Qeyd edib ki, 2007-ci ildə mühasibat uçotu ilə bağlı yeni qanun qəbul edildikdən sonra bu sahə inkişaf etməyə başlayıb və tədricən beynəlxalq standartlara çatmaqdadır.

“İstərdik ki, bu tendensiya qorunsun və Moldova respublikasının mühasiblərinin peşəkarlığı bu sahədə fəaliyyət göstərən beynəlxalq assosiasiyalar tərəfindən etiraf olunsun”, – Çobanu belə bəyan edib.

Onun sözlərinə görə, bu sahədə əhəmiyyətli və dərin biliklər olmadan mühasiblər peşəkar hesab oluna bilməz. “Müasir cəmiyyət mühasibat uçotunun iqtisadi və sosial həyatda əhəmiyyətini, mühasibat uçotu sahəsində işləyən mütəxəssislərin məsuliyyətinin mühümlüyünü tam şəkildə dəyərləndirir”, – direktor belə söyləyib. 2011-ci ildə Moldovada peşənin maliyyə və iqtisadi əhəmiyyətini nəzərə alan 4 aprel sərəncamı dərc edilib və həmin tarix mühasiblər Günü kimi qeyd olunur.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.