Zirək mühasib və onun 10 prinsipi
2-ci hissə
İstənilən peşə fəaliyyətində mütəxəssislərin təntənə ilə keçməli olduğu mərhələlər mövcuddur.
Təhsildən sonra istənilən bir şəxsin öz vəzifələrini yerinə yetirməyə başlaması və iş təcrübəsi toplaması – onun çalışma fəaliyyəti üçün ilk mərhələni təşkil edir.
Müəyyən zaman keçdikdən sonra şəxs (mühasib) başa düşür ki, əldə etdiklərində ilişib qalması səhv olardı.
Beləliklə, o, özünün cari təcrübəsini nəzərə almaqla nəzəri biliklər də əldə etməyə başlayır ki, bu da ikinci mərhələ hesab olunur. Bu istiqamətdə inkişaf edərkən şəxs yeni çətinliklər, maneələrlə rastlaşır və bunları dəf etmək lazım gəlir. Adətən bütün bunlar metaforik mənada əlavə “əziyyətlər”, “məhrumiyyətlər” və “çətinliklərlə” müşaiyət olunur. Bir çox illər ötdükdən sonra keçmiş mütəxəssis bütün bu çətinlikləri dəf edərək, iradəsi sayəsində əsil peşəkara çevrilir.
3-cü qayda: “Dəqiq ol”
Dəqiqlik hərəkətlərdə ardıcıllıq olmasını göstərir, hərəkətlərdə ardıcıllıq isə – bu müvəffəqiyyətin rəhnidir. Öz işinin əsil peşəkarı olan mühasib öz vaxtını heç vaxt boşuna sərf etmir. Onun gündəlik iş cədvəlində hökmən bölmələr olur, hansı ki, hətta nəsə başqa bir şeylə məşğul olduqda belə, özünü 100 faiz işinə həsr edir.
O, görüş yerlərinə gecikmir, hesabatları vaxtında verir, vədlərinə əməl edir və özünə qarşı adamların göstərdikləri xeyirxahlığı heç vaxt unutmur. Təəssüflər olsun ki, bizim həmkarlarımızın bəziləri öz məntiqsizliklərini və “dağınıqlıqlarını” bu kimi müxtəlif sözlərlə ört-basdır etməyə çalışırlar: “Axı, mən qadınam, düşüncələri bir yerə toparlamaq mənlik deyil” və ya “Mən kişiyəm, fikirləri toparlamaq nəyimə gərək”…
İş yerində nə “oğlanlar”, nə də “qızlar” olur. İş yerində mütəxəssislər, peşəkarlar olur, hansılar ki, hər biri öz işləri ilə məşğul olurlar. Peşəkar – bu, üzr istəyirəm “cinsi olmayan” varlıqdır, ondan ötrü “gender” sığallamaları mövcud olmur.
4-cü qayda: “Karyeraçı olma”
Qəribədir, hə? Son on il ərzində aktiv şəkildə belə bir düşüncəni yeritməyə çalışırlar ki, əgər insan “böyük şef” olmaq istəmirsə, avtomatik olaraq uğursuz birinə, “ambisiyası” olmayan bir şəxsə çevriləcək və s. İşinin əsil peşəkarını isə ilk növbədə bir qədər başqa problemlər maraqlandırır.
Ondan ötrü işini nə qədər keyfiyyətli etməsi, bunun ona, yaxınlarına və kollektivə hansı faydalar gətirməsi daha mühümdür. Peşəkardan ötrü öz işini yaxşı yerinə yetirmək olduqca vacibdir, belə ki, onun əməyi onun özü ilə oxşardır. Karyera-karyeralığında, peşəkar inkişaf ondan ötrü daha önəmlidir. Beləliklə, karyeraçı olmaq heç də həmişə söylənildiyi kimi mənfi xüsusiyyət deyilmiş.