Kommersiya qurumunun vergi uçotu məlumatlarının dəyişdirilməsi

posted in: Vergi, Xəbər | 0

Xidmətin adı: Kommersiya qurumunun vergi uçotu məlumatlarının dəyişdirilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə”

– Dəyişikliyi təsdiq edən sənədlər

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 34-cü maddəsi

– Vergilər nazirinin 06.02.2012-ci tarixli 1217040100139800 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş”

– Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

Xidmətin göstərildiyi yer

Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün),     Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi, ünvanlı xidmət zamanı (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi

Ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri

İcra müddəti: Sənədlər daxil olduğu gündən sonra 2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Kommersiya qurumunun vergi uçotu məlumatlarının dəyişdirilməsi haqqında bildiriş

(e-qutuya  göndərilir)

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb (bax 2.1.3-e nömrəli xidmətə)

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1700 AZN əmək haqqı ilə Baş Mühasib tələb olunur.

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

vakansiya Baş MühasibVakansiya: Baş Mühasib / İşəgötürən: Beta Azerbaijan

Əmək haqqı: 1500 – 1700 AZN

Ümumi məlumat
  • Şəhər: Bakı
  • Yaş: 30 – 55 yaş
  • Cins: Qadın
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Telefon: (012) 408-66-95
  • Kateqoriya: Maliyyə və Mühasibat

 

  • Alt kateqoriya: Mühasibat
  • Elanın bitmə tarixi: 05.05.2019
Vakansiya barədə məlumat

– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
– E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək

Baş Mühasib üçün tələblər

– Qadın namizəd
– Ali təhsilli
– B1-B3, Microsoft Office proqramlarını bilmək
– 1C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s.)
– e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
– Balansın çıxarılması

Zirək Mühasib və onun 10 prinsipi (3-cü hissə)

posted in: Məqalə, Xəbər | 0

Zirək MühasibZirək Mühasib və onun 10 prinsipi

3-cü hissə (2-ci hissəni bu keçidə daxil olmaqla oxuya bilərsiniz)

İstənilən peşə fəaliyyətində mütəxəssislərin təntənə ilə keçməli olduğu mərhələlər mövcuddur.

Təhsildən sonra istənilən bir şəxsin öz vəzifələrini yerinə yetirməyə başlaması və iş təcrübəsi toplaması – onun çalışma fəaliyyəti üçün ilk mərhələni təşkil edir.

Müəyyən zaman keçdikdən sonra şəxs başa düşür ki, əldə etdiklərində ilişib qalması səhv olardı.

Beləliklə, o, özünün cari təcrübəsini nəzərə almaqla nəzəri biliklər də əldə etməyə başlayır ki, bu da ikinci mərhələ hesab olunur.

Bu istiqamətdə inkişaf edərkən şəxs yeni çətinliklər, maneələrlə rastlaşır və bunları dəf etmək lazım gəlir.

Adətən bütün bunlar metaforik mənada əlavə “əziyyətlər”, “məhrumiyyətlər” və “çətinliklərlə” müşaiyət olunur.

Bir çox illər ötdükdən sonra keçmiş mütəxəssis bütün bu çətinlikləri dəf edərək, iradəsi sayəsində əsil peşəkara çevrilir.

5-ci qayda: “Özünə qarşı və ətrafındakılarla vicdanlı ol”

Yadımdadır, “Bizim zamanın qəhrəmanı” Peçorin öz gündəliyində yazırdı ki, illər keçdikdən sonra özümə qarşı vicdanlı ola bildim, həqiqətdə göründüyündən asılı olmayaraq hər şeyi öz adı ilə çağırmağa başladım.

Əsl peşəkar xəyalpərvər ola bilər, amma onun illüziyalarda yatıb qalmağa haqqı çatmır. Özünə qarşı düzgün olmayan şəxs, öz həyatına, addımlarına və motivlərinə real qiymət verə bilməz, ətrafındakılara münasibətdə vicdanlı olmayan şəxs isə heç vaxt adamlar arasında səmimi qarşılanmayacaq. Xarakterindən asılı olmayaraq əsl peşəkarlara hörmət edirlər.

6-cı qayda: “Ehtiyacı olanlara yardım et”

Zirək Mühasib – bu əsil şəxsiyyətdir. İnsanlara isə mərhəmət xarakterikdir. Onlar öz problemlərində və dərdlərində qapılıb qalmırlar, kimsə yardım istədikdə kənardan baxıb tamaşa etmirlər. Onlar ətrafında baş verənlərə biganə qala bilmirlər.

Əsl peşəkar həqiqi köməyə ehtiyacı olan şəxslərə həmişə əl uzatmağa hazır olur. Yeni təcrübə keçən mütəxəssisə o, öz təcrübəsindən müəyyən hissəni verməyə həmişə hazır olur. Peşənin gizlinləri və incəliklərini onlara başa salır. Başqalarına yardım etmək onlara böyük zövq verir.

Məqalənin 4-cü hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz. 

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Kommersiya qurumunun dövlət qeydiyyatı məlumatlarının dəyişdirilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0

Kommersiya dövlət qeydiyyatıXidmətin adı: Kommersiya qurumunun dövlət qeydiyyatı məlumatlarının dəyişdirilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə”

– Dəyişikliyi təsdiq edən sənədlər

– “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə” (adı və ünvanı dəyişdikdə)

– Yenidən təşkil haqqında qərar, təhvil aktı və ya bölünmə balansı, yeni redaksiyada nizamnamə və ya nizamnaməyə dəyişiklik (zərurət varsa)

– “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (dəyişiklik xüsusi vergi rejiminin tətbiqi ilə bağlı olduqda)

-“Vergilər” qəzetində dərc olunmuş müvafiq elan (dəyişiklik yenidən təşkil olunma ilə əlaqədardırsa)

– Möhür (ad dəyişdikdə) (möhür itirildiyi halda mətbuatda dərc edilmiş elan və  tapılmaması haqqında Daxili İşlər Nazirliyinin müvafiq orqanı tərəfindən verilmiş arayış);

– Qeydiyyat şəhadətnaməsinin(bu halda əlavə olaraq rüsumun ödənilməsini təsdiq edən sənəd) və ya nizamnamənin əslinin itirildiyi hallarda mətbuatda dərc edilmiş elan.

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 34-cü maddəsi

– Mülki Məcəllənin 43-113-cü maddələri

– “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanun

– Vergilər nazirinin 06.02.2012-ci tarixli 1217040100139800 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş”

Xidmətin göstərildiyi yer

Ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi,  ƏVD-nin və ƏVİ-nin inzibati binalarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri (xarici investisiyalı kommersiya hüquqi şəxslər və onların nümayəndəlik və filialları, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla) (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi

Ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (ƏVD-nin və ƏVİ-nin ərazisində olan maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları daxil olmaqla), ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri (xarici investisiyalı kommersiya hüquqi şəxslər və onların nümayəndəlik və filialları, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla) 

İcra müddəti: Sənədlər daxil olduğu gündən sonra 5 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Dəyişikliyi təsdiq edən sənəd (şəhadətnamə, reyestrdən çıxarış və s.)

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.