Vergi Məcəlləsinin tətbiqi ilə bağlı müşahidələr aparılır

posted in: Vergi, Xəbər | 0

AmCham Vergi Məcəlləsinin tətbiqi ilə bağlı müşahidələr aparır.


Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan2019-cu ilin yanvarın 1-dən qüvvəyə minən yeni Vergi Məcəlləsinin tətbiqi ilə bağlı müşahidələr aparır.

Bunu açıqlamasında “ AmCham Azərbaycan ”ın prezidenti Nuran Kərimov deyib.

N.Kərimovun sözlərinə görə, müşahidələrin sonunda hökumətə hər hansı təkliflər verilə bilər.

“AmCham Azərbaycan” prezidenti Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlarının istifadə edilməsi ilə bağlı Vergilər Nazirliyinin atdığı addımları alqışladığını bildirib:

“Düşünürəm ki, bu şəffaflığın daha da yüksəlməsinə və vergi yığımlarının artmasına səbəb olacaq”.

Qeyd edək ki, “AmCham Azərbaycan” hər iki ildən bir “White paper” (Ağ vərəq) adlı təkliflər hazırlayaraq hökumətə və Azərbaycan Prezidentinə təqdim edir. Bu sənəddə gömrük, vergi, bank sektoru, miqrasiya, insan resursları sahələrində islahatların aparılması ilə bağlı təkliflər yer alır. Sonuncu dəfə belə sənəd 2018-ci ildə hazırlanıb.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Gömrük rüsumlarının dərəcələri ilə baglı qərarda dəyişiklik edilib

posted in: Xəbər | 0

Gömrük rüsumlarının dərəcələri ilə baglı qərarda dəyişiklik edilib.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586, № 9, maddə 1904, № 10, maddə 2169, № 11, maddə 2427; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 yanvar tarixli 4 nömrəli və 5 fevral tarixli 34 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 0701 10 000 1 alt yarımmövqeyinə aid sətrin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “0” rəqəmi “0 (30.04.2019-cu il tarixinədək 1 kq – 1,0 ABŞ

dolları*) sözləri ilə və 0701 10 000 9, 0701 90 100 0, 0701 90 500 0,

0701 90 900 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmi “15 (30.04.2019-cu il tarixinədək 1 kq – 1,0 ABŞ dolları*) sözləri ilə əvəz edilsin;

1.2. 0703 10 190 0, 0703 10 900 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda (15.12.2019-cu il tarixinədək 1 kq – 0,6 ABŞ dolları) sözləri (31.05.2019-cu il tarixinədək 1 kq – 2,0 ABŞ dolları*) sözləri ilə və 0704 90 100 0, 0704 90 900 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə

%-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmi “15 (31.05.2019-cu il tarixinədək 1 kq – 2,0 ABŞ dolları*) sözləri ilə əvəz edilsin.

1.3. “QRUP 07”nin cədvəlindən sonra aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:

“Qeyd.

Bu mal qrupuna daxil olan alt yarımmövqelərinin 4-cü sütununda qeyd edilmiş ulduz işarəsi ixrac gömrük rüsumlarının dərəcələrini göstərir.”.

2. Bu Qərarın 1.1-ci bəndi 2019-cu il aprelin 30-dək, 1.2-ci və 1.3-cü bəndləri 2019-cu il mayın 31-dək qüvvədədir.

Azərbaycan Respublikasının

Baş naziri                                   Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Nağdsız satış əməliyyatlarına vergi güzəşti

posted in: Vergi, Xəbər | 0

Nağdsız satış əməliyyatlarına vergi güzəşti.


Sual:
Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, satış əməliyyatlarının nağdsız qaydada aparılması halında, 2019-cu ildən müəyyən güzəştlər nəzərdə tutulur. Bu güzəştlər hansılardır?
Cavab: 

Vergi Məcəlləsində edilmiş son dəyişikliyə əsasən, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti ilə məşğul olan gəlir vergisinin ödəyicisi olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır.

Əsas: Vergi Məcəlləsi, 102.1.24-cü maddə

Misal:
Ümumi gəlir = 1.000 manat (o cümlədən 200 manat nağd, 800 manat nağdsız);
Gəlirdən çıxılan ümumi xərc = 700 manat;
Gəlir = 300 manat;
Güzəşt tətbiq edilmədiyi halda, vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin məbləği 60 manat (1.000 – 700 = 300 x 20%) təşkil edir.
Güzəşt tətbiq edildikdən sonra vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin məbləği 48 manat (800 (nağdsız dövriyyə) / 1.000 (ümumi gəlir) = 0,8 (xüsusi çəki) 0,8 x 25% = 0,2 x 60 = 12 manat) təşkil edir.


Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Zirək Mühasib və onun 10 prinsipi (4-cü hissə)

posted in: Məqalə, Xəbər | 0

Zirək MühasibZirək mühasib və onun 10 prinsipi

4-cü hissə (3-cü hissəni bu linkə daxil olmaqla oxuya bilərsiniz)

İstənilən peşə fəaliyyətində mütəxəssislərin təntənə ilə keçməli olduğu mərhələlər mövcuddur. Təhsildən sonra istənilən bir şəxsin öz vəzifələrini yerinə yetirməyə başlaması və iş təcrübəsi toplaması – onun çalışma fəaliyyəti üçün ilk mərhələni təşkil edir.

Müəyyən zaman keçdikdən sonra şəxs başa düşür ki, əldə etdiklərində ilişib qalması səhv olardı. Beləliklə, o, özünün cari təcrübəsini nəzərə almaqla nəzəri biliklər də əldə etməyə başlayır ki, bu da ikinci mərhələ hesab olunur.

Bu istiqamətdə inkişaf edərkən şəxs yeni çətinliklər, maneələrlə rastlaşır və bunları dəf etmək lazım gəlir. Adətən bütün bunlar metaforik mənada əlavə “əziyyətlər”, “məhrumiyyətlər” və “çətinliklərlə” müşaiyət olunur. Bir çox illər ötdükdən sonra keçmiş mütəxəssis bütün bu çətinlikləri dəf edərək, iradəsi sayəsində əsil peşəkara çevrilir.

7-ci qayda: “Başqalarına diqqət yetirməyin”

Zirək mühasib – öz prinsiplər, əqidə və baxışlar dəsti olan unikal şəxsiyyətdir. Başqalarını kopya edən, onun maneralarını, addımlarını və s. təlqin edən insan heç vaxt uğura çatmayacaq.

Peşəkar həmişə özünə güvənir, çətinliklər və maneələri sərbəst şəkildə keçməklə möhkəmlənir. O, daim öz üzərində çalışır, nəyi yaxşılaşdırmaq lazım olduğunu gözəl anlayır.

Kimsə yüz faiz başqa bir obrazı təlqin etsə, birincisi, o heç vaxt öz məqsədinə çatmayacaq, ikincisi isə bədbəxt “çin saxta şeyi” olaraq qalacaq. Hətta bizim məsləhətlərimiz belə onlardan ötrü “müəqddəs bir şey” olmayacaq. Ən yaxşısı bunu öz üzərində sınaqdan keçirməkdir və bundan sonra nəticə çıxarmaq olar.

8-ci qayda: “İşi sonadək çatdır”

Bir işi başlayıb, sona çatdırmamaq, bu ən pis vərdişdir. Bu zibil yığını kimi bir şey olacaq, həyat məkanınızı daraldacaq.   Bunu yarımçıq qoyduğumuz şeylərə aid etmək olar.

Peşəkar mühasib bunlardan uzaq durmağa çalışır və öz imkanlarını ayıq başla dəyərləndirir. Yalnız bundan sonra o, qarşısına qoyduğu tapşırıqları yerinə yetirməyə başlayır və hədəfə çatmaqdan ötrü maksimum səy göstərir.

 

Məqalənin 5-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.