» » » Zirək Mühasib və onun 10 prinsipi (5-ci hissə)

Zirək Mühasib və onun 10 prinsipi (5-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

MühasibZirək mühasib və onun 10 prinsipi.

5-ci hissə (4-cü hissəni bu linkə daxil olmaqla oxuya bilərsiniz)

İstənilən peşə fəaliyyətində mütəxəssislərin təntənə ilə keçməli olduğu mərhələlər mövcuddur. Təhsildən sonra istənilən bir şəxsin öz vəzifələrini yerinə yetirməyə başlaması və iş təcrübəsi toplaması – onun çalışma fəaliyyəti üçün ilk mərhələni təşkil edir.

Müəyyən zaman keçdikdən sonra şəxs başa düşür ki, əldə etdiklərində ilişib qalması səhv olardı. Beləliklə, o, özünün cari təcrübəsini nəzərə almaqla nəzəri biliklər də əldə etməyə başlayır ki, bu da ikinci mərhələ hesab olunur.

Biznes hesabi

Bu istiqamətdə inkişaf edərkən şəxs yeni çətinliklər, maneələrlə rastlaşır və bunları dəf etmək lazım gəlir. Adətən bütün bunlar metaforik mənada əlavə “əziyyətlər”, “məhrumiyyətlər” və “çətinliklərlə” müşaiyət olunur. Bir çox illər ötdükdən sonra keçmiş mütəxəssis bütün bu çətinlikləri dəf edərək, iradəsi sayəsində əsil peşəkara çevrilir.

9-cu qayda:

“Özgə əməyini qiymətləndir” Ürəklə öz işi ilə məşğul olan bir adam, başqalarının əməyinə də hörmətlə yanaşır, dəyər verir. Təəssüflər olsun ki, bu xüsusiyyət heç də həmişə kənardakılar arasında yayılmır. Bizlərdən bəziləri çəkilən siqaret kötüyünü çox asanlıqla trotuar üzərinə atır, içib qurtara bilmədiyimiz pivə bankasını skamya üzərində qoyur və yaxud da buna bənzər digər əməllərə yol veririk.

Zirək mühasib heç vaxt belə etmir. Bundan əlavə, o, hətta rəhbərlik özünə qarşı ədalətsizlik etdikdə belə, tabeçiliyində olan şəxslər qarşısında heç vaxt direktorunu ayağa vermir. O, həmişə ədalətin tərəfində olur və həmişə başqasının əməyinə dəyər verməyənlərə irad bildirməyə hazır olur.

10-cu qayda:

“Özünü tənqid et” Hər bir insanın daxilində “kiçik hakim” yaşamalıdır, hansı ki, onun əməllərinə və addımlarına hər dəqiqə qiymət verə bilsin. Peşəkar mühasib üçün həmin hakim az qala 24 saat ərzində, həm iş yerində, həm də evdə olduqda belə işləməlidir. Ətrafımızda çoxlu sayda təhlükəli və məkrli şirnikləşdirici şeylər var – yuxarıda sadalanan qaydalardan biri pozularsa, öz prinsiplərinizdən kənara çıxma demək olardı.

Bu isə həllini gözləyən məsuliyyətli bir tapşırığın yanından yan ötmək kimi bir şey olardı. Əlbəttə. Hər birimiz səhvlərdən xali deyilik, lakin, zirək mühasib olmaq – bu bir ölçü, meyardır, hansı ki, buna uyğun hərəkət etməlisən. Öz şəxsi fəaliyyətinin tənqidi bu işlərdə köməyə çatır və insanı yaxşı və namuslu olmağa sövq edir.

Bu isə müasir zamanda çox vacib bir şeydir. Nəticələr Yuxarıda deyilənlərdən belə nəticə çıxarmaq olar, zirək mühasib olmaq – bu zəhmətli bir işdir. Yazdığımız qaydaların öz təbiətinə görə sadəliyinə baxmayaraq, hər gün bunlara əməl etmək çox mürəkkəb bir işdir. Bu qaydalar öz üzərinizdə gündəlik çalışmağı tələb edir.

İnsanın ən yaxşı keyfiyyətlərini üzə çıxarmağa kömək edir. Bunu elə də asanlıqla təsəvvür edə bilməzsiniz, amma, belələri aramızda dolaşır. Biz onları təlqin etməli və onlara oxşamalı deyilik. Sadəcə belələrinin təcrübəsindən yararlanmaq olar və baxmaq olar ki, bu sizdə də alına bilərmi. Əgər, alınarsa, onda bu nümunəni qoruyub saxlamağa dəyər.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.