Mikro kreditlər üzrə Təcrübəçi (Bakı, Sumqayıt və region filialları üzrə) tələb olunur

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

Vakansiya: Mikro kreditlər üzrə Təcrübəçi / İşəgötürən: Express Bank

Əmək haqqı: 130 AZN

Təcrübəçi üçün tələblər

– Ali təhsil
– Təhlil etmə bacarığı;
– Ünsiyyət qurma və komandada işləmək bacarığı;
– Yaş həddi – 25 yaş;

Vakansiya barədə məlumat

– Mikro kredit üzrə aktiv marketinq təbliğatını həyata keçirmək;
– Qarşıya qoyulan aylıq satış hədəflərini icra etmək;
– Vəzifə öhdəliklərini bankın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
– Bankın kredit məhsullarına dair müştəriyə məsləhət vermək;

Əsas üstünlüklər

– Azərbaycanın aparıcı banklarının birində iş təcrübəsi qazanmaq;
– AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi;
– Təcrübə müddəti ərzində nəzərdə tutulan əmək haqqı 130 AZN.

E – mail : cv@expressbank.az

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

42 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb

posted in: Uncategorized, Vergi, Xəbər | 0

Qanunvericiliyin pozulmasıNaxçıvanda 42 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb.


Naxçıvan Muxtar Respublikasında əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, xarici valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi və sair bu kimi operativ vergi nəzarətinin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 42 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilərək müvafiq tədbirlər görülüb.

Operativ vergi nəzarəti tədbirləri zamanı 27 vergiödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması müəyyən edilib.

Keçirilən nəzarət tədbirləri zamanı 11 şəxsin vergi orqanlarında uçota durmadan öz şəxsi avtomobili ilə sərnişindaşıma fəaliyyəti ilə və 1 şəxsin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almadan əyləncə tədbirlərində videoçəkilişin həyata keçirilməsi ilə məşğul olduğu aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Aparılan operativ vergi nəzarəti tədbirləri zamanı tətbiq edilmiş 1610 manat maliyyə sanksiyası məbləğinin büdcəyə ödənilməsi təmin edilib.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Qeyri-kommersiya qurumunun uçot məlumatlarının dəyişdirilməsi

posted in: Vergi, Xəbər | 0

Qeyri-kommersiyaXidmətin adı: Qeyri-kommersiya qurumunun uçot məlumatlarının dəyişdirilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Qeyri-kommersiya qurumunun və təhsil müəssisələrinin vergi uçotuna alınması haqqında ərizə”

– Dəyişikliyi təsdiq edən sənəd

– “Təsisçi-fiziki şəxslər barədə məlumat” (dəyişiklik təsisçilərə aid olduqda)

– “Təsisçi-hüquqi şəxslər barədə məlumat” (dəyişiklik təsisçilərə aid olduqda)

– “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (dəyişiklik xüsusi vergi rejiminin tətbiqi ilə bağlı olduqda)

– Yenidən təşkil haqqında qərarın, təhvil aktı və ya bölünmə balansının surətləri (dəyişiklik qeyri-kommersiya qurumunun yenidən təşkil olunması ilə əlaqədardırsa)

– Hüquqi ünvanın dəyişdirilməsi barədə hüquqi şəxslərin dövlət qeydiyyatını aparan orqan tərəfindən verilmiş məktub (dəyişiklik ünvanla əlaqədardırsa)    

– “Qeyri-kommersiya hüquqi şəxsin vergi uçotu haqqında şəhadətnamə” (adı və ünvanı dəyişdikdə)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 34-cü maddəsi

– Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

Xidmətin göstərildiyi yer

Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün),       Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri, ünvanlı xidmət zamanı (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi

Ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri

İcra müddəti

-Sənədlər daxil olduğu gündən sonra 2 iş günü

– ünvan dəyişdiriləndə sənədlər daxil olduğu gündən sonra 15 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Qeyri-kommersiya qurumunun vergi uçotu məlumatlarının dəyişdirilməsi haqqında bildiriş

 (e-qutuya  göndərilir)

– Qeyri-kommersiya hüquqi şəxsin vergi uçotu haqqında şəhadətnamə (dəyişikliyə zərurət yarandıqda)

Elektronlaşdırma səviyyəsi

Əlaqə məlumatlarının və fəaliyyət növlərinin dəyişdirilməsi üzrə tam elektronlaşıb (bax 2.1.3-e nömrəli xidmətə)

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib tələb olunur

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

vakansiya MühasibVakansiya: Mühasib / İşəgötürən: Metal Ve Yapi Sistemleri

Əmək haqqı: 500 AZN

Ümumi məlumat

  • Şəhər: Bakı
  • Yaş: 20 – 35 yaş
  • Cins: Qadın
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Natavan xanım
  • Telefon: (012) 597-55-03
  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Elanın bitmə tarixi: 08.05.2019
Vakansiya barədə məlumat

– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə, tabel və sair sənədlərə ciddi riayət olunmasına nəzarət etmək
– Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– İşçilərlə hesablaşmaların təmin edilməsi
– Bank, Kassa, Əmək haqqı sənədlərinin 1C proqramına daxil edilməsi
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
– AR əmək məcəlləsinə vuyğun sənədləşmə və müqavilələrin tərtib olunması
– E-gov.az, e-taxes.gov.az, digər portallardan istifadə etmək
– Əmək haqqı: 500 Azn
– İş saatları: bazarertəsi – cümə, 09:00-dan 18:00-dək, şənbə 10:00-dan 15:00-dək

Mühasib üçün tələblər

– Qadın
– Ali təhsil (bank işi, maliyyə, mühasibat uçotu)
– Yaş həddi: 20-35
– Mühasibatlıq üzrə minimum 1-3 il iş təcrübəsi (istehsal, ticarət)
– MS Office(xüsusillə Excell), 1C, e-gov,e-taxes və digər portallarıdan istifadə etmək
– Əmək qanunvericilyi üzrə məlumatlı
– Yeni və köhnə hesablar plan üzrə biliklər
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
– Bütün növ (vergi, DSMF, Statistika və Məşğulluq) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir
– Məsuliyyətli, operativ, dəqiq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

Qeyd edilən tələblərə uyğun namizədlər yalnız nata.ibrahimova@metalyapi.com / info@finstaff.com adresinə şəkilli cv formasını göndərsin. Uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Mənbə: boss.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.