Yoxlamalarla bağlı fərmanda dəyişiklik edilib

posted in: Xəbər | 0

Yoxlamalar ilə bağlı fərmanda dəyişiklik edilib

Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamalar-ın dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Sənədə əsasən, yoxlamaların dayandırılması sahibkarlıq sahəsində gömrük auditinə də şamil edilməyəcək.

Müddəa indiyədək isə belə idi: “Bu fərmanın müddəaları vergi yoxlamalarına, dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı tələblərə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həyata keçirilən yoxlamalara şamil edilmir”.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1430-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1132; 2016, № 8, maddə 1384, № 10, maddə 1633; 2017, № 4, maddə 564, № 11, maddə 1997; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 fevral tarixli 548 nömrəli, 27 fevral tarixli 550 nömrəli və 7 mart tarixli 575 nömrəli fərmanları) 1.1-ci bəndinə “vergi yoxlamalarına” sözlərindən sonra “, gömrük auditinə” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 aprel 2019-cu il.

Mənbə: president.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hamiləliyə və doğuma görə müavinətin təyin edilməsi və ödənilməsi

posted in: Müavinət, Xəbər | 0

Hamiləlik və doğum üçün müavinətin təyin edilməsi və ödənilməsi.

Dövlət orqanı :

  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Xidmətin məzmunu :

  • Bu xidmət işləyən qadınlara hamiləlik və doğuma görə məzuniyyət dövrü üçün hamiləliyə və doğum üçün müavinətin təyin edilməsi və ödənilməsi ilə bağlı münasibətləri əhatə edir.

Xidmətin aid olduğu təsnifat :

  • Sosial müdafiə və sosial təminat (sığorta)

Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :

  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu

Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :

Xidmətin hüquqi əsası :

Xidmətin həyata keçirilmə formaları :

  • Elektron müraciət və nəticənin elektron təqdim edilməsi
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması

Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :

  • Şəxsi kabinet vasitəsilə məlumatlandırma
  • Yerində (şifahi və ya yazılı) məlumatlandırma

Xidmətin həyata keçirilməsinin nəticəsi :

  • Sığortaolunan qadınlara hamiləliyə və doğuma görə müavinətin ödənilməsi

Xidmət istifadəçisi barədə məlumat :

  • Dövlət orqanları
  • Hüquqi şəxslər
  • Yerli özünüidarəetmə orqanları

Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :

Müddət (Məbləğ) : 5 iş günü

Rüsum : Rüsum yoxdur

Ödənişin hüquqi əsası : Xidmət ödənişsiz həyata keçirilir

Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :

Günlər : Məhdudiyyət yoxdur

Xidmətin göstərilmə yeri : 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının inzibati binaları

Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :

Xəstəlik vərəqələri

– Kağız daşıyıcıda

Hamiləliyə və doğuma görə məzuniyyətin verilməsi barədə müəssisənin əmri (sərəncamı)

– Kağız daşıyıcıda

Müavinət təyin edən komissiyanın protokolu

– Kağız daşıyıcıda

Ödənilmə üsulları :

  • Xidmət ödənişsizdir

Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :

  • Hamiləliyə və doğuma görə müavinət müəyyən olunmuş qaydada verilən xəstəlik vərəqəsinə əsasən təyin olunur. Başqa sənədlər müavinətin ödənilməsi üçün əsas sayılmır.
    Hamiləliyə və doğuma görə məzuniyyətin verilməsi sığortaolunanın işdən azad olunmasının düzgünlüyü ətrafında mübahisə getdiyi dövrə təsadüf edərsə, bütün hallarda müavinət verilir.
    Bu zaman müavinət hamiləliyə və doğuma görə məzuniyyətin bütün dövrünə düşən iş günləri üçün verilir.
    Hamiləliyə və doğuma görə məzuniyyət müddəti növbəti (əsas və ya əlavə) məzuniyyət və ya uşağa qulluq edilməsi üçün verilən məzuniyyət (həmçinin əmək haqqı saxlanılmadan) dövrünə təsadüf edərsə, bu zaman xəstəlik vərəqəsinə əsasən hamiləliyə və doğuşa görə məzuniyyətin bütün günləri üçün müavinət verilir. 2 aylığadək uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən uşaq böyüdən şəxslər doğumdan sonra müəyyən edilmiş 56 günlük məzuniyyətdən istifadə etmək hüququna malikdirlər.
    Hamiləliyə və doğuma görə müavinət bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın 100 faizi miqdarında verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir. Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin hamiləliyə və doğuma görə məzuniyyət dövründəki iş günlərinin sayına vurulması ilə hesablanır.

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :

  • “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. İnzibati şikayət yazılı formada tərtib edilir. İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.

Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :

  • Fərdi uçot sistemində sığortaolunanların məlumat bazası

Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :

Xidmətin elektronlaşma səviyyəsi :

  • Tam elektronlaşdırılıb

Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :

  • Tam avtomatlaşdırlıb

Xidmətin elektron ünvanı :

https://www.e-gov.az/az/services/read/3140/0

Mənbə: dxr.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Uşağın üç yaşı tamam olanadək ona müavinətin təyin edilməsi və ödənilməsi

posted in: Xəbər | 0

Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətin təyin edilməsi və ödənilməsi.

Dövlət orqanı :

  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Xidmətin məzmunu :

  • Sığortaolunanlara uşağın üç yaşı tamam olanadək hər yaş dövrü üçün qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə ona qulluq etməyə görə müavinətin təyin edilməsi və ödənilməsi ilə bağlı müraciətləri əhatə edir.

    Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir.Həmin məzuniyyət dövründə uşağa qulluq edən şəxsə hər uşaq üç yaşına çatanadək qanunvericilikdə müəyyən olunmuş məbləğdə müavinət verilir.
    Əgər uşaq məktəbəqədər təhsil müəssisələrində (körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası, xüsusi uşaq bağçası) yerləşdirilmişdirsə, belə hallarda məzuniyyət təqdim edilmir və uşaq üç yaşına çatanadək ona qulluq edilməsinə görə müavinət təyin edilmir.

Xidmətin aid olduğu təsnifat :

  • Sosial müdafiə və sosial təminat (sığorta)

Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :

  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu

Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :

Xidmətin hüquqi əsası :

Xidmətin həyata keçirilmə formaları :

  • Elektron müraciət və nəticənin elektron təqdim edilməsi
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması

Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :

  • Şəxsi kabinet vasitəsilə məlumatlandırma
  • Yerində (şifahi və ya yazılı) məlumatlandırma

Xidmətin həyata keçirilməsinin nəticəsi :

  • Sığortaolunanlara uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətin ödənilməsi

Xidmət istifadəçisi barədə məlumat :

  • Dövlət orqanları
  • Fiziki şəxslər
  • Hüquqi şəxslər
  • Yerli özünüidarəetmə orqanları

Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :

Müddət (Məbləğ) : 5 iş günü

Rüsum : Rüsum yoxdur

Ödənişin hüquqi əsası : Xidmət ödənişsiz həyata keçirilir

Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :

Günlər : Həftənin 1-5-ci günləri

İşin başlama vaxtı : 09:00:00

İşin sona çatma vaxtı : 18:00:00

Fasilənin başlama vaxtı : 13:00:00

Fasilənin sona çatma vaxtı : 14:00:00

Xidmətin göstərilmə yeri : Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının inzibati binaları

Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :

Uşağa qulluq edilməsinə görə qismən ödənilən məzuniyyətin verilməsi barədə müdiriyyətin əmri (sərəncamı)

– Kağız formada və ya sənədin skan edilmiş surəti

Müavinət təyin edən komissiyanın protokolu

– Kağız formada və ya sənədin skan edilmiş surəti

Uşağın doğum haqqında şəhadətnaməsi

– Kağız formada və ya sənədin skan edilmiş surəti

Ödənilmə üsulları :

  • Xidmət ödənişsizdir

Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :

Müavinət işçinin iş yeri üzrə (əmək kitabçasının olduğu yerdə) müdiriyyətin müavinət təyin edən komissiyası və ya komissiyanın səlahiyyət verilmiş üzvü tərəfindən təyin edilir.

Öz-özünü sığortaedən fiziki şəxslərə müavinət, onlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarına müraciət olunan tarixə qanunvericiliklə müəyyən olunmuş məbləğdə məcburi dövlət sosial sığorta haqqı tam ödənildiyi halda, məcburi dövlət sosial sığorta haqları hesabına Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən təyin olunur və verilir.

Uşaq üç yaşına çatanadək ona qulluq edilməsinə görə müavinət almaq üçün müdiriyyətin müavinət təyin edən komissiyasına uşağa qulluq edilməsinə görə qismən ödənilən məzuniyyətin verilməsi barədə müdiriyyətin əmrindən (sərəncamdan) çıxarış və uşağın doğum haqqında şəhadətnaməsinin surəti təqdim olunmalıdır.

Müdiriyyətin müavinət təyin edən komissiyasına məzuniyyət verilməsi barədə qərarına əsasən, uşağın üç yaşı tamam olana qədər ona qulluq etmək üçün məzuniyyət müddətinə müavinət təyin olunması haqqında komissiyanın iclas protokolunda qeyd edilməklə qərar qəbul edir.

Tam olmayan ay üçün müavinət ananın məzuniyyətdə olduğu həmin aydakı təqdim günlərinə mütənasib qaydada verilir.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları 5 (beş) iş günü ərzində təqdim olunmuş sənədləri araşdırıb ödənişi həyata keçirməlidirlər. Araşdırma zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının sığortaedəndən əlavə məlumatlar almaq hüququ vardır.

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :

  • “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. İnzibati şikayət yazılı formada tərtib edilir. İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.

Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :

  • Fərdi uçot sistemində sığortaolunanların məlumat bazası

Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :

Xidmətin elektronlaşma səviyyəsi :

  • Tam elektronlaşdırılıb

Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :

  • Tam avtomatlaşdırlıb

Xidmətin elektron ünvanı :

https://www.e-gov.az/az/services/read/3143/0

Mənbə: dxr.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibatlıqda CRM-in rolu. Cubics CRM

posted in: Xəbər | 0

Mühasibatlıqda CRM-in rolu. Cubics CRM.

Bir çox mühasibatlıq və ya konsaltinq kimi xidməti fəaliyyətlə məşğul olan şirkətlər müştəri loyallığını qorunması və yeni müştərilərin cəlb olunmasında bir sıra çətinliklərlə üzləşirlər. Bu çətinliyə isə adətən aşağıdakılar səbəb olur:

  • Müştəri haqqında ətraflı məlumatın olmaması
  • Mövcud məlumatların etibarlı saxlanılmaması
  • Məlumat bazası ilə işin çətinliyi
  • Kadrlar arası işin yaxşı təşkil olunmaması

Bəs bu problemləri necə həll etmək olar?

Excel cədvəlləri, qeyd dəftərləri kimi köhnə üsullarla bu mümkün deyildir. Hətta məlumatların belə təşkili əlavə problemlərin yaranmasına da səbəb ola bilər. Məsələn, kompüterdə yaranmış hər hansı nasazlıq, qeydlərin itirilməsi, işçi dəyişikliyi kimi hallarda bir sıra müştəri məlumatları itirilə bilər. Həmçinin bu struktur ətraflı təhlillərin aparılmasını, lazımi məlumatın axtarılmasını olduqca çətinləşdirir və böyük vaxt itkisinə səbəb olur. Belə ki, siz bu prosesə sərf etdiyiniz vaxtınızı və enerjinizi biznes strategiyanızın inkişafına, yeni təkliflərin hazırlanmasına sərf etsəniz daha yaxşı nəticələr əldə edə bilərsiniz.

Yuxarıdakı kimi halların yaşanmaması və əksinə yüksək inkişafa nail olmaq üçün texnologiyanın gücündən istifadə etmək lazımdır. Biznes inkişafı üçün ən effektli texnoloji vasitələr isə CRM sistemləridir.

CRM sistemləri müştəri informasiyalarının toplanılması və saxlanılması ilə müştəri əlaqələrinin düzgün idarə edilməsi, satış və marketinq strategiyasının təkmilləşdirilməsinə xidmət edən vasitələrdir.

Cubics CRM – Effektiv satış və biznes idarəsi üçün.

Cubics CRM müştəri informasiyalarının saxlanılması, şöbələr arası əməkdaşlıq, kadrların işinin tərtibatı, tapşırıqlar və təkrarlanan tapşırıqların yaradılması, tapşırıqlar üçün yadasalma xidməti, müxtəlif parametrlər üzrə asan axtarış imkanı kimi funksionallıqları, E-mail, SMS və IP telefoniya xidmətləri ilə biznes inkişafına kömək olur.

Sistemi istənilən biznes sahəsinə asanlıqla inteqrasiya etmək mümkündür. Bununla da, şirkətlər müştəri məlumatlarını sistemə dolğun şəkildə əlavə edə, həmçinin bütün məlumatların etibarlı saxlanılmasını təmin edə bilərlər.

Sistemin ən önəmli özəlliklərindən biri daxil etdiyiniz informasiyalar əsasında ətraflı və çox istiqamətli statistik göstəricilərin avtomatik formalaşdırılmasıdır. Bu göstəricilər vasitəsilə şirkətin güclü və zəif istiqamətlərini, qazanc və itkilərini, əsas müştəri mənbələrini, şirkət əməkdaşlarının fəaliyyətini təhlil edə və bunun əsasında  yeni hədəflər, inkişaf planları müəyyən edə bilərsiniz.

Cubics CRM-in Android və iOS sistemli cihazların hər birində dəstəklənən mobil tətbiqi vasitəsilə isə ofis xaricindən belə işlərinizi asanlıqla idarə edə və izləyə bilərsiniz.

Bəs Cubics CRM-dən necə istifadə etmək olar?

Cubics CRM-in istifadəsi olduqca asandır. Bunun üçün https://cubics.pro/register – dan qeydiyyatdan keçərək, sizlər üçün təqdim olunmuş 14 gün ödənişsiz sınaq müddətindən yararlana bilərsiniz. Bu müddətdə siz CRM-in funksionallıqlarını test edə, öz biznesinizdə CRM-in tətbiqi ilə əldə edəcəyiniz üstünlüklərlə tanış ola bilərsiniz. İstifadəçi interfeysinin rahat və asan başa düşülən olması, həmçinin proqramın Azərbaycan, Rus və İngilis dillərində istifadə imkanı sizin funksionallıqlardan istifadənizi daha da asanlaşdıracaqdır.

Onu da qeyd etmək istərdim ki, qeydiyyat zamanı 6368 promo kodunu daxil edərək siz, sistemə birbaşa giriş hüququna malik olacaqsınız.

Sistemi istər sınaq müddətində, istərsə də biznesinizə tətbiq etdikdə Cubics CRM Texniki Dəstək komandası yaranmış hər hansı sualınızı anında cavablandıracaq, təklif və iradlarınızı nəzərə alacaqdır.