» » » Yoxlamalarla bağlı fərmanda dəyişiklik edilib

Yoxlamalarla bağlı fərmanda dəyişiklik edilib

posted in: Xəbər | 0
birbank biznes

Yoxlamalar ilə bağlı fərmanda dəyişiklik edilib

Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamalar-ın dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Sənədə əsasən, yoxlamaların dayandırılması sahibkarlıq sahəsində gömrük auditinə də şamil edilməyəcək.

Müddəa indiyədək isə belə idi: “Bu fərmanın müddəaları vergi yoxlamalarına, dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı tələblərə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həyata keçirilən yoxlamalara şamil edilmir”.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1430-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1132; 2016, № 8, maddə 1384, № 10, maddə 1633; 2017, № 4, maddə 564, № 11, maddə 1997; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 fevral tarixli 548 nömrəli, 27 fevral tarixli 550 nömrəli və 7 mart tarixli 575 nömrəli fərmanları) 1.1-ci bəndinə “vergi yoxlamalarına” sözlərindən sonra “, gömrük auditinə” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 aprel 2019-cu il.

Mənbə: president.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.