İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin uçot məlumatlarının dəyişdirilməsi

posted in: Vergi, Xəbər | 0
Xidmətin adı: İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin uçot məlumatlarının  dəyişdirilməsi
Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “VM-nin 33.8-ci maddəsində göstərilən subyektlərin vergi uçotuna alınması barədə ərizə”

– idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin vergi uçotuna alınması (1.2.2. nömrəli xidmət) zamanı təqdim edilmiş sənədlərdə məlumat dəyişikliyini təsdiq edən sənədlər

– “VM-nin 33.8-ci maddəsinə əsasən xarici dövlətin rezidentinin vergi uçotu haqqında şəhadətnamə” (adı və ünvanı dəyişdikdə)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 34-cü maddəsi

– Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

Xidmətin göstərildiyi yer

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi

Ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri

İcra müddəti

-Sənədlər daxil olduğu gündən sonra 2 iş günü

– ünvan dəyişdiriləndə sənədlər daxil olduğu gündən sonra 15 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin uçot məlumatlarının  dəyişdirilməsi haqqında bildiriş (e-qutuya  göndərilir)

– VM-nin 33.8-ci maddəsinə əsasən xarici dövlətin rezidentinin vergi uçotu haqqında şəhadətnamə (dəyişikliyə zərurət yarandıqda)

Elektronlaşdırma səviyyəsi

Əlaqə məlumatlarının və fəaliyyət növlərinin dəyişdirilməsi üzrə tam elektronlaşıb (bax 2.1.3-e nömrəli xidmətə)

Mənbə: www.taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Xoşbəxt insanların uğur formulaları (1-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

Xoşbəxt insanların uğur formulaları


Nigel Cumberland

Heç bir şeyə təəssüflənməyin. xoşbəxt insanların daha 99 qaydası

Bu gündən başlayaraq Nigel Cumberlandın sözügedən kitabının tərcüməsini saytımızın oxucularına təqdim edəcəyik. Nigel özü ixtisasca iqtisadçı olub və mühasib işləyib.

Kitab sizləri müəyyən etdiyiniz yolda qarşınıza çıxan çətinlikləri dəf etməkdə kömək edəcək və sizləri uğurlara ruhlandıracaq. Kitab yüz fəsildən ibarətdir, hər bir fəsil – ideya sizə uğura çatmaqda yardım edəcək: öncə problemlər sadalanır, ardınca isə onları necə həll etməklə bağlı məşğələlər.

1-ci hissə

Arzularınızın ardınca gedin

Sözün əsl mənasında sevimli işlə məşğul olsanız, həyatınız daha maraqlı olacaq. Sevdikləri işlə məşğul olan adamlar digərlərindən daha çox zövq alırlar, sadəcə ona görə ki, onlar öz arzularının ardınca gedirlər.

Richard Branson

Arzular – uğurun yanacağıdır, onlarsız həyat heç vaxt tam və uğurlu alına bilməz. Avtomobil mühərriki kimi bensiz işə düşməz, siz də həyatı arzusuz keçirmək istəsəniz, mahiyyətcə heç həyata başlaya bilməyəcəksiniz.

İstənilən uğura həmişə arzunun gerçəkləşməsi kömək edir. Məşqçi qismində mən bir sıra uğurlu adamlarla çox işləmişəm və onların hamısı bu və ya digər formada müvəffəqiyyətə özlərinin heç olmasa bir arzularının həyata keçməsi nəticəsində nail ola biliblər. Bəzən bu uşaqlıq arzusu olub, bəzən də sonradan ortalığa çıxan arzu olub, amma bütün hallarda bu həmin insanların arzusunun gerçəkləşməsi ilə baş tutub.  Məhz, həmin arzu bir dəfə onları öz əsirinə çevirib, onları hərəkətə gətirib, qanadlandırıb və ruhlandırıb. Arzu məqsədə çevrildikdə, mümkünsüz olanını mümkünə çevirir, komfort zonasından çıxır və hətta öncə mürəkkəb görünən bir şey barəsində risk etməyə belə insanı sövq edir.

Yetkinliyə qovuşduqdan sonra biz çox vaxt yad gözləntilərin ardınca düşürük, hətta unuduruq ki, sevmədiyimiz bir işin ardınca gedirik və özümüzə bir başqalarının rəhbərlik etməsinə imkan veririk. Bunu mən öz acı təcrübəmdə görmüşəm. Məktəbdə mən coğrafiyanı çox sevirdim, lakin, mənə universitetə daxil olub iqtisadiyyatı öyrənməyi məsləhət etmişdilər. Və mən öz arzumun dalınca getmək əvəzinə mühasib oldum və sevmədiyim bir işlə məşğul olmağa başladım. Siz də belə bir seçim etmək məcburiyyətində qalmısınızmı? Bəzən, yalnız geriyə baxdıqda, öz yolunla getmədiyini başa düşürsən.

Uğurlu insanlar həmişə nə ilə məşğul olmaq istədiklərini yaxşı bilirlər və öz maraqlarını heç vax satmırlar. Bir qayda olaraq, onlar tez seçim edir və öz yolları ilə gedirlər. Heç veclərinə də olmur ki, kimsə onları dəstəkləməyəcək və hətta ağılsız adlandıracaq. Apple şirkətinin yaradıcısı Steve Jobs-u xatırlayın, hansı ki, öz arzusunu reallaşdırmaq naminə prestijli universitetdəki təhsilini atmışdı.

Hər bir uğura aparan yol arzuların həyata keçməsindən başlanır.

Fəaliyyət üçün təlimat

Öz arzularınızı dərk edin

Nə barədə arzu edirsiniz? Nəyə nail olmaq istəyirsiniz? Hansı arzuların dalınca getməyi düşünürsünüz?

Bu suallara cavabların siyahısını tutun. Yalnız qeyd etməyin – cizgiləyin, rəsm çəkin. Bu sizə ideyalarınız arasındakı əlaqələri görməyə və çoxdan unutduğunuz məqsəd və ən məhrəm arzularınızı aşkar etməyə kömək edəcək. Budur, sizə kömək edə biləcək bir neçə sual:

. Uşaqlıqda nə ilə məşğul olmağı sevirdiniz? Kim olmaq istəyirdiniz?

. Əgər pul qazanmaq barədə düşünmək lazım gəlməsəydi, özünüzə hansı həyatı və hansı işi seçərdiniz?

. Həyatınızda ən çox nəyi sevirsiniz və sizinlə ən çox nələrin baş verməsini istərdiniz?

. Asudə vaxtlarınızda nə ilə məşğul olmağı sevirsiniz?

. Dostlarınızı və həmkarlarınızın həyatında nələr sizdə qibtə hissi yarada bilər?

Arzunuza etibar edin

Arzunuzun necə həyata keçməsi barədə düşünün və həmin anda özünüzü müşahidə edin: qorxu hissi və ya neqativ düşüncələr yarandımı? Ola bilsin, daxili səsiniz sizə belə deyir: “Mən artıq yaşlaşmışam və bunu etmək artıq çox gecdir”, və ya “Evliyəm, ipoteka kreditim var, mən həyatımı bu cür kəskin dəyişdirə bilmərəm”, və yaxud “Valideynlərim heç vaxt məni dəstəkləməyəcək”.  Uğurlu adamlar təsdiq edərlər ki, heç nə etməmək üçün həmişə səbəblər tapılacaq, lakin, həm də əlavə edəcəklər ki, ilk addımı atmaq və başlamaq üçün bütün iradə və cəsarəti toplamaq lazımdır.

Arzularınızın həyata keçməsinin alqoritmlərini yaradın

Arzuların həyata keçməsi üçün nə qədər çox şey etməyin lazım gəldiyini dərk edəndə, siz yəqin ki, təəccüblənəcəksiniz və mümkündür ki, hətta qorxacasınız. Kitabın yerdə qalan 99 fəsli yaranan qorxu ilə mübarizə aparmaqda, zəruri olan vasitələri tapmaqda və qərarlar qəbul etməkdə sizə yardım edəcək.  Sizin əsas vəzifəniz – indi olduğunuz və harada olmaq istəyinizlə bağlı mərhələ arasındakı zərəri nə ilə doldurmağı başa düşmənizdir. Bu asan məsələ deyil və o səbəbdən mən sizə yaxınlarınızı köməyə çağırmağı məsləhət görürəm, idealda isə – arzularnızı birləşdirməyi tövsiyə edirəm: birlikdə siz onları hökmən yerinə yetirə biləcəksiniz.

 

Məqalənin 2-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

CRM Group LLC Ödənişlə təcrübəçi axtarır

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

CRM Group LLC Ödənişlə Maliyyə üzrə təcrübəçi axtarır.


Mühasibatlıq / İnsan-Resursları / Maliyyə üzrə təcrübəçi

Qeyd olunan sahələr üzrə təcrübəçilər dəvət olunur

Tələblər:

– Ali təhsil
– Təhlil etmə bacarığı;
– Ünsiyyət qurma və komandada işləmək bacarığı;
– Yaş həddi – 20 – 25 yaş;

Vəzifə öhdəlikləri:

– Qarşıya qoyulan hədəfləri icra etmək;
– Vəzifə öhdəliklərini şirkətin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;

Əsas üstünlüklər:

– Azərbaycanın iş sahələrinin müxtəlif sektorlarında iş təcrübəsi qazanmaq;
– Təcrübə müddəti ərzində nəzərdə tutulan minimal əmək haqqı .

E – mail: recruitment@crmgroup.az

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Vergi Qanunvericiliyinə edilmiş dəyişikliklərin praktiki tətbiqi” mövzusunda seminar keçiriləcək

posted in: Vergi, Xəbər | 0

Vergi Qanunvericiliyinə edilmiş dəyişikliklərin praktiki tətbiqi mövzusunda seminar keçiriləcək.


Bildiyiniz kimi, Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356 – VQD nömrəli Qanunu ilə təsdiqlənmiş Vergi Məcəlləsindəki son dəyişikliklər qüvvəyə minmişdir. Sözügedən dəyişikliklərin izahı məqsədi ilə ilkin olaraq Vergilər Nazirliyi ilə birgə məlumatlandırıcı seminar təşkil olunmuşdur. Sahibkarlar tərəfindən bu mövzu yetərincə maraq kəsb etdiyini nəzərə alaraq, təşkil olunan təlimlərin ikinci etapına start verilir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşəbbüsü və Deloitte Azərbaycan şirkətinin dəstəyi ilə  07.05.2019 tarixində saat 10:00 – 12:00-da “Vergi Qanunvericiliyinə edilmiş dəyişikliklərin praktiki tətbiqi” mövzusunda seminar təşkil olunur.

Bəhs olunacaq mövzular:

  • Vergi məcəlləsinə daxil edilmiş yeni anlayışlar
  • Artırılmış maliyyə sanksiyaları. Nağd pul vəsaitlərinin dövriyyəsi ilə bağlı gözlənilən tələblər
  • Elektron qaimə fakturanın tətbiqi ilə bağlı praktiki çətinliklər
  • Maliyyə məlumatlarının beynəlxalq mübadiləsini nəzərdə tutan sazişlərin tətbiqi ilə bağlı yeniliklər
  • Neft-qaz və dövlət sektorunun müəyyən edilməsi ilə bağlı yeniliklər və praktiki çətinliklər
  • Həyat yığım sığorta məhsulu üzrə vergidən azadolmanın tətbiqi və praktiki çətinliklər
  • Gəlir vergisi ilə bağlı yeni azadolma və güzəştlər
  • Borclanma ilə bağlı məhdudiyyətlər
  • Transfer qiyməti ilə bağlı yeniliklər
  • ƏDV-dən yeni azad olmalar
  • Vergi inzibatçılığı və vergi nəzarəti sahəsində yeniliklər

Seminarda iştirak etmək üçün https://sahibkarliq.typeform.com/to/FLH91r linkinə daxil olaraq qeydiyyatdan keçmək mütləqdir.

Kursun keçirilmə tarixi: 07.05.2019

Başlama saatı: 10:00 – 12:00

Təlimin keçirildiyi ünvan: Bakı ş, Nizami küç. 90A, Bakı ş., AZ 1010, Landmark III

Son qeydiyyat tarixi: 03.05.2019 saat 16:00-a qədər

Təlim ASK üzvləri üçün ödənişsiz, qeyri üzvlər üçün isə 50 AZN təşkil edir. Ödənişi təsdiq edən sənəd ən gec təlimdən bir gün əvvəl təqdim olunmalıdır!

Ödəniş üçün aşağıda qeyd olunan bank rekvizitləri təqdim olunur:

«Turanbank»  ASCKodu: 507462

VÖEN: 1300016391

Müxbir hesab: AZ26NABZ01350100000000027944

SWIFT: TURAAZ22.

 Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli KonfederasiyasıHesab: AZ11TURA38090005629800100944

VÖEN: 1300024361

Əlaqələndirici şəxs: Elmira Balıyeva

Sahibkarlarla iş və kommunikasiya şöbəsi

Tel: +994 12 465 76 92 / 93 (Daxili: 121)

Email: ebaliyeva@ask.org.az

Mənbə: ask.org.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.