Bu ölkədə vergi ödənişindən yayınanlara qarşı yeni mübarizə üsulu düşünülüb

posted in: Vergi, Xəbər | 0

Hakimiyyət vergi ödənişindən yayınanlara qarşı yeni mübarizə üsulu düşünüb

Rusiya federal vergi xidməti (FVX) 2017-ci ildə iri vergi ödəyicilərinə nəzarət üçün başlatdığı islahatı başa çatdırıb. İndi ödənişlərdən yayınma sxemləri yeni üsulla aşkara çıxarılacaq, bu haqda Demyan Kudryavtsevin ailəsinə məxsus “Vedomosti” qəzeti məlumat verib.

Məsələn, konkret sahələr üzrə ixtisaslaşan müfəttişliklər oxşar biznes-modellər üçün xarakterik olan sahələr.

Həmçinin şirkətlərdən ötrü riskləri aşkar etmək məqsədilə iki dəfə çox şirkətləri administrasiya edəcəklər (yoxlayacaqlar).

İndiyə kimi bu cür müfəttişliklər yalnız federal səviyyədə mövcud idilər. Onlar səkkiz sahə üzrə gəlirləri 20 milyard rubldan çox olan iki mindən artıq vergi ödəyicisinə nəzarət edirdilər:

Neft-qaz bölməsi, beynəlxalq və transmilli şirkətlər, aqro-sənaye kompleksi və pərakəndə satış, istehsal və tikinti, xammal hasilatı və emalı, energetika və kommunikasiya, rəqəmsal iqtisadiyyat, maliyyə bazarı.

İndi müfəttişlərin məsuliyyət dairəsi belə olacaq: onlar yalnız illik gəlirləri 35 milyard rubldan çox olan ən nəhəng oyunçulara nəzarət edəcəklər. Eyni zamanda onlara müxtəlif şəhərlərdə daha kiçik biznesə nəzarət edəcək 12 yeni rayonlararası müfəttişliklər tabe olacaq.

Nəşr tərəfindən sorğulanmış ekspertlər fərz edirlər ki, FVX indi hər bir sahə üzrə fəaliyyət xüsusiyyətlərini daha yaxşı başa düşəcək, deməli, vergidən yayınanlara qarşı daha sərt mübarizə aparacaq.

Bundan əvvəl isə maliyyə nazirliyi Vergi kodeksinə beş yeni fəsil daxil etməyi təklif etmişdi. Söhbət artıq mövcud olan qeyri-vergi ödənişlərindən gedir – utilizasiya, mehmanxana, ekologiya yığımları, rabitə operatorları və avtomobil yollarından istifadə edənlərdən toplanılan yığımlar.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib vəzifəsi üzrə vakansiya elan olunur

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

Mühasib vakansiyaVakansiya: Mühasib / İşəgötürən: Azərşəkər LLC

Əmək Haqqı: Razılaşma ilə

Ümumi məlumat

  • Şəhər: Bakı
  • Yaş: 25 – 40 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: HR Department
  • E-mail: hr@azsf.az / info@finstaff.az
  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Elanın bitmə tarixi: 11.05.2019
Vakansiya barədə məlumat

• Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat hesabatlarında əks etdirilməsi
• Mal-materialların, əsas vəsaitlərin və digər qiymətlilərin uçotunun aparılması və nəzarət edilməsi
• Kreditor və Debitor hesablaşmaları üzrə əməliyyatların aparılması
• Bank hesablaşmaları üzrə əməliyyatların aparılması
• Təhtəlhesab şəxslər üzrə heşablaşmaların uçotunun aparılması
• Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi
• Qanunvericiliyə uyğun olaraq bütün mühasibat sənədləşdirilməsinin təşkili

Mühasib üçün tələblər

• Mühasibat sahəsində ən az 1 il iş təcrübəsi
• Mühasibat və ya maliyyə ixtisasında ali təhsil
• Vergi uçotu üzrə biliklər
• Mühasibat uçotu üzrə beynəlxalq sertifikatlar üstünlükdür
• Office proqramları ilə işləmə bacarığı
• 1C (8.3) proqram təminatında işləmək bacarığı üstünlükdür
• Azərbaycan dilin biliyi. Rus və İngilis dili bilikləri arzuolunandır

İş Qrafiki

• Həftənin 5 günü, saat 09:00-dan 18:00-dək

Əlavə məlumat

• İşçi tibbi sığorta və korporativ nömrə ilə təmin edilir
• Ünvan: Zərifə Əliyeva küç.93, BEGOC Biznes Mərkəzi

Maraqlanan şəxslər öz CV formalarını Mühasib başlığı ilə hr@azsf.az / info@finstaff.az elektron poçt ünvanına göndərə bilərlər.

Əsas və ƏDV məbləğinin eyni gündə ödənməməsinə görə vergi yoxlaması VHF-ni ləğv edə bilər?

posted in: Vergi, Xəbər | 0

vergiƏsas və ƏDV məbləğinin eyni gündə ödənməməsinə görə vergi yoxlaması VHF-ni ləğv edə bilər?


Sual: Sualım ƏDV ödəyiciləri ilə bağlıdır. Müəssisə alqı-satqı ilə məşğul olur. Malların təqdim edilməsi zamanı ödənişi edən tərəf müəyyən səbəblərdən əsas məbləğ ilə ƏDV məbləğini eyni tarixdə ödəyə bilməmişdir.

Vergi müfəttişi bu vəziyyətdə iddia edir ki, sizin göndərdiyiniz VHF – nı ləğv edəcəyəm və hər iki tərəfə cərimə yazacağam və israrla qeyd edir ki, bu qanunda mövcuddur.

Sualı əsaslı olaraq cavablandırmanızı xahiş edirəm.

Cavab: Bildiririk ki, vergi qanunvericiliyinin tələblərinə əsasən elektron vergi hesab-fakturası satıcı tərəfindən malların təqdim olunmasından sonrakı 5 gün ərzində təqdim olunmalıdır.

Bu tələbə riayət edilməməsinə görə verilmiş elektron vergi hesab-fakturanın ləğv edilməsi vergi qanunvericiliyində və inzibatçılığında nəzərdə tutulmamışdır.

Lakin ƏDV məbləğini ödəmədən malın dəyərini ödəyən şəxsə Vergi Məcəlləsinin 58.6-cı maddəsində qeyd olunan qaydada maliyyə sanksiyası tətbiq olunur.

Bax: Vergi Məcəlləsinin 58.6-cı və 176-cı maddələri.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat Uçotu Kursları start götürür!

posted in: kurs, Xəbər | 0

Mühasibat Uçotu Kursları start götürür!

Mühasibat Uçotu kursları üçün qeydiyyatdan keçməyə tələsin!

Mühasibatlığı bizimlə öyrənin.

– Öyrəndiyiniz nəzəri biliklər iş prosesində köməyinizə çatmırsa,
– Hər yerdə praktika tələb etsələr də bu praktikanı harda və necə qazanacağınızı bilmirsinizsə,
– MƏCƏLLƏLƏR və digər MÜHASİBATLIQ təlimatlarını oxumaq və başa düşmək çətin gəlirsə, biz sizi yeni start götürəcək xüsusi MÜHASİBATLIQ KURSUNA dəvət edirik.

Qrupda dərslər iştirakçılara fərdi yanaşma prinsipi ilə təşkil edilir. Bizə qoşulun ki, interaktiv metodla, asan dildə və real sənədlərlə işləmək imkanını sizin üçün əlçatan edək!

Mühasibatlığın 0-dan başlayaraq praktiki şəkildə tədris olunduğu kurs proqramında

– beynəlxalq mühasibatlıq nəzəriyyəsi,
– vergi və DSMF hesabatlarının tərtib olunması,
– müxabirləşmələrin asan və yaddaqalan metodlarla mənimsənilməsi,
– elektron portallarda (Elektron qaimələrin yazılması, əmək müqaviləsinin elektron qeydiyyatı və s.) işləmək qaydaları öyrədilir.

Bundan əlavə olaraq, kursun praktika hissəsində siz rəsmi sənədlərlə praktiki işləmək imkanı əldə edəcəksiniz.

Kursun umumi müddəti 48 saat, həftədə 2 dəfə, hər dəfə 2 saat olmaqla keçirilir. Kursda iştirak etmək üçün aşağıdakı linkə daxil olub qeydiyyat formunu doldurmağınız xahiş edilir.

Dərslər 18 aprel tarixindən etibarən başlayacaq.

https://muhasibat.typeform.com/to/rVdkcz

Əlaqə vasitələri:

Telefon: (050) 225-81-05 / (012) 598-37-98

Email: info@muhasibat.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.