Bəzi malların aksiz dərəcələri dəyişdirilib

posted in: Xəbər | 0

Bəzi malların aksiz dərəcələri dəyişdirilib.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə dəyişikliklər edilməsi barədə

 Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə razılaşdırılmış   təklifinə   əsasən   Azərbaycan   Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 69; 2002, № 2, maddə 112, № 10, maddə 647; 2005, № 1, maddə 58, № 11, maddə 1069; 2013, № 7, maddə 870; 2014, № 1, maddə 64, № 2, maddə 196; 2015, № 1, maddə 69; 2016, № 8, maddə 1444; 2017, № 7, maddə 1489, № 8, maddələr 1614, 1620, № 12 (II kitab), maddə 2521; 2018, № 3, maddə 585, № 10, maddə 2168; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 yanvar tarixli 5 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan  Respublikasının  ərazisinə  gətirilən  aksizli  malların aksiz dərəcələri”ndə 2710 19 210 0 və 2710 19 250 0 alt yarımmövqelərinə aid sətir aşağıdakı redaksiyada verilsin:

 

2710 19 210 1 reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq 1 ton üçün

1,0 manat

2710 19 210 9 reaktiv mühərriklər üçün digər yanacaq 1 ton üçün

80 manat

2710 19 250 1 KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün

kerosin

1 ton üçün

1,0 manat

2710 19 250 9 digər məqsədlər üçün kerosin 1 ton üçün

80 manat

 

2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 2020-ci il yanvarın 1-dək qüvvədədir.

 

 

Azərbaycan Respublikasının

Baş naziri                              Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bəzi malların idxal və ixrac gömrük rüsumları dəyişdirilib

posted in: Xəbər | 0

GömrükBəzi malların idxal və ixrac gömrük rüsumları dəyişdirilib.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumları – nın dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə razılaşdırılmış   təklifinə   əsasən   Azərbaycan   Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586, № 9, maddə 1904, № 10, maddə 2169, № 11, maddə 2427; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 yanvar tarixli 4 nömrəli, 5 fevral tarixli 34 nömrəli, 5 aprel tarixli 150 nömrəli və 9 aprel tarixli 151 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük    rüsumlarının    dərəcələri    və    ixrac    gömrük    rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2710 19 210 0 alt yarımmövqelərinə aid sətir aşağıdakı redaksiyada verilsin:

2710 19 210 – – – – – – reaktiv mühərriklər

üçün yanacaq:

2710 19 210 1 – – – – – – – reaktiv mühərriklər

üçün TC-1 markalı yanacaq

0
2710 19 210 9 – – – – – – – reaktiv mühərriklər üçün digər yanacaq 15

 

1.2. 2710 19 250 0 alt yarımmövqeyinə aid sətir aşağıdakı redaksiyada verilsin:

 

2710 19 250 – – – – – – digər:
2710 19 250 1 – – – – – – – KO-20 markalı işıqlandırıcı    kerosin    və    KT-2

markalı texniki məqsədlər üçün kerosin

15      (01.01.2020-ci

il tarixinədək – 0 %)

2710 19 250 9 – – – – – – – digərləri 15

 

2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 2020-ci il yanvarın 1-dək qüvvədədir.

 

Azərbaycan Respublikasının

Baş naziri                              Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Verginin sıfır dərəcə ilə tutulması

posted in: Vergi, Xəbər | 0

Əlavə Dəyər VergisiƏlavə Dəyər Vergisi – nin sıfır dərəcə ilə tutulması.


Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş Əlavə Dəyər Vergisi – nin (ƏDV) qaytarılan məbləği nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizini təşkil edir. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Bu maddənin tətbiqinin fiziki şəxs olan istehlakçıların ƏDV ödəyicisi olan pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən malların alınmasını və POS-terminaldan istifadəni stimullaşdırmaqla nağdsız dövriyyəni genişləndirmək kimi iki əsas məqsədi var.

Birinci məqsədin mahiyyəti ondan ibarətdir ki, fiziki şəxs olan istehlakçıların ƏDV ödəyicisi olan pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən malların alınmasını stimullaşdırmaq, ƏDV ödəyicilərinin gəlirlərinin (mənfəətlərinin) artdığını göstərməklə pərakəndə ticarət və ictimai iaşə sahəsində fəaliyyət göstərən sadələşdirilmiş verginin ödəyicilərində ƏDV ödəyicisi olmaq üçün maraq yaratmaqdır.

İkinci məqsəd POS-terminaldan istifadəni stimullaşdırmaqla nağdsız dövriyyənin genişləndirilməsi nəticəsində vergidən yayınmanın məhdudlaşdırılması və büdcəyə vergi daxilolmalarının artmasından ibarətdir. Bu maddəyə əsasən, güzəştin tətbiq edilməsi üçün ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

165.5-ci maddədə nəzərdə tutulan güzəştin tətbiqi pərakəndə satış və ictimai iaşə fəaliyyəti ilə məşğul olan ƏDV ödəyicilərinə daha çox gəlir (mənfəət) əldə etmək imkanı qazandırır, fiziki şəxs olan istehlakçılara isə aldıqları mallara görə nağdsız qaydada ödədikləri ƏDV-nin 15 faizini, nağd qaydada ödədikləri ƏDV-nin isə 10 faizini geri almağı nəzərdə tutur.

Misal: 
Fiziki şəxs Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən ticarət mağazasından 11.800 manatlıq ƏDV-li (9.440 manat nağdsız dövriyyə, 2.360 manat nağd dövriyyə) mallar almışdır. Bu halda, fiziki şəxs olan istehlakçı tərəfindən ödənilmiş ƏDV-nin fiziki şəxsə qaytarılan məbləğini hesablamaq üçün əvvəlcə nağdsız qaydada ödənilmiş ƏDV bu cür hesablanacaq:

9.440 manat (nağdsız dövriyyə) x 18/118 = 1.440 manat (nağdsız dövriyyə üzrə ƏDV).

Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq, nağdsız dövriyyədən hesablanan ƏDV-yə 15 faizlik güzəşt faizini tətbiq edirik: 1.440 manat (nağdsız dövriyyədən hesablanan ƏDV) x 15% =216 manat (fizikə şəxsə nağdsız dövriyyəyə görə qaytarılacaq ƏDV məbləği).

İndi isə nağd qaydada ödənilmiş Əlavə Dəyər Vergisi-ni hesablayaq:

2.360 manat (nağd dövriyyə) x 18/118 = 360 manat (nağd dövriyyə üzrə ƏDV). Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq, nağd dövriyyədən hesablanan ƏDV-yə 10 faizlik güzəşt faizini tətbiq edirik: 360 manat (nağd dövriyyədən hesablanan ƏDV) x 10% = 36 manat (fiziki şəxsə nağd dövriyyəyə görə qaytarılacaq ƏDV məbləği). Deməli, fiziki şəxs olan istehlakçıya qaytarılacaq cəmi ƏDV məbləği 216 + 36 = 252 manat təşkil edəcəkdir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Fiziki şəxsin vergi uçotu məlumatlarının dəyişdirilməsi

posted in: Vergi, Xəbər | 0

Xidmətin adı: Fiziki şəxsin vergi uçotu məlumatlarının dəyişdirilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Fiziki şəxsin vergi uçotu haqqında ərizə”

– “Fiziki şəxsin vergi uçotu haqqında  şəhadətnamə” (soyadı, adı və ya ünvanı dəyişdikdə və vergi orqanından təhvil götürüldüyü halda)

– şəxsiyyəti təsdiq edən sənədin (AR vətəndaşları üçün – şəxsiyyət vəsiqəsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün – AR Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi) surəti (dəyişiklik şəxsiyyəti təsdiq edən sənədlə əlaqədar olduqda)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 34-cü maddəsi

– VN-nin Kollegiyasının 19.05.2015-ci il tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”

Xidmətin göstərildiyi yer

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri, ünvanlı xidmət zamanı (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri

İcra müddəti

-Sənədlər daxil olduğu gündən sonra 2 iş günü

– ünvan dəyişdiriləndə sənədlər daxil olduğu gündən sonra 15 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Fiziki şəxsin vergi uçotu məlumatlarının dəyişdirilməsi haqqında bildiriş (e-qutuya  göndərilir)

– Fiziki şəxsin vergi uçotu haqqında  şəhadətnamə  (soyadı, adı və ya ünvanı dəyişdikdə)

Elektronlaşdırma səviyyəsi

Əlaqə məlumatlarının və fəaliyyət növlərinin dəyişdirilməsi üzrə tam elektronlaşıb (bax 2.2.5-e nömrəli xidmətə)

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.