Xidmətin adı: Fiziki şəxsin vergi uçotu məlumatlarının dəyişdirilməsi
Xidmətin göstərilməsi üçün tələb olunanlar
– “Fiziki şəxsin vergi uçotu haqqında ərizə”
– “Fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə” (soyadı, adı və ya ünvanı dəyişdikdə və vergi orqanından təhvil götürüldüyü halda)
– şəxsiyyəti təsdiq edən sənədin (AR vətəndaşları üçün – şəxsiyyət vəsiqəsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün – AR Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi) surəti (dəyişiklik şəxsiyyəti təsdiq edən sənədlə əlaqədar olduqda)
Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər
– VM-nin 34-cü maddəsi
– VN-nin Kollegiyasının 19.05.2015-ci il tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”
Xidmətin göstərildiyi yer
ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri, ünvanlı xidmət zamanı (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)
Müraciəti emal edən struktur vahidi
ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri
İcra müddəti
-Sənədlər daxil olduğu gündən sonra 2 iş günü
– ünvan dəyişdiriləndə sənədlər daxil olduğu gündən sonra 15 gün
Xidmətin nəticəsində təqdim edilən sənədlər
– Fiziki şəxsin vergi uçotu məlumatlarının dəyişdirilməsi haqqında bildiriş (e-qutuya göndərilir)
– Fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə (soyadı, adı və ya ünvanı dəyişdikdə)
Elektronlaşdırma səviyyəsi
Əlaqə məlumatlarının və fəaliyyət növlərinin dəyişdirilməsi üzrə tam elektronlaşıb (bax 2.2.5-e nömrəli xidmətə)
Mənbə: taxes.gov.az