Böyük mühasib / Baş mühasibin müavini tələb olunur

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

vakansiya Baş MühasibVakansiya: Böyük mühasib / Baş mühasibin müavini tələb olunur. / İşəgötürən: NewCond LLC

Əmək Haqqı: 1000 – 1200 AZN

Ümumi məlumat

  • Şəhər: Bakı
  • Yaş: 25 – 40 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: HR Department
  • E-mail: hr@newcond.az / info@finstaff.az
  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Elanın bitmə tarixi: 16.05.2019
Vakansiya barədə məlumat

• Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi;
• Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əməkhaqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasının təşkili və vergilərin, ödənişlərin, digər vəsaitlərin köçürülməsinin həyata keçirilməsi;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi;
• Təhtəlhesab, balans, avans hesabatının aparılması;
• Rəsmi hesabatların hazırlanması (Statistika, DSMF və s.)
• Hesab və elektron qaimə-fakturaların yazılması;
• Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
• Aylıq əməkhaqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqqlarının və digər ödənişlərinin aparılması;
• Xəstəlik, məzuniyyət, hamiləlik vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı DSMF-yə təqdim olunmalı sənədlərin hazırlanması.

Böyük Mühasib üçün tələblər

• Ali təhsil (mühasibat uçotu, maliyyə);
• Vergi Məcəlləsini bilməli;
• 1C 8.2, BTP proqramları ilə sərbəst işləmək bacarığı;
• Müvafiq sahədə 2-3 ildən çox iş təcrübəsi;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
• Komandada işləmək bacarığı;
• Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (ingilis və ya rus dillərini bilənlərə üstünlük verilə bilər).

İş Qrafiki
  • İş günləri : həftədə 6 gün.

CV-lərinizi hr@newcond.az / info@finstaff.az ünvanına böyük mühasib başlığı ilə göndərməyiniz xahiş olunur.

Mənbə: kadr.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda orta aylıq əmək haqqı 555 manata çatıb

posted in: Xəbər | 0

Azərbaycanda orta aylıq əmək haqqı 555 manata çatıb.


Bu il martın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% artaraq 1 534,3 min nəfər təşkil edib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, bunlardan 865,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 669,0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,8%-i təhsil, 18,8%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2%-i sənaye, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,8%-i tikinti, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 10,8%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Bu ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,6% artaraq 554,9 manata çatıb.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda online nəzarət-kassa aparatlarına tam keçidin vaxtı açıqlanıb

posted in: Vergi, Xəbər | 0

Azərbaycanda online nəzarət-kassa aparatlarına tam keçidin vaxtı açıqlanıb.


2023-cü ilin 1 yanvar tarixinə qədər bütün ölkə üzrə online nəzarət-kassa aparatlarının tətbiqi başa çatacaq.

Bunu Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət Departamentinin baş direktoru Ələkbər Məmmədov deyib.

Qeyd etdiyimiz kimi, Vergilər Nazirliyinin rəqəmsal texnologiyalardan istifadənin genişləndirilməsi sahəsində hədəflərindən biri online kassa aparatlarının tətbiqidir. Hazırda nəzarət-kassa aparatlarından nazirliyin sisteminə ötürülən məlumatlar ofline rejimdə həyata keçirilir.

Bu sahədə şəffaflığın təmin olunması üçün yaxın gələcəkdə online kassa aparatlarının tətbiqi planlaşdırılır. Nazirliyin informasiya sistemi ilə online kassa aparatı arasında məlumat mübadiləsi online rejimdə həyata keçiriləcəkdir ki, bu da sistemdə vergi ödəyicilərinin əməliyyat məlumatlarının daha dürüst olmasına və satış mühasibatlığında şəffaflığın təmin olunmasına şərait yaradacaq.

Bundan başqa, tezliklə hüquqi şəxslərin təsis sənədlərində dəyişiklikləri online rejimdə etmək mümkün olacaq, deyə Vergilər Nazirliyinin Departament rəisi nümayəndəsi vurğulayıb.

Ələkbər Məmmədovun sözlərinə görə, hazırda bu məsələ üzərində iş aparılır.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Xoşbəxt insanların uğur formulaları (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

Xoşbəxt insanların uğur formulaları (2-ci hissə)


Nigel Cumberland

Heç bir şeyə təəssüflənməyin. xoşbəxt insanların daha 99 qaydası

Nigel Cumberlandın sözügedən kitabının tərcüməsini saytımızın oxucularına təqdim edəcəyik. Nigel özü ixtisasca iqtisadçı olub və mühasib işləyib.

Kitab sizləri müəyyən etdiyiniz yolda qarşınıza çıxan çətinlikləri dəf etməkdə kömək edəcək və sizləri uğurlara ruhlandıracaq. Kitab yüz fəsildən ibarətdir, hər bir fəsil – ideya sizə uğura çatmaqda yardım edəcək: öncə problemlər sadalanır, ardınca isə onları necə həll etməklə bağlı məşğələlər.

2-ci hissə (1-ci hissəni bu linkə daxil olmaqla oxuya bilərsiniz)

Yardım istəyin

Özünə həddən ziyadə ciddi münasibət bəsləyən, daim özünü riskə atır və gülməli görünür; daim özünə gülməyə qadir olan isə heç vaxt gülməli görünmür. Vatslav Havel

“Bilmirəm” deməyə ehtiyac var, amma bu çox yaxşı bir reaksiya və özünüzə həddən ziyadə ciddi yanaşmadığınıza dair aydın bir işarədir. Ən yaxşı keyfiyyətlərdən biri – buna vicdanla cavabınızın olmadığını etiraf etməkdir. Qüsursuz olmağa can atmağınız sizi yalnız pərt edə və ümidsizliyə aparıb çıxara bilər. Yox, əgər öz qətiyyətsizliyinizi gizlətməsəniz, onda hökmən sizə kömək etmək istəyən adamlar tapılacaq.

Bir çoxları özlərini belə vəziyyətdə nə etməli olduqlarını sanki bilirmiş kimi aparırlar, hansı ki, əsil həqiqətdə bu onların gücü xaricindədir. Çox sayda adam danışmaq və ya hərəkət etməyə çalışır, özlərinə inam verir, əslində isə belələrinə kömək lazımdır. Evdə və ya iş yerində biz çox vaxt özümüzü elə aparırıq ki, sanki istənilən an bütün suallara cavab verə bilərik.

Sirr ondadır ki, biz vaxtında deməliyik: “Bir dəqiqə durun, mən hələ nə etmək lazım olduğunu bilmirəm”.  Həyat qarşımızda mürəkkəb tapşırıqlar qoyduqda, biz buna reaksiya verməyə tələsirik və nə vaxtsa artıq deyilən və əmin olduğumuz bir şeyi yenidən müdafiə edirik. Özü də bu zaman digər fikirləri və təklifləri kor-koranə fərqinə varmırıq. Uğurlu adamlar isə həmişə haqlı olmadıqlarını və ya nəyisə bilmədiklərini etiraf edirlər.

Həyat gölənilməz və dəyişkəndir. Həmişə və hər şeydə haqlı olmaq mümkün deyil. Bəzən sakitləşmək, problemlərdən kənara çəkilmək, təklif olunan köməyi qəbul etməyə razılaşmaq və özünə həddən ziyadə ciddi yanaşmaqdan əl çəkmək daha yaxşıdır.

Qüsursuz olmağa can atmaq sizləri yalnız pərt və məyus edə bilər

Fəaliyyət üçün təlimat

Zəif yerlərinizi aşkar edin

Belə bir sual üzərində düşünün:

Heç olubmu ki, öz baxış və fikirlərinizdən inadkarcasına yapışıb qalmısınız və hansı ki, haqlı olmadığınız hadisəyə münasibətinizə yenidən baxmaqdan imtina etmisiniz?

Siz nələri və nəyi hiss etmirsiniz və nə üçün? Öz davranışlarınızın alqoritmlərinə həmişə əməl edirsiniz? Sizə həmsöhbətinizlə mübahisə etmək vacibdirmi? O düzdürmü ki, siz heç vaxt özünüzdən gənc olan insanların dediklərini diqqətə almırsınız? Siz uduzmağa nifrət edirsiniz və həmişə özünüzü istənilən vasitələrlə qələbəyə kökləyirsiniz?

O zaman fəaliyyət obrazınızı dəyişdirməyə və yeniliyə daha açıq olmağa hazır olun. Qərar qəbul etmək və öz fikrinizin müdafiəsindən və suallara cavab verməkdən ötrü nümunə üçün istənilən bir günü seçin və özünüzdən soruşmağı sınaqdan keçirin: “Bəlkə mən nəyisə diqqətdən qaçırıram? Burada mənim görə bilmədiyim nəsə varmı?”

Təlxək lazımdır

Öz zəifliklərinizi üzə çıxarmaq asan deyil. Ailənizdən, dostlarınız və ya həmkarlarınızdan birini sizdən ötrü “saray təlxəyi” olmağını xahiş edin. Lap Orta əsrlərdə kral sarayında olduğu kimi, “təlxək” lazımi anda sizə çox inadkar olduğunuzu və özünüzü gülüş hədəfinə çevirdiyinizi və ya özünüzə qarşı həddən artıq ciddi olduğunuzu birbaşa deyə bilsin. Siz nəyi seçərdiniz: “təlxək” sizə səhvinizin nədə oluduğunu söyləsin və ya sizə gülsünlər?

Özünüz üzərində gülməyi öyrənin

Uğurlu şəxslər özlərinə istehza etməyi əla bacarırlar – öz yanlışları və səhv fikirlərini açıq söyləyə bilirlər. Səhvlərinizi etiraf etməyə və öz üzərinizdə əylənməyə xoşbəxtcəsinə hazır olun.

 

Məqalənin 3-cü hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.