Hüquqi şəxslərin dövlət reyestrinin aparılması qaydalarında dəyişiklik edilib

posted in: Xidmət | 0

Hüquqi şəxslərin dövlət reyestrinin aparılması qaydalarında dəyişiklik edilib.


“ Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları ”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

“ Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında ” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1303-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 dekabr tarixli 768 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında”  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 384, № 9, maddə 868, № 12, maddə 1228; 2006, № 10, maddə 902; 2008, № 9, maddə 853, № 12, maddə 1104; 2010, № 6, maddə 548, № 7, maddə 705; 2011, № 5, maddə 445, № 12, maddə 1248; 2012, № 4, maddə 391, № 5, maddə 491, № 11, maddə 1200; 2014, № 5, maddə 548, № 6, maddə  748, №  9,  maddələr  1121,  1122;  2015, №  2, maddə 212; 2016, № 9, maddə 1581; 2017, № 6, maddə 1230, № 10, maddə 1879; 2018, № 7 (II kitab), maddə 1663) əlavə – “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatına alınması barədə ərizənin forması”nda aşağıdakı dəyişikliklər edilsin:

  1. “təsisçi və” sözləri “təsisçi, qanuni təmsilçi seçilmiş şəxs və ya” sözləri ilə əvəz
  2. “Təsisçi (təsisçilər)” sözlərindən sonra “, qanuni təmsilçi (qanuni təmsilçilər) seçilmiş şəxs” sözləri əlavə
  3. “Qeyd” hissəsinin birinci abzasına “Təsisçi” sözündən sonra “, qanuni təmsilçi” sözləri, “(təsisçilərinin)” sözündən sonra “, qanuni təmsilçinin (qanuni təmsilçilərin)” sözləri əlavə edilsin.

Azərbaycan Respublikasının

Baş naziri                              Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Avtobusla sərnişindaşıma xidməti göstərənlərin vergi və sosial sığorta öhdəlikləri

posted in: Xəbər | 0

Avtobusla sərnişindaşıma xidməti göstərənlərin sosial sığorta və vergi öhdəlikləri.


Vergi Məcəlləsində edilmiş mühüm dəyişiklərdən biri də avtomobillərlə sərnişindaşıma sahəsində sahibkarlıq fəaliyyəti göstərən şəxslərin vergi ödənişləri ilə bağlıdır. Bəs VÖEN əsasında müntəzəm qaydada avtobuslarla sərnişindaşıma xidməti göstərən sahibkarların hansı sosial sığorta və vergi ödəlikləri var?

Mövzunu şərh edən iqtisadçı ekspert Rövşən Ağayev bildirib ki, VÖEN əsasında çalışan şəxslər üçün sosial sığorta ödənişləri minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə isə 20 faizi miqdarında müəyyənləşib. 2019-cu il martın 1-dən minimum əməkhaqqının 130 manatdan 180 manata qaldırıldığını nəzərə alsaq, həmin tarixdən sosial sığorta ödənişlərinin məbləği VÖEN əsasında tikinti və ticarət sektorunda fəaliyyət göstərənlər üçün 90 manat, digər sahələrdə çalışanlar, o cümlədən avtobusla sərnişindaşıma xidməti göstərənlərdə isə 36 manat olacaq: 130*20 faiz = 26 manat.

“Sosial sığorta haqqında” Qanunun keçid müddəalarına əsasən, qeyd olunan şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqqı 2020-ci il yanvarın 1-dən minimum aylıq əməkhaqqının 25 faizi miqdarında olacaq. Bu isə o deməkdir ki, minimum aylıq əməkhaqqının məbləği 180 manat səviyyəsində qalacağı təqdirdə, avtobusla sərnişindaşıma xidməti göstərən fiziki şəxslər gələn il yanvarın 1-dən 45 manat sosial sığorta haqqı ödəyəcək: 180*25 faiz = 45 manat.


Fəaliyyətlərini qanuniləşdirdikdən sonra VÖEN əsasında avtobuslarla sərnişindaşıma
xidməti göstərən fiziki şəxslərin vergi öhdəlikləri və ödəyəcəkləri verginin məbləği
nəqliyyat vasitəsindəki oturacaqların sayına uyğun qaydada hesablanır


Qeyd olunub ki, avtobuslarla sərnişindaşıma xidməti göstərən fiziki şəxslər bu fəaliyyətlərini qanuniləşdirmək üçün, ilk növbədə, vergi ödəyicisi kimi qeydiyyatdan keçməklə VÖEN almalıdır.

Bundan sonra həmin şəxslər Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydalarına əsasən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün “Fərqlənmə nişanı” əldə etməlidirlər.

Fəaliyyətlərini qanuniləşdirdikdən sonra VÖEN əsasında avtobuslarla sərnişindaşıma xidməti göstərən fiziki şəxslərin vergi öhdəlikləri və ödəyəcəkləri verginin məbləği nəqliyyat vasitəsindəki oturacaqların sayına uyğun qaydada hesablanır. Məsələn, VÖEN əsasında Bərdə rayonunda 13 yerlik mikroavtobusla sərnişindaşıma xidməti göstərən fiziki şəxs hər oturacaq üçün 1 manat 80 qəpik vergi ödəməlidir”.

Sərnişindaşıma xidməti göstərən fiziki şəxslərin ödəməli olduğu verginin məbləği hesablanarkən bu fəaliyyətin həyata keçirildiyi ərazidən asılı olaraq, sadələşdirilmiş verginin məbləğinə aşağıdakı əmsallar tətbiq edilir:

  • Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında – 2,0;
  • Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı şəhərində istisna olmaqla) – 1,5;
  • Digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında (Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu istisna olmaqla) -1,0.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Veysəloğlu Şirkətlər Qrupu Aparıcı Mühasib axtarır

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

Aparıcı Mühasib vakansiyaVakansiya: Aparıcı Mühasib / İşəgötürən: Veysəloğlu Şirkətlər Qrupu

Əmək Haqqı: Razılaşma ilə

Ümumi məlumat

  • Şəhər: Bakı
  • Yaş: 25 – 40 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: HR Department
  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Elanın bitmə tarixi: 17.05.2019
Vakansiya barədə məlumat

– Bank ödənişlərinin sistemə işlənilməsi və icra edilməsi, ƏDV, Statistik və DSMF hesabatlarının verilməsi, üzləşmə prosedurunun təmin edilməsini həyata keçirmək
– Mühasibat uçotu,Vergi, DSMF və Statistika ilə bağlı əməliyyatları icra etmək;
– Vergi orqanları tərəfindən göndərilən sorğuların izlənilməsi və cavablandırılması;
– Bütün vergi hesabatlarının göndərilməsi (ƏDV, ÖMV, Mənfəət və s);
– E-qaimə fakturalarının və VHF nın yazılması;
– Statistika hesabatlarının hazırlanması və göndərilməsi;

– DSMF ilə bağlı hesabatların hazırlanması və təqdim edilməsi;
– Məşğulluqla bağlı hesabatların hazırlanması və təqdim edilməsi;
– Müqavilələrdə ödəniş şərtlərinin yoxlanılması, bank ödənişlərinin həyata keçirilməsi;
– Gündəlik bank ödənişlərinin sistemə işlənilməsi;
– Debitor və kreditorlarla qarşılıqlı üzləşmələrin aparılması.

Aparıcı Mühasib üçün  tələblər

– Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS) biliyi;
– Vergi uçotu sahəsində biliklər;
– MS Office proqramları biliyi;
– Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti.

Əlavə məlumat

– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: cv@veyseloglu.azinfo@finstaff.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Aparıcı mühasib – Logistika” yazıb CV göndərməklə müraciət edilir.

Mənbə: kadr.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib

posted in: Xəbər | 0

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib.


Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1382-VQD, 1384-VQD nömrəli, 18 dekabr tarixli 1395-VQD, 1398-VQD nömrəli, 28 dekabr tarixli 1406-VQD, 1427-VQD, 1432-VQD nömrəli, 2019-cu il 1 fevral tarixli 1476-VQD nömrəli, 19 fevral tarixli 1516-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 43.1-ci maddəyə “363,” rəqəmlərindən sonra “363-1, 363-2,” rəqəmləri əlavə edilsin.

2. 360-cı maddənin dispozisiyasında “Abonentə” sözü “Abunəçiyə” sözü ilə əvəz edilsin.

3. Aşağıdakı məzmunda 363-1-ci və 363-2-ci maddələr əlavə edilsin:

“Maddə 363-1. Telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili

363-1.1. Telekommunikasiya operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil edilməsinə görə –

inzibati xətanın törədilməsində istifadə olunan avadanlıqlar və vasitələr müsadirə edilməklə fiziki şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

363-1.2. Bu Məcəllənin 363-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –

inzibati xətanın törədilməsində istifadə olunan avadanlıqlar və vasitələr müsadirə edilməklə fiziki şəxslər üç min beş yüz manatdan dörd min manatadək məbləğdə, vəzifəli şəxslər altı min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir.

Qeyd:

1. Bu Məcəllənin 363-1-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

2. Bu Məcəllənin 363-1 və 363-2-ci maddələrində “müvafiq qurğu” dedikdə, mobil nömrə sim-kartları quraşdırılan və internet vasitəsilə qəbul edilən beynəlxalq telefon trafikinin ümumistifadəli telekommunikasiya şəbəkəsinə dolayı yolla istiqamətləndirilməsini təmin edən qurğu başa düşülür.

Maddə 363-2. Qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin qarşısının alınması üçün tədbirlərin görülməməsi

Telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qoşulmaqla təşkil edilən qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin texniki vasitələrdən, avadanlıqlardan və ya proqram təminatından istifadə etməklə qarşısının alınması üçün telekommunikasiya operatoru və ya provayderi tərəfindən tədbirlərin görülməməsinə görə –

vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir.”.

4. 368-ci maddə üzrə:

4.1. adında “Abonentin” sözü “Abunəçinin” sözü ilə əvəz edilsin;

4.2. dispozisiyasında “abonentin” sözü “abunəçinin” sözü ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 mart 2019-cu il.

Mənbə: president.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.