Dövlət Gömrük Komitəsi açıqlama yayıb

posted in: Xəbər | 0

Dövlət Gömrük Komitəsi açıqlama yayıb.


Azərbaycanda “Yaşıl dəhliz” buraxılış sisteminin istifadəyə verildiyi 2 ay yarım ərzində sistemdən istifadə etmək üçün Dövlət Gömrük Komitəsi – nə (DGK) 500-dən çox müraciət daxil olub və bunlardan 300-ü müsbət cavablandırılıb.

Bu barədə DGK-nın açıqlamasında bildirilir.

“Regionda və MDB məkanında analoqu olmayan bu layihə yalnız dünyanın inkişaf etmiş ölkələrində tətbiq edilir.  Azərbaycan gömrüyünün bu sahədəki fəaliyyəti və təcrübəsi beynəlxalq aləmin mötəbər qurumları və ekspertləri tərəfindən yüksək qiymətləndirilir.

Lakin ölkəmizin əldə etdiyi bu nailiyyətlər bəzi dairələr və onların mediadakı nümayəndələri tərəfindən qaralanmağa çalışılır, “Yaşıl dəhliz” sisteminin tətbiqi ilə bağlı gömrük orqanlarına qarşı əsassız ittihamlar irəli sürülür.

Bəzi internet xəbər portalları “sahibkarlardan daxil olan müraciətlər”ə əsaslanaraq “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququnun əldə edilməsi ilə bağlı müraciətlərə guya DGK-nın subyektiv yanaşdığını iddia edirlər. Bundan başqa, yazıda indiyə qədər 53 müraciətin müsbət cavablandırıldığı, müraciətlərə baxılarkən “ayrı-seçkiliyə” yol verdiyi irəli sürülür.

Müraciətlərə baxılarkən ayrı-seçkiliyə yol verilməsi ilə bağlı DGK bildirir ki, gömrük işinin təşkilinin bütün sahələrində olduğu kimi “Yaşıl dəhliz” buraxılış sistemindən istifadəyə dair bütün müraciətlər tam şəffaf və obyektiv şəkildə araşdırılır. Bununla bağlı Komitənin rəsmi internet səhifəsində xüsusi bölmə yaradılıb və 24 saat fəaliyyət göstərən dəstək qrupu fəaliyyət göstərir. Aşağıdakı linkdən də bu barədə ətraflı məlumat almaq olar.

Sistemdən istifadə edənlərin sayına gəlincə isə bu rəqəm 53 deyil. İndiyə qədər sistemdən istifadəyə dair 500-dən çox müraciət daxil olub və onlardan 300-ə qədəri müsbət cavablandırılıb. Üstəlik, bu barədə dəfələrlə nəinki Komitənin rəsmi açıqlamalarında, hətta kütləvi informasiya vasitələrində minlərlə açıqlamalar yayımlanıb.

O da iddia edilir ki, sistemdən istifadə etmək istəyənlər informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində yüksək biliyə, bacarıqlara malik olmalı və yaxud bu sahədə ixtisaslaşmış mütəxəssisi işə götürməlidirlər ki, bu da sahibkarlar üçün əlavə xərc deməkdir.

21-ci əsrdə xarici ticarətlə məşğul olan şəxsin və ya şirkətin İKT biliklərinə və yaxud bu sahədə ixtisaslaşmış kadrlara malik olmaması absurddur. Üstəlik, “Yaşıl dəhliz” buraxılış sistemi tamamilə informasiya texnologiyaları sahəsindəki ən son yeniliklər təbiq olunmaqla həyata keçirilir. Bunun üçün tələb olunan vəsait xarici ticarətlə məşğul olanlar üçün cüzi sayılacaq qədər azdır.

Yazıda “Belə ki, “Yaşıl dəhliz”dən istifadə etməyənlər növbə gözlədiyi halda, gömrük keçidindən “Yaşıl Dəhliz” istifadəçiləri növbədən kənar keçməsi ilə, uzun vaxt ərzində növbədə gözləyənlərə pis təsir bağışlayırlar. Bu isə sahibkarlar arasında da çaşqınlıq yaradır.” cümlələri isə gülünc və xüsusilə diqqətçəkicidir.

Bu cümlələri yazan “sahibkar” və onu dərc edən media orqanı düşünür ki, “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edənlərə məxsus mal və nəqliyyat vasitələrinin gömrük-keçid məntəqəsindən gözləmədən, gömrük nəzarətinə məruz qalmadan keçməsi digər sahibkarlarda ruh düşkünlüyü yaradır. Və bu da ölkənin ixrac potensialını aşağı salır. Belə təfəkkür sahiblərinin ölkənin strateji qurumlarından birinin həyata keçirdiyi mütərəqqi ideyalara söykənən layihəyə necə qiymət verəcəyi, hansı meyarlarla dəyərləndirəcəyi isə onların düşüncə tərzindən məlum olur.

Tarix göstərir ki, mütərəqqi ideyalar, qabaqcıl texnologiyalar hər zaman cəmiyyəti irəli aparıb. Ruh düşkünlüyü yaşayanlar isə hər zaman müasir düşüncə tərzinə, yeniliklərə ayaq uydura bilməyənlərdir.

Onu da xatırladaq ki, məqalənin sonunda adları qeyd olunan şəxslərdən isə nəinki “Yaşıl dəhliz” buraxılış sistemindən istifadəyə dair, ümumiyyətlə Dövlət Gömrük Komitəsi- nə hər hansı müraciət daxil olmayıb”, – deyə açıqlamada qeyd olunub.
Mənbə: report.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi Məcəlləsinin 164-cü maddəsində dəyişiklik edildi

posted in: Qanun, Vergi, Xəbər | 0

Vergi Məcəlləsinin 164-cü maddəsində dəyişiklik edildi.


Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12, I kitab, maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2, I kitab, maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509, № 12, I kitab, maddələr 2219, 2251, 2270; 2018, № 2, maddə 149, № 5, maddə 863, № 6, maddə 1193, № 7, I kitab, maddələr 1414, 1427, № 10, maddə 1962, № 11, maddələr 2186, 2210, № 12, I kitab, maddələr 2498, 2509; Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1413-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 164.1.27-ci maddədə “3” rəqəmi “4” rəqəmi ilə əvəz edilsin;

2. 164.1.42-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 164.1.43-cü maddə əlavə edilsin:

“164.1.43. kəpəyin istehsalı və satışı – 2019-cu il martın 1-dən 2 il müddətinə.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 mart 2019-cu il.

Mənbə: president.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Dövlət Gömrük Komitəsi üç ayda büdcəyə ödənişlərini 40% artırıb

posted in: Xəbər | 0

Dövlət Gömrük Komitəsi üç ayda büdcəyə ödənişlərini 40% artırıb.


Bu ilin yanvar-mart aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 014,070 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 287,080 min manat və ya 39,5% çoxdur.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 34 437,3 min manat və ya 17,85% artaraq 227 314,6 min manat olub.

Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 201,391 min manat və ya 40,4% artaraq 699 856,7 min manat, aksizlər 49 662,9 min manat və ya 2,8 dəfə artaraq 77 073,1 min manat, yol vergisi üzrə daxilolmalar isə 1 588,min manat və ya 19,3% artaraq 825,min manat təşkil edib.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Asan İmza istifadəçiləri üçün yenilik

posted in: Xəbər | 0

Vergi ödəyiciləri xidmət mərkəzlərinə müraciət edərək “ Asan İmza ”nı bir mobil nömrədən digərinə keçirə bilərlər.


Bunu Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov hüquqi şəxslərin dövlət qeydiyyatı prosedurunun mahiyyəti və üstünlüklərinə həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, texniki olaraq bu məsələ artıq həllini tapıb.

“Digər bir məsələ hüquqi şəxsin işçiləri ilə bağlıdır ki, bu da çox önəmli bir məsələdir. Çünki əvvəlki hallarda belə idi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemi “ Asan İmza ” ilə təsdiq etdikdən sonra bu məlumatları qəbul edirdi. İndi isə buna ehtiyac yoxdur. Belə ki, elektron ərizədə işçi ilə bağlı bütün məlumatlar doldurularkən birbaşa nazirliyin sisteminə ötürülür və həmin işçi artıq qeydiyyata alınmış hesab olunur”, – deyə Ə. Məmmədov qeyd edib.

Mənbə: fed.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.