Mükafatın bu növü gəlirdən çıxıla bilər?

posted in: sual-cavab, Xəbər | 0

Sual:

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə uyğun olaraq müəssisədə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini və istehsalat göstəricilərinin yüksək olduğunu nəzərə alaraq, əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədilə işçilərin kollektiv şəkildə mükafatlandırılması zamanı ödənilmiş mükafat məbləğinin gəlirlərdən çıxılan xərclərə aid edilib-edilməməsi barədə məlumat verilməsini xahiş edirik.

Cavab:

Bildiririk ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir – əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.

Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlirlər Vergi Məcəlləsinin 101-ci maddəsində nəzərdə tutulmuş dərəcələrlə gəlir vergisinə cəlb olunur.

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən Vergi Məcəlləsinin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Bunlarla yanaşı Əmək Məcəlləsinin 157-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma. Həmçinin il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər.

Həmin maddənin 3-cü hissəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Eyni zamanda əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənişlərə aid edilmişdir.

Birdəfəlik xarakteri daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclər (mükafatlar da daxil olmaqla) isə məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmayan ödənişlərə aid edilmişdir.

Göründüyü kimi əməyin ödənilməsi sistemləri ilə nəzərdə tutulmuş qaydada və formada verilən mükafatlar əmək haqqının tərkibi olmaqla tam məbləğdə gəlirdən çıxılan xərclərə aid edilir. Əlamətdar hadisələr və dövlət bayramları ilə bağlı işçiyə verilən mükafatlar isə işəgötürən tərəfindən kommersiya məqsədləri üçün qarşıya qoyulmuş işlərin yerinə yetirilməsi ilə bağlı edilən ödəniş olmadığından və işəgötürənin sərbəst mənfəəti hesabına maliyyələşdirildiyindən həmin xərclər gəlirdən çıxılan xərclərə aid edilmir.

Əsas:

Vergi Məcəlləsinin 98-ci, 101-ci, 108-ci, Əmək Məcəlləsinin 157-ci maddələri və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli 137 nömrəli Qərarı.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

May ayında neçə gün iş olmayacaq?

posted in: Xəbər | 0

Gələn ay bayramlarla əlaqədar iki qeyri-iş günü olacaq.


May ayında Qələbə günü və Respublika günü ilə əlaqədar iki qeyri-iş günü olacaq.

Mayın 9-da (həftənin cümə axşamı günü) Qələbə günü, 28-də (həftənin çərşənbə axşamı günü) isə Respublika günü qeyd olunur.

Həmin günlər iş olmayacaq.

Mənbə: report.az

 

 


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Accounting.Az MMC Mühasib köməkçisi üzrə təcrübə proqramına start verir

Accounting.Az MMC mühasib köməkçisi üzrə təcrübə proqramı elan edir.

Məqsədimiz təcrübəsiz, lakin savadlı kadrları işlə təmin etməkdir.

Ümumilikdə 4-6 nəfərin işə qəbul edilməsi planlaşdırılır. İmtahandan uğurla keçənlərin bəzisi Accounting.Az şirkətinə, bəziləri isə böyük holdinglərdən birinin mühasibat şöbəsinə yönləndiriləcək. Təcrübə və eyni zamanda sınaq müddəti 3 aydır. Ödənişlidir.

Əvvəlcədən qeyd edək ki, proqram əsasən təcrübəsi olmayanlara və ya az olanlara aiddir.

Tələblər və digər məlumatlar:

– Mühasib köməkçisi ilk 3 ay ərzində təcrübə keçəcək. Təcrübə müddətində minimal əmək haqqı ilə, aylıq 180 manatdan az olmamaqla sınaq müddətinə qəbul ediləcək. Uğurlu olarsa sınaq müddəti azaldıla bilər. Sınaq müddətindən sonra işləmə qabiliyyətinə uyğun olaraq əmək haqqısı artırılacaq.

Mühasib köməkçisi üçün tələblər:
  • Tənbəl olmasın-Təqvimə baxanda gözləri həftəsonunu deyil, yalnız vergi hesabatlarının son gününü axtarsın;
  • Excel bilikləri – bir işi 3-4 dəfə görəcəksə “bunu exceldə necə avtomatlaşdıra bilərəm?” fikirləşsin;
  • Vergi bilikləri-Vergi qanunvericiliyindən məlumatı adi vətəndaşın bilik səviyyəsindən iki-üç pillə yuxarı olsun;
  • Nəzəri biliklər – tərəfimizdən yoxlanılacaq, odur ki, nəzəri bilikləri “Aktivlər=Öhdəliklər+Kapital”-ı çoxdan ötüb keçmiş olsun;
  • Öyrənib işdən çıxım fikri ilə işləməsin, komandada uzun müddət qalmağı düşünsün;
  • Təcrübə-vacib deyil;
  • Mühasibat üzrə ali təhsil tələb olunur, amma əla bəyənilən namizəd olarsa tələbə göz yuma bilər;
Qazanacaqları:
  • Komandanın bir hissəsi olmaq, öyrənmək həvəsi varsa mühasibatın incəliklərini belə öyrədəcəyik.
  • Şəhərin mərkəzində rahat iş şəraiti;
  • Şirkətimizin təşkil etdiyi mühasibat təlimlərində davamlı iştirak;
  • Konsaltinq şirkətində çalışmaqla bütün sahələr üzrə mühasibatı tam detalları ilə öyrənmək imkanı.

Gələn CV-lərə baxılacaq, seçilən namizədlər imtahana dəvət olunacaq, imtahandan yüksək bal yığanlarla 2-ci mərhələdə görüş keçiriləcək, seçilən namizədlər işə qəbul ediləcək. Odur ki, CV-nizin normal və detallı olmasına xüsusi fikir verin.

Maraqlı olanlar CV-ni info@accounting.az e-mailinə təcrübə proqramı başlığı ilə göndərə bilərlər.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Çörəyə tətbiq olunan vergi güzəştinin müddəti uzadılıb

posted in: Vergi, Xəbər | 0

Çörəyə tətbiq olunan vergi güzəştinin müddəti uzadılıb.


Azərbaycan Prezidenti İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Bu, çörəyə tətbiq olunan vergi güzəştinin müddətinin uzadılması ilə bağlıdır.

Dəyişikliyə əsasən, Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 1 il vergidən azad olunacaq. Yəni vergidən azadetmə 2020-ci ili də əhatə edəcək. Bu güzəşt 2017-ci ildən tətbiq edilir.

Güzəştlər kəpəyin istehsalı və satışına da aiddir. Belə ki, Məcəllənin 164-cü (Vergi ödəməkdən azad edilmə) maddəsinə də “kəpəyin istehsalı və satışı – 2019-cu il martın 1-dən 2 il müddətinə” sözləri əlavə olunub.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.