Xidməti müqavilələr üzrə vergi və sığorta haqları

posted in: Müqavilələr, Vergi, Xəbər | 0

 

Xidməti müqavilələr üzrə vergi və sığorta haqları.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mülki Məcəllənin müddəalarına uyğun olaraq, mülki-hüquqi xidmət müqavilələri vergi orqanlarında uçotda olan və olmayan fiziki şəxslər üzrə bağlanılır. 
Vergi orqanında uçotda olmayan fiziki şəxslərlə bağlanılan xidmət müqaviləsinin vergi öhdəlikləri.

Vergi ödəyicisi olan işəgötürən tərəfindən vergi orqanında uçotu olmayan fiziki şəxslə Mülki Məcəllənin müddəalarına uyğun olaraq mülki-hüquqi müqavilə bağlanılarkən həmin xidmətlərə görə aparılan ödənişlərin Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində qeyd olunmuş güzəşt (2019-cu il üzrə 200 manat) nəzərə alınmadan ödəmə mənbəyində Məcəllənin 101.1-ci maddəsinə əsasən vergi dərəcələrinə uyğun gəlir vergisi hesablanır. Və “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” ilə hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına bəyan edilməli və həmin müddətədək büdcəyə ödənilməlidir.

Xidməti müqavilələr vergi ödəyicisi tərəfindən vergi orqanlarında uçotda olan fiziki şəxslə bağlanarsa…

Vergi ödəyicisi tərəfindən vergi orqanlarında uçotda olan fiziki şəxslə Mülki Məcəllənin müddəalarına uyğun olaraq mülki-hüquqi müqavilə bağlanılarkən həmin xidmətlərə görə ona edilən ödənişlər ödəmə mənbəyində vergiyə cəlb olunmur. Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin məlumatında bildirilir ki, xidməti müqavilə əmək müqaviləsinə çevriləndə – qeyri-neft sektorunun özəl bölməsidirsə 200 manatadək 3 faiz işçi tərəfindən, 22 faiz işəgötürən tərəfindən, 200 manatdan yuxarı olduqda isə işçi tərəfindən 10 faiz, işəgötürən tərəfindən isə 15 faiz sosial sığorta haqqı ödəniləcək.

Bu halda 8.000 manata qədər gəlir vergisinin dərəcəsi 0 faizdir. İşsizlikdən sığorta hər bir halda əməkhaqqının məbləğindən asılı olmayaraq həm işçi, həm də işəgötürən üzrə 0, 5 faizlə müəyyən edilib. VÖEN-i olan və xidmət müqaviləsi ilə hüquqi şəxsə xidmət göstərən şəxsin 2019-cu ilin yanvarın 1-dən belə xidməti müqavilələrdə sadələşdirilmiş verginin ödəyiciləri kimi xidmət göstərmək hüququ yoxdur.

Xidməti müqavilə ilə işləyənlərin sosial sığorta haqlarının ödənilməsi

“Sosial sığorta haqqında” Qanunun 14.5-ci maddəsində muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:

  • sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında (2020-ci il yanvarın 1-dən qüvvəyə minir);
  • mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə ödəmə mənbəyindən tutulmaqla – gəlirlərinin 25 faizi miqdarında;
  • xüsusi notariuslar üzrə – minimum aylıq əməkhaqqının on mislinin 25 faizi miqdarında;
  • müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla – hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında;
  • Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər – gəlirlərinin 20 faizi miqdarında;
  • mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi miqdarında.
Xidməti müqavilələrlə bağlı ciddi yeniliklər gözlənilir

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, özəl sektorda çalışanların əksəriyyəti gəlir vergisi və sosial sığorta ödənişlərindən yayınmaq üçün xidməti və ya mülki-hüquqi müqavilədən istifadə edirdilər:

“Biz xidməti müqavilələrin fəaliyyət dairəsini azaltmalıyıq ki, onlar əmək müqavilələri əsasında işləməkdə maraqlı olsunlar. Təklif edirik ki, xidməti müqavilə ilə işləyənlər də vergi və sosial ödənişləri əmək müqaviləsində olduğu kimi ödəsinlər”.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda 19 yerli, 1 xarici şirkət ləğv edildi

posted in: Xəbər | 0

şirkətAzərbaycanda 19 yerli, 1 xarici şirkət ləğv edildi.


“CHİRAG ENGİNEERİNG” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1403758201

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1111, Bakı  şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə 4 mkr., ev 4, mənzil 42 ünvanına bildirə bilərlər.


“NORTHEAST INVESTMENTS HOLDING AG” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI NÜMAYƏNDƏLİYİ

VÖEN: 1701406541

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1065, Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov, ev  6, Bridge Plaza, 6-cı mərtəbə ünvanına bildirə bilərlər.


“ETNA 999” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1504323711

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 120, mənzil 1 ünvanına bildirə bilələr.


“A.H.G” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1100770431

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Baki şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ev 1, mənzil 40 ünvanına bildirə bilərlər.


“OPEN TRAVEL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1504038881

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Baki şəhəri, Koroğlu Rəhimov 22 ünvanına bildirə bilərlər.


“TRANS LOGİSTİCS İNVESTMENTS L.P.” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1701977801

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Sabail rayonu, Badamdar ŞTQ, Badamdar şossesi,ev 5,mənzil 30 ünvanına bildirə bilərlər.


“HV KONSALTİNQ” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1503931461

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov, ev 6, mənzil 3 ünvanına bildirə bilələr.


“AZERKLİK” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1502964971

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, A.Salamzadə küçəsi, ev 28D ünvanına bildirə bilələr.


“EUREST SUPPORT SERVİCES” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1302177211

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 37, Demirchi Tower 16-cı mərtəbə ünvanına və Vusala.Gasimova@bakertilly.az poçt ünvanına bildirə bilərlər.


“RESUME” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 7702060271

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini  AZ2700, Xaçmaz rayonu, Xaçmaz şəhəri, A.Zeynallı, ev.24 ünvana bildirə bilərlər.


“QADIN DÜNYASI” QƏZETİ REDAKSİYASI

VÖEN: 1300628631

Ləğv olunduğunu elan edir. Kreditorlar iki aya ərzində tələbini Bakı şəhəri, Xətai rayonu, Sadıqcan 4a, mənzil 85 ünvanına bildirə bilərlər.


“AVANTAJ PRİNT” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 2003279291

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələbini Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 156 ünvanına bildirə bilərlər.


“QRİNTRANS LTD” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1000119721

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələbini Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, ev 4 ünvanına bildirə bilərlər.


“ŞÜKRAN” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1301198641

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 528, ev E, mənzil 49 ünvanına bilərlər.


“ŞÜKRAN-S” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1302213961

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, küçəsi, məhəllə 528, ev E, mənzil 49 ünvanına bilərlər.


SƏBA YARADICI İSTEHSAL MÜƏSSİSƏSİ

VÖEN: 1400432441

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 87, mənzil 57 ünvanına bildirə bilərlər.


“DƏVƏÇİ-SƏRNİŞİN” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

VÖEN: 5000036871

Hüquqi varisliyinin digər şəxsə keçmədən ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Şabran şəhər, N.Məstanov küçəsi, ev 14 ünvanına bildirə bilərlər.


“AZMED TOUR TRAVEL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1702371881

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Buxta döngəsi 5, ev 9 ünvanına bilərlər.


“MURAD-MK” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1402547181

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov, ev 4,mənzil 21 ünvanına bilərlər.


“FİRUZƏ-AF” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1401705651

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov, ev 30 ünvana bildirə bilərlər.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Sabit vergi ödəyicisi NKA-dan mütləq istifadə etməlidir?

posted in: sual-cavab, Xəbər | 0

Sabit vergi ödəyicisi NKA – dan mütləq istifadə etməlidir?

Sual:

Bərbər fəaliyyəti ilə məşğul olan şəxslər niyə nəzarət kassa aparatı almalıdır? Axı onlar sabit vergi ödəyir. Məntiqi cavabı var bunun?

Cavab:

Bildiririk ki, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək. Və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin edilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan (qadın və ya kişi bərbərləri olmasına fərq qoyulmadan) şəxslər aylıq 15 manat məbləğə Bakı şəhəri üçün 2 əmsalı tətbiq etməklə 30 manat sadələşdirilmiş vergi ödəyir.

Qeyd olunan şəxslərin vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” əldə etməklə sadələşdirilmiş qaydada yerinə yetirməsi həmin şəxsləri nağd pul hesablaşmaları zamanı alıcıya Vergi Məcəlləsinin 16.1.9-cu maddəsində nəzərdə tutulmuş müvafiq qəbz və digər ciddi hesabat blanklarını təqdim etmək öhdəliyindən azad etmir.

Müvafiq olaraq sorğunuzda qeyd edilən fəaliyyət növləri ilə məşğul olan şəxslər nağd hesablaşmalarını NKA vasitəsilə deyil, ciddi hesabat blankları ilə rəsmiləşdirməlidirlər.

Əsas: Vergi Məcəlləsinin 16.1.9-cu, 220.10-cu maddələri.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda 300-ə yaxın sahibkar bu sistemdən istifadə edir

posted in: Xəbər | 0

Azərbaycanda 300-ə yaxın sahibkar “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edir.


Azərbaycanda bu il fevralın 1-dən tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə etmək üçün Dövlət Gömrük Komitəsinə daxil olmuş 500-dən çox müraciətdən 282-si müsbət cavablandırılıb.

Bunu Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Doing Business” hesabatının “Sərhəddə Ticarət” adlı göstəricisi üzrə gömrük sistemində görülən işlər, həyata keçirilən yeniliklərlə bağlı mətbuat konfransında bildirib.

“Artıq ixrac üzrə 123, idxal üzrə isə 159 şəxs sistemdən istifadə edir. Bu sistem istifadəçilərə gömrük-buraxılış məntəqəsindən hər hansı gömrük nəzarəti tətbiq edilmədən mal və nəqliyyat vasitələrini birbaşa öz anbarlarına aparmağa, ixrac zamanı isə gömrük əməkdaşının iştirakı olmadan mallarını yükləyərək nəqliyyat vasitəsinə müvafiq gömrük təminatını vuraraq ölkədən çıxarmağa imkan verir”, – deyə o qeyd edib.

Bundan başqa, İ.Babayevin sözlərinə görə, son illər beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi, şəffaflığın təmin olunması, vaxt və vəsaitə qənaət edilməsi məqsədilə gömrük sistemində aparılan islahatlar nəticəsində nəqliyyat vasitələrinin sərhədkeçmə vaxtı minimuma endirilib: “Eyni zamanda xarici ticarət əməliyyatları zamanı tələb olunan sənədlərin sayı azalıb. Bu rəqəm idxalda 3-ə, ixracda 2-yə endirilib”.

Komitə rəsmisi onu da deyib ki, gömrük sistemində həyata keçirilməsi planlaşdırılan ikinci islahat paketi çərçivəsində məmur-vətəndaş ünsiyyəti tamamilə ləğv ediləcək.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.