» » » Sabit vergi ödəyicisi NKA-dan mütləq istifadə etməlidir?

Sabit vergi ödəyicisi NKA-dan mütləq istifadə etməlidir?

posted in: sual-cavab, Xəbər | 0

Sabit vergi ödəyicisi NKA – dan mütləq istifadə etməlidir?

Sual:

Bərbər fəaliyyəti ilə məşğul olan şəxslər niyə nəzarət kassa aparatı almalıdır? Axı onlar sabit vergi ödəyir. Məntiqi cavabı var bunun?

Cavab:

Bildiririk ki, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək. Və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin edilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Biznes hesabi

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan (qadın və ya kişi bərbərləri olmasına fərq qoyulmadan) şəxslər aylıq 15 manat məbləğə Bakı şəhəri üçün 2 əmsalı tətbiq etməklə 30 manat sadələşdirilmiş vergi ödəyir.

Qeyd olunan şəxslərin vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” əldə etməklə sadələşdirilmiş qaydada yerinə yetirməsi həmin şəxsləri nağd pul hesablaşmaları zamanı alıcıya Vergi Məcəlləsinin 16.1.9-cu maddəsində nəzərdə tutulmuş müvafiq qəbz və digər ciddi hesabat blanklarını təqdim etmək öhdəliyindən azad etmir.

Müvafiq olaraq sorğunuzda qeyd edilən fəaliyyət növləri ilə məşğul olan şəxslər nağd hesablaşmalarını NKA vasitəsilə deyil, ciddi hesabat blankları ilə rəsmiləşdirməlidirlər.

Əsas: Vergi Məcəlləsinin 16.1.9-cu, 220.10-cu maddələri.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.