Bölgəyə 550 manat məvaciblə Mühasib – Təcrübəçi tələb olunur

vakansiya Mühasib-TəcrübəçiVakansiya: Mühasib – Təcrübəçi / İşəgötürən: Qazax Sement Zavodu MMC / İş yeri: Qazax rayonu, Daş Salahlı kəndi 

Əmək Haqqı: 450 – 550 AZN

Ümumi məlumat

  • Şəhər: Bakı
  • Yaş: 21 – 30 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən aşağı
  • Əlaqədar şəxs: HR Department
  • E-mail: Hamza.Xocayev@akkord.az / info@finstaff.az
  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Elanın bitmə tarixi: 19.05.2019
Vakansiya barədə məlumat
  • Ali təhsil (mühasibat, maliyyə, iqtisadiyyat)
  • İş təcrübəsi və ya praktikanın olması üstünlükdür lakin vacib deyil
  • Yaş həddi 21-30
  • MS Office – Word və Excel proqramı bilikləri
  • Rus və İngilis dilləri bilikləri üstünlükdür
  • Beynəlxalq mühasibat uçotu standartları bilikləri üstünlükdür
  • Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmaq
  • Analitik düşünmə, düzgünlük və təşkilatçılıq qabiliyyəti olmalıdır.
Mühasib – Təcrübəçi üçün tələblər

Aşağıdakı proseslərin öyrənilməsi və sonra bu proseslərdə iştirak:

• Kassa, bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
• Debitor və kreditor hesablaşmaların aparılması;
• Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
• Mal-materialların uçotunun aparılması;
• Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
• Təhtəl hesab, şəxslərlə iş və müvafiq uçotun aparılmasını təmin edilməsi;
• Müəsisənin debitor və kreditorlar üzrə hesablaşmalarının dəqiqliyini təmin edilməsi;
• Əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu və s. tələbat fonduna və digər ehtiyyat fondlarına ayırmaları tərtib edilməsi;
• Vergi orqanlarına və digər dövlət qurumları tərəfindən tələb olunan bütün növ hesabatların hazırlanmasını və təqdim edilməsi;
• Digər mühasibat işlərinin yerinə yetirilməsi.

CV-ləri Hamza.Xocayev@akkord.az / info@finstaff.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Mövzu hissəsinə “Mühasib – təcrübəçi” qeydi zəruridir.

Mənbə: kadr.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi ödəyicisinin filialının və ya nümayəndəliyinin uçot məlumatlarının dəyişdirilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0

Xidmətin adı: Vergi ödəyicisinin filialının və ya nümayəndəliyinin uçot məlumatlarının dəyişdirilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında” ərizə

– dəyişikliyi təsdiq edən sənəd

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 34-cü maddəsi

– Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

Xidmətin göstərildiyi yer

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin struktur  bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi,ünvanlı xidmət zamanı (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri

İcra müddəti: 2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Vergi ödəyicisininfilialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin uçot məlumatlarının dəyişdirilməsi haqqında bildiriş

(e-qutuya  göndərilir)

– Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında Arayış (e-qutuya göndərilir (uçot məlumatlarının dəyişdirilməsi vergi ödəyicisinin arayışının yenidən verilməsi zərurətini yaratdıqda)

Elektronlaşdırma səviyyəsi

Əlaqə məlumatlarının və fəaliyyət növlərinin dəyişdirilməsi üzrə tam elektronlaşıb (bax 2.2.6-e nömrəli xidmətə)

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Uşaq əməyindən istifadə edənləri gözləyən cərimələr

posted in: Xəbər | 0

Uşaq əməyindən istifadə edənləri gözləyən cərimələr.

Bu gün bir çox sahələrdə uşaqların çalışdığının şahidi oluruq. Xüsusilə ticarət sektorunda onların əməyindən istifadə edilməsi adi hal alıb. Bəs qanunvericilik bunu necə tənzimləyir? Yeniyetmələrə və uşaqlara hansı hallarda işləməyə icazə verilir?

Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunur.

Azərbaycan Respublikası Konstitusiyasının 17.5-ci maddəsinə əsasən, 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Bu məsələ əmək qanunvericiliyində də əksini tapıb.

Məsələyə münasibət bildirən hüquqşünas Səbuhi Axundov bildirib ki, Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Məcəllənin 228-ci maddəsinə əsasən, qadınların, yaşı 18-dən az olan işçilərin, habelə əmək şəraiti zərərli və ağır olan işçilərin əməyinin mühafizəsi sahəsində münasibətlərin xüsusiyyətləri bu Məcəllə və müvafiq normativ hüquqi aktlarla tənzimlənir: “Yaşı 15-dən az olan şəxslərin qanunvericiliklə işə qəbul edilməsinə yol verilmir.


15 yaşına çatmamış şəxsləri işə götürən, onların həyatına, sağlamlığına
və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən,
habelə qanunvericiliyin tələblərinə əməl etməyən işəgötürənlər
müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilirlər


Əmək Məcəlləsinin 250-ci maddəsinə əsasən, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə əxlaqi kamilliyin inkişafına mənfi təsir göstərən məkanlarda – gecə klublarında, barlarında, kazinolarda, o cümlədən spirtli içkilərin və toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır.

İcbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi yaşı 18-dən az olan şəxslərin bu təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə, normadan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi də yolverilməzdir”.

S.Axundov əlavə edib ki, yaşı 18-dən az olan işçilərin gecə işlərinə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunması, habelə ezamiyyətə göndərilməsi qadağandır. Onlar üçün gecə vaxtı axşam saat 20-dən səhər saat 7-dək olan müddət hesab edilir. Yeniyetmə yaşında olan işçilər yalnız tibbi müayinədən keçirildikdən sonra işə qəbul edilə bilərlər və onlar 18 yaşına çatanadək hər il işəgötürənin vəsaiti hesabına hökmən tibbi müayinədən keçirilməlidirlər.

Hüquqşünas qanunvericiliyin bu tələblərinin pozulmasına görə sahibkarların üzərinə düzən məsuliyyətə də toxunub: “Əmək Macəlləsinin 12.2-ci maddəsinə əsasən, 15 yaşına çatmamış şəxsləri işə götürən, onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, habelə qanunvericiliyin tələblərinə əməl etməyən işəgötürənlər müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilirlər.

Məcəllənin 46.4-cü maddəsində isə göstərilir ki, əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən Əmək Məcəlləsinin 312-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir. 15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır”.

Qanunvericiliyin bu tələblərini pozan şəxslərə isə İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun qaydada cərimələrin tətbiqi nəzərdə tutulur. Belə ki, işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər 1.000 manatdan 1.500 manatadək məbləğdə, hüquqi şəxslər isə 3.000 manatdan 5.000 manatadək cərimə edilir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibatlığın şəffaflaşdırılması mühüm əhəmiyyət daşıyır

posted in: iqtisadiyyat, Vergi, Xəbər | 0

Mühasibatlığın şəffaflaşdırılması mühüm əhəmiyyət daşıyır.


“İqtisadiyyat” qəzetinin redaksiyasında “Kölgə iqtisadiyyatı və onunla mübarizə” mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbirdə Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Akif Musayev, Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, Azərbaycan Dövlət İqtisad Universitetinin Elm departamentinin rəbəri, professor Zahid Məmmədov, həmin universitetin kafedra müdiri Məhiş Əhmədov, Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov, vergilər nazirinin müşaviri Xaqani Abdullayev, Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin vergi siyasəti və makroiqtisadi təhlil idarəsinin direktoru Namiq Dərgahov, Bakı Dövlət Universitetinin dosenti Fərhad Qarayev və digər ekspertlər fikirlərini bölüşüblər.


“Kölgə iqtisadiyyatı”nın inkişafına təsir göstərən mühüm məsələlərdən biri də
nağd hesablaşmaların xüsusi çəkisinin kifayət qədər böyük olmasıdır


Son illər Azərbaycanda “kölgə iqtisadiyyatı” ilə mübarizənin çox yüksək səviyyədə aparıldığını deyən Akif Musayev bu istiqamətdə təxminən 22 dövlət sənədinin qəbul olunduğunu bildirib və bunu ölkədə siyasi iradənin göstəricisi kimi qiymətləndirib: “Kölgə iqtisadiyyatı”nın yaranma səbəbləri müxtəlifdir: onlara vergi və sosial yük, vergi mədəniyyəti, bürokratiya, inzibati maneə, korrupsiya, cavabdehlik, şəffaflığa nəzarət, hüquqi və ictimai xidmətin keyfiyyətinin qənaətbəxş olmaması, işsizlik, özünüməşğulluq və s. amillər aid edilir. “Kölgə iqtisadiyyatı”nın inkişafına təsir göstərən mühüm məsələlərdən biri də nağd hesablaşmaların xüsusi çəkisinin kifayət qədər böyük olmasıdır.

Biznes subyektlərinin öz aralarındakı 180 milyard manatlıq ümumi dövriyyəsinin 152 milyard manatı; istehlakçı sferasında isə 52 milyard manatın 46 milyard manatını nağd hesablaşmalar təşkil edir. Sözsüz ki, burada hesablaşmalar banklardan, dövriyyədən kənarda gedir və uçotdan yayınmaqla fəaliyyət göstərir. İstər dövriyyədə olan pul kütləsinin, istərsə də inflyasiyanın və s. kimi problemlərin idarə edilməsi mühüm əhəmiyyət daşıyır”.

A.Musayev “kölgə iqtisadiyyatı”nın mövcudluğunu təkcə vergi ilə əlaqələndirməyin doğru olmadığını vurğulayıb. Onun fikrincə, biznes mühitinin qiymətləndirilməsinin on bir istiqaməti var və bunların yalnız ikisi vergi ilə bağlıdır: “Yəni təkcə vergi ilə bağlı tədbirlərin görülməsi, qanunvericiliyin təkmilləşdirilməsi stimullaşdırılma üçün kifayət deyil.

Ona görə də gərək digər sahələrə də böyük diqqət yetirilsin. Çox yaxşı haldır ki, 2019-cu ilin yanvarından Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə stimullaşdırıcı addımlar da daxil edilib. Düşünürəm ki, bu, yaxşı nəticələr verəcək. Amma bəzi məhdudlaşdırıcı tədbirlər var ki, onlar, sözsüz ki, “kölgə iqtisadiyyatı”nın yaranmasına stimul yaradır. Bunların da tədricən aradan qaldırılmasına ehtiyac var”.


İri biznes fəaliyyəti elektronlaşmış olarsa, elektron auditdən
istifadə edilərsə inzibatçılığın yükü azala bilər


Hesabatlılığın çox vacib məsələ olduğunu vurğulayan A.Musayev burada həm büdcə xərclərinin, həm bələdiyyələrin fəaliyyətinin, həm də biznes strukturlarının hesabatlılığının nəzərdə tutulduğunu deyib. Onun fikrincə, hesabatlılıq, xüsusilə də elektronlaşma nə dərəcədə yüksək olarsa, şəffaflıq bir o qədər artar: “Vergi ödəyiciləri bilməlidirlər ki, onların ödədikləri vergi necə və hara xərclənir.

Bu yaxınlarda Bakıda keçirilmiş Vergi Forumunda vergilər naziri Mikayıl Cabbarov və digər çıxış edənlər bu məsələnin vacibliyinə xüsusi diqqət çəkiblər. İri biznes fəaliyyəti elektronlaşmış olarsa, elektron auditdən istifadə edilərsə inzibatçılığın yükü azala bilər. Məlumdur ki, elektronlaşmamış hesabatların nəticələrini nəzarətdə saxlamaq mümkün deyil”.

A.Musayev mühasiblərin təqdim etdiyi hesabatlarda xətalara yol verilməsi məsələsinə də toxunub. Bildirib ki, “kölgə iqtisadiyyatı”nın azaldılmasında şəffaflaşmaya ciddi ehtiyac var: “Bəzi hallarda hesabatlar əvvəlcədən müəyyən düzəlişlərlə təqdim olunduğundan, reallığı tam əks etdirmir. Hesabatlılığın bütün mərhələlərində, xüsusilə də mühasibatlıq sahəsində çalışan insanların peşəkarlıq səviyyəsindən asılı olaraq hesabatlarda xətalara yol verilməsi çox ciddi problemdir.

İstər xərclərin artırılması, istərsə də gəlirlərin azaldılması və s. kimi dövriyyələrin gizlədilməsi xüsusilə mühasiblər vasitəsilə aparılır. Ona görə də mühasibatlığın şəffaflaşdırılması “kölgə iqtisadiyyatı”nın xüsusi çəkisinin azaldılmasında vacib əhəmiyyət daşıyır”.

Professor çıxışında vergi ödəyicilərinə tətbiq edilən güzəşt və imtiyazlardan da danışıb. Bu sahədə uçotun aparılmasının vacibliyini vurğulayıb: “Vergi Məcəlləsi və digər qanunvericiliklərdə kifayət qədər böyük həcmdə güzəşt və imtiyazlar nəzərdə tutulur. Bu, bir tərəfdən, vergi ödəyiciləri arasında diskriminasiyanın yaranması, digər tərəfdən isə haqqı olmayan bir çox vergi ödəyicilərinin o güzəştlərdən istifadəyə çalışması problemini ortaya qoyur. Buna görə də burada uçota ciddi nəzarətə ehtiyac yaranır.

Misal üçün: artıq neçə illərdir kənd təsərrüfatı, aqrar sektor bütünlüklə vergidən azaddır. Amma orada uçot varmı? Yoxdur. Güzəşt heç də orada uçotun aparılmaması anlamına gəlmir. Heç bir qanunvericilikdə güzəşt tətbiq edilən sahələrdə uçotun aparılmaması qeyd olunmayıb. Əksinə, bu sahələrdə uçot daha ciddi aparılmalıdır”.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.