» » » Xoşbəxt insanların uğur formulaları (3-cü hissə)

Xoşbəxt insanların uğur formulaları (3-cü hissə)

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

Xoşbəxt insanların uğur formulaları (3-cü hissə)


Nigel Cumberland
Heç bir şeyə təəssüflənməyin. xöşbəxt insanların daha 99 qaydası

Nigel Cumberland – ın sözügedən kitabının tərcüməsini saytımızın oxucularına təqdim edirik.

Kitab sizləri müəyyən etdiyiniz yolda qarşınıza çıxan çətinlikləri dəf etməkdə kömək edəcək və sizləri uğurlara ruhlandıracaq. Kitab yüz fəsildən ibarətdir, hər bir fəsil – ideya sizə uğura çatmaqda yardım edəcək: öncə problemlər sadalanır, ardınca isə onları necə həll etməklə bağlı məşğələlər.

3-cü hissə (2-ci hissəni bu linkə daxil olmaqla oxuya bilərsiniz)

Öz gələcəyinizi yaradın

Gələcək – bu daxil olduğumuz deyil. Bu, bizim yaratdığımızdır

Leonard Svift

Uğurlu insanlar heç vaxt kor-koranə hadisəyə və ya müvəffəqiyyətə  ümid etmirlər. Ola bilsin ki, belə bir insana baxdıqda siz güman edirsiniz ki, onun sadəcə bəxti gətirir. Ehtimal ki, o, lazım olan zamanda lazım olan yerdə olub. Əslində isə hətta ən kiçik uğur belə – uzunmüddətli, bəzən isə illərlə vaxt aparan hazırlıq və asan olmayan işlərin nəticəsidir.

Arzuların həyata keçməsi üçün sadəcə arzulamaq və plan qurmaq kifayət deyil. Uğur və ya tale sizinlə bağlı baş verənlərdə heç nəyi müəyyən etmir, olanlardan fəaliyyətə keçmək üçün gələcək yaratmaqla bağlı özünüzü məhz, özünüz inandırmalısınız.  Özünüzü düşüncələrin bu obrazına kökləməli və özünüzə nəzarət etməlisiniz. İsrarlı olmağa, çox işləməyə, çox şeyləri qurban verməyə, risk etməyə və sadəcə lazım olanı etməyə hazır olun.

Heç vaxt özünüzdən üz çevirməyin və öz həyatınızı dalğaların iradəsinə buraxmayın.  Bir məşqçi kimi mən öz gələcəklərinə istənilən təsir etmək cəhdlərini bir kənara atan çoxlu insanlar görmüşəm. Onlar şəxsi məsuliyyətdən boyun qaçırıblar, bundan ötrü cürbəcür şübhəli bəhanələr səsləndiriblər və özləri

ilə baş verən bütün uğursuzluqlarda təqsiri bəxt gətirməzliyinin və ya digər adamların üzərinə atıblar. Ən asanı isə özünü inandırmaqdır: bu vaxta kimi uğur gəlməyibsə, deməli bundan sonra da olmayacaq. Lakin, siz həqiqətən layiqli gələcək qurmaq istəyirsinizsə, onda bu fatalist düşüncə obrazlarını dəf etməlisiniz.

Bir çoz uğurlu adamlar vaxtilə məqsədə çatmaq üçün irəlilədikləri yolda az iztirab çəkməyiblər. Misal üçün, Winston Churchill Böyük Britaniya tarixində ən görkəmli baş nazirlərdən biri olana kimi siyasi səhnədə uzun zaman müvəffəqiyyətsizliklərə düçar olub.

Keçmişinizin gələcəyinizə təsir etməsinə imkan verməmək üçün, ilk növbədə başqa cür düşünməyə başlayın. Ən başlıcası – siz düşünürsünüz və hiss edirsiniz. Özünüzə öz gələcəyinizi qurduğunuzu söyləyə bilərsinizmi? Bu çox mühümdür. Ernest Henley-nin söylədiyi kimi “siz öz taleyinizin hakimisinizmi”?

Fəaliyyət üçün təlimat

Qanadlarınızı kəsməyə heç kimə imkan verməyin

Elə an gəlib çatacaq ki, siz hökmən öz arzularınızı yaxınlarınız, dostlarınız və ya həmkarlarınızla bölüşmək istəyəcəksiniz, amma ehtiyatlı olun: böyük əksəriyyət həyata pessimistlərin məlum prinsipi ilə baxırlar: “stəkan yarıya qədər boşdur”. Ürəyinizi açmaq istədiyiniz şəxslər arsız, paxıl, qəddar və ya istehzalı ola bilərlər. Məni məşqçi kimi qəbul edib yanıma gələnlərin bəziləri öz arzularını yaxınlarına söylədikdə, belə cavablar eşidiblər: “Sən zarafat edirsən!” və ya “Göylərdən yerə en!” Ətrafınızda olanlar başlanğıcda sizin planlarınızı qəbul etməyə bilərlər, belədə onlara öz fikirlərini dəyişdirmək üçün zaman verin.

Sizi dəstəkləyən bilən adamları axtarın, öz gələcəyinizi qurmaq üçün lazım olan mühiti qurun. Bu planlarınızı qəbul etməyən və ya buna şübhə ilə yanaşan adamlarla ünsiyyət qurmaq zərurətindən sizi təbii şəkildə azad edə bilər.

  Öz baxışlarınızı bir daha nəzərdən keçirin

Öz gözəl gələcəyinizi yarada biləcəyinizə inanmaq çətindir?  Bizə nəyəsə inanmaqda mane olan məhdudiyyətləri dəf etmək həmişə elə də asan deyil. Amma, bu şübhələrin haradan qaynaqlandığını başa düşdükdə, onları dəf etmək asanlaşır.

Elə indicə arzularınıza aparan yolda maneə kimi duran şeyləri bir-bir yazın. Pisdən qorxmaq mütləq şəkildə normaldır və ya güman etmək olar ki, problemlər zənn edildiyindən də ciddidir. Belədirsə, onları yazın, bu neqativ amillərlə bağlı öz baxışlarınızı dəyişdirməyə cəhd edin və onları pozitiv nəzərlərlə seyr edin. Misal üçün, əgər sizi işdən çıxarıblarsa, hesab edin ki, bunu etməklə sizə azadlıq bəxş ediblər və daha yaxşısını tapmaq üçün imkanlar yaradıblar.

Planlarınız və arzularınızı araşdırın, sonra isə özünüzdən ən çox nədən narahat olduğunuzu soruşun? Baş verə biləcək ən pis şey barədə düşünün və vicdanla cavab verin, məhz, onun bu cür baş verə biləcəyi nə qədər ehtimal olunur. Bu qədər can atdığınız gələcəyinizi qurmağı yarıda saxlamaq və bundan əl çəkməkdən ötrü sözügedən səbəb kifayətdirmi?

Məqalənin 4-cü hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.